Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.
Bu tarixi bayramlar dərin məna kəsb edərək Azərbaycan xalqının cəsarətini, birliyini, əzmkarlığını və Vətəninə olan sarsılmaz bağlılığını təcəssüm etdirir. Zəfər Günü 44 gün davam edən misilsiz əzm və fədakarlıq nəticəsində əldə olunmuş tarixi Qələbəni, Dövlət Bayrağı Günü isə Azərbaycanın üçrəngli bayrağının simvolizə etdiyi suverenliyi, müstəqilliyi və milli qüruru tərənnüm edir. Bu günlər birlikdə Azərbaycan xalqının igidliyinin, sarsılmaz ruhunun, həmçinin öz suverenliyini qorumaq və gələcəyini müstəqil şəkildə müəyyən etmək əzminin güclü ifadəsidir.
Zati-alinizin müdrik rəhbərliyi ilə Azərbaycan milli maraqlarının müdafiəsində, ərazi bütövlüyünün bərpasında və tarixinin yeni səhifəsinin açılmasında müstəsna qətiyyət nümayiş etdirmişdir. Sizin uzaqgörənliyiniz, qətiyyətiniz və Azərbaycan xalqının arzularına olan sarsılmaz bağlılığınız xalqın tarixi mərhələlərdən keçməsində həlledici rol oynamışdır. Biz Zati-alinizin liderliyini, həmçinin güclü, suveren və firavan, davamlı sülhə, sabitliyə və gələcək nəsillər üçün geniş imkanlara malik bir Azərbaycan qurmaq yolundakı fədakarlığınızı yüksək qiymətləndiririk.
Biz, həmçinin Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında mövcud olan uzunmüddətli qardaşlıq, dostluq və qarşılıqlı hörmət əlaqələrinə xüsusi əhəmiyyət veririk. Liderlərimizin uzaqgörənlikləri və səyləri sayəsində ölkələrimiz arasındakı münasibətlər daha da möhkəmlənərək strateji əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq üçün yeni üfüqlər açmaqda davam edir. Zati-alinizin bu əlaqələrin inkişafındakı, qarşılıqlı etimad, ortaq hədəflər və səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasındakı şəxsi rolunu yüksək qiymətləndiririk.
Səudiyyə Ərəbistanının “ACWA” şirkəti möhkəmlənən bu tərəfdaşlığın bir hissəsi olmaqdan xüsusi qürur duyur. Şirkətimizə göstərilən etimada və davamlı dəstəyə görə Zati-alinizə səmimi-qəlbdən minnətdarıq. “ACWA” Azərbaycana, onun uzunmüddətli inkişaf, dayanıqlı və firavan gələcək prioritetlərinə sadiq qalır. Biz əməkdaşlığımızı daha da dərinləşdirməyi, Azərbaycan xalqının rifahına uzunmüddətli töhfələr verən təşəbbüslərdə iştirak etməyi səbirsizliklə gözləyirik.
Bu əlamətdar milli bayramlar münasibətilə Azərbaycan xalqının cəsarət və əzmkarlığına olan dərin hörmətimi, həmçinin liderliyinizə, uzaqgörənliyinizə və davamlı dəstəyinizə görə Sizə səmimi minnətdarlığımı ifadə edirəm. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan özünəməxsus ruhunu müəyyənləşdirən birliyi, gücü və milli dəyərləri qoruyub saxlamaqla yeni nailiyyətlərə doğru irəliləməyə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına və onun xalqına isə daimi sülh, birlik, sabitlik və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Məhəmməd Əbunəyyan
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və
Direktorlar Şurasının sədri