06 Noyabr 2026 13:31
228
CƏMİYYƏT
A- A+
Anar Əliyev: DSMF-nin 2027-ci ildə gəlirlərinin 9,2 milyard manatı ötəcəyi proqnozlaşdırılır  

Anar Əliyev: DSMF-nin 2027-ci ildə gəlirlərinin 9,2 milyard manatı ötəcəyi proqnozlaşdırılır  


Dövlət sosial müdafiə fondunun 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat nəzərdə tutulub ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çoxdur. Fondun 2027-ci il üçün gəlirlərinin 82,3 faiz və ya 7 milyard 587 milyon manatının MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin təsdiq edilmiş göstəricisindən 995,4 milyon manat və ya 15,1 faiz yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, büdcədən maliyyələşən təşkilatlar üzrə 2027-ci il üçün daxilolmalar 2,5 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 5,1 milyard manat proqnozlaşdırılır. 2027-ci ildə sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1,6 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2026-cı il üzrə təsdiqlənmiş müvafiq göstəricidən 100 milyon manat və ya 5,9 faiz azdır.

“Dövlət büdcəsindən ayrılan bu vəsaitin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildəki 38 faizdən gələn il 17,4 faizə düşməsi proqnozlaşdırılır. Bu, Fondun özünümaliyyələşdirmə qabiliyyətinin davamlı olaraq artdığını göstərir.

Həmçinin Fondun 2027-cı il üzrə ümumi xərclərinin 9 milyard 273 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş xərclərindən 789,5 milyon manat və ya 9,3 faiz çoxdur.

Xərclərin 96,5 faizi və ya 8 milyard 950 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çoxdur. Gələn il əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əməkhaqqına nisbətdə isə 50 faiz, yaşa görə pensiyada isə 53 faiz olması proqnozlaşdırılır”, - deyə nazir bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vüqar Gülməmmədov: Gələn il səhiyyədə rəqəmsallaşma və innovasiya layihələrinə 7,2 milyon manat ayrılacaq  

14:24
06 Noyabr

Anar Əliyev: DSMF-nin 2027-ci ildə gəlirlərinin 9,2 milyard manatı ötəcəyi proqnozlaşdırılır  

13:31
06 Noyabr

Çin və Azərbaycan 4 qlobal təşəbbüs çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir  

13:22
06 Noyabr

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub YENİLƏNƏCƏK

13:21
06 Noyabr

Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb

13:18
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK  

13:17
06 Noyabr

Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 9,3 faiz yüksəlib

13:16
06 Noyabr

Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib

13:15
06 Noyabr

Sabah hava yağıntılı olacaq

13:14
06 Noyabr

Lu Mey: Çin və Azərbaycan arasında minatəmizləmə əməkdaşlığı qlobal təhlükəsizliyə töhfə verir

13:12
06 Noyabr

Anar Axundov: Qeyri-neft-qaz sektorunda qeyri-dövlət investisiyaları 20,7 faiz artıb  

13:09
06 Noyabr

Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır

13:08
06 Noyabr

Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb

13:03
06 Noyabr

Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb

12:57
06 Noyabr

Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb  

12:27
06 Noyabr

Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb  

12:07
06 Noyabr

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

12:01
06 Noyabr

Banqladeşli nazir: Yeni texnologiya tətbiq olunmamışdan əvvəl həll edilməli problem düzgün müəyyənləşdirilməlidir  

12:00
06 Noyabr

Şirvanda Vətən müharibəsi şəhidi Ramil Əliyevin xatirəsi anılıb  

11:51
06 Noyabr

Vətən müharibəsinin hər günü şanlı tarix və Zəfər salnaməsidir  

11:41
06 Noyabr

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub

11:36
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!