06 Noyabr 2026 14:50
246
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda Zəfər Günü qeyd edilib

Baş Prokurorluqda Zəfər Günü qeyd edilib


Noyabrın 6-da Azərbaycanın ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan 8 Noyabr - Zəfər Günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Baş Prokurorluğun rəhbər heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Dövlət Himni səsləndirilib.

Daha sonra Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarını, veteranları və xalqımızı bayram münasibətilə təbrik edib. O, çıxışında Zəfər Gününün Azərbaycan xalqının milli qürurunun, dövlətimizin qüdrətinin, suverenliyinin və tarixi ədalətin bərpasının rəmzi olduğunu vurğulayıb.

Bildirilib ki, bu tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması, müasir ordu quruculuğu, müstəqil siyasət və xalqımızın birliyi nəticəsində mümkün olub. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi müstəqilliyin əsaslarının yaradılması gələcək Zəfərin möhkəm təməlini formalaşdırıb.

Baş prokuror 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızın həmrəyliyinin və milli iradəsinin təntənəsi olduğunu, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa edildiyini diqqətə çatdırıb.

Zəfərdən sonrakı dövrə toxunularaq Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, Böyük Qayıdışın təmin edilməsi, tarixi-mədəni irsimizin qorunması və mina təhlükəsinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib. Baş prokuror Vətən müharibəsi dövründə prokurorluq əməkdaşlarının mürəkkəb şəraitdə xidməti vəzifələrini layiqincə yerinə yetirərək, qanunçuluğun təmin olunmasına töhfə verdiklərini qeyd edib. Həmçinin Ermənistanın təcavüzü və işğal dövründə törədilmiş cinayətlərlə bağlı toplanmış sübutlar əsasında keçmiş qondarma rejimin bir sıra "rəhbər" şəxslərinin cinayət məsuliyyətinə cəlb olunduğunu və layiqli cəzaya məhkum olunduqlarını vurğulayıb. Bundan başqa, çıxışda Zəfərlə əldə olunmuş tarixi nailiyyətlərin qorunması, işğaldan azad edilmiş ərazilərdə qanunçuluğun və ictimai təhlükəsizliyin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin prokurorluq orqanlarının mühüm vəzifələri olduğu diqqətə çatdırılıb.

Daha sonra prokurorluğun veteranı Munis Abuzərli çıxış edərək, Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, tarixi Qələbənin əldə olunmasında dövlətimizin qətiyyətli siyasətindən və Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs edib, prokurorluğun xidmət ənənələrinin qorunmasının vacibliyini vurğulayıb.

Vətən müharibəsi iştirakçısı, Nizami Rayon Prokurorluğunun müstəntiqi Orxan Babayev isə çıxışında Vətənin müdafiəsində iştirak etməyin onun üçün böyük qürur olduğunu bildirərək, prokurorluq orqanlarında insan hüquq və azadlıqlarının qorunması və qanunçuluğun təmin edilməsi istiqamətində xidmət göstərməyin şərəf və məsuliyyətindən danışıb.

Sonda Azərbaycan Televiziyası tərəfindən hazırlanmış, Vətən müharibəsinə və qazanılmış şanlı Zəfərə həsr olunmuş “Qızıl payız” sənədli filmi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Google”, “Meta” və “TikTok” Kaliforniyanı məhkəməyə verib

15:45
06 Noyabr

“El-Ninyo”nun marta qədər davam edəcəyi gözlənilir  

15:41
06 Noyabr

Cəlilabadda “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş təşkil olunub  

15:41
06 Noyabr

Salyanda Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib  

15:39
06 Noyabr

Neftçala Peşə Məktəbində Zəfər Günü münasibəti ilə tədbir keçirilib  

15:38
06 Noyabr

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb  

15:07
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK  

15:05
06 Noyabr

Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:03
06 Noyabr

Sahil Babayev: Növbəti illərdə məktəblərin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək  

15:02
06 Noyabr

Naxçıvanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb

15:00
06 Noyabr

Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur  

15:00
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

14:59
06 Noyabr

Doqquz ayda Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib

14:57
06 Noyabr

Gələn il dövlət büdcəsindən 1,1 milyard manat icbari tibbi sığortaya yönəldiləcək  

14:57
06 Noyabr

Çin süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazırdır – Bəyanat

14:53
06 Noyabr

Nazir müavini Vətən müharibəsi iştirakçısı və qazilərlə görüşüb

14:52
06 Noyabr

Ölkə üzrə əməkhaqqı fondu 8,5 faiz yüksəlib

14:51
06 Noyabr

Baş Prokurorluqda Zəfər Günü qeyd edilib

14:50
06 Noyabr

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də  

14:49
06 Noyabr

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan  

14:44
06 Noyabr

Vüqar Gülməmmədov: Gələn il səhiyyədə rəqəmsallaşma və innovasiya layihələrinə 7,2 milyon manat ayrılacaq  

14:24
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!