04 Dekabr 2025 08:15
336
SİYASƏT
A- A+
Cənubi Qafqazdakı barış qlobal əməkdaşlığa da töhfə verəcək 

Cənubi Qafqazdakı barış qlobal əməkdaşlığa da töhfə verəcək 


Sülh prosesinin qorunması və irəli aparılması ABŞ-dən Çinə qədər böyük bir coğrafiyanın maraq dairəsindədir


Avropa İttifaqı enerji təhlükəsizliyi məsələsində yeni yanaşmasını tətbiq etmək üçün çoxdandır ki, bütün regionlar üzrə hərtərəfli plan həyata keçirməyə başlayıb. Belə ki, təşkilat qaz dəhlizlərindən sualtı elektrik kabellərinə və dəniz küləyi enerjisinə qədər çarpaz inteqrasiyanı sürətləndirir. 

Növbəti onillikdə Avropada ən böyük 10 qaz yatağının işə salınması planından 4-ü Qara dənizlə bağlıdır. Bu siyahıya qoşulmaq Ukraynanın da maraqlarına uyğundur. Lakin Ukrayna müharibə vəziyyətindədir və hələlik investisiya qoya bilmir. Beləliklə, sual yaranır: müharibədən sonra yeni enerji arxitekturasında hansı aktor üçün nə qədər yer olacaq və enerji müstəqilliyinə gedən yol, həqiqətən də, sual altındadırmı? 

Avropanın qazıntı yanacaqlarından asılılığına son qoymaq proqramının bir istiqaməti dənizdəki külək enerjisindən istifadə ilə bağlıdır. Bu istiqamətdə potensial qiymətləndirmələr son dərəcə əhəmiyyətlidir. Lakin bunun işə salınması üçün bir sıra hüquqi tənzimləmələrin formalaşdırılması, o cümlədən infrastrukturların müəyyənləşdirilməsi, sahildə şəbəkə enerjisi çatdırılma məntəqələrinin yaradılması və ən əsası, dəstək mexanizmi, məsələn, qiymət fərqləri üçün hərraclar və ya müqavilələr tələb olunur. Bu müstəvidə Azərbaycan tranzit ölkədən oyun qaydalarını müəyyən edən regional liderə çevrilir. Eyni zamanda ölkəmiz ənənəvi enerjidən bərpaolunan enerjiyə sürətli keçid yolunu tutub. Azərbaycan külək enerjisi potensialı üzrə dünyada ikinci yerdədir. Bu, Avropa ilə münasibətlərdə hər iki tərəf üçün maraq kəsb edən amildir. 

Avropanın Global Gateway layihəsi aktuallaşıb. Bunu Qara dənizdə ən son baş verən proseslərlə də bağlamaq lazımdır. Belə ki, Global Gateway çətiri altında təhlükəsizlik, enerji, nəqliyyat və "yaşıl transformasiya" amilləri bir araya gətirildi. Buraya şərq-qərb və cənub-şimal arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, təchizat zəncirlərinin bərpası, Rusiya enerji mənbələrindən asılılığın azaldılması və öz resurslarının, infrastrukturunun inkişaf etdirilməsi daxildir. "Cənub qaz dəhlizi"nin genişləndirilməsinə paralel olaraq, Aİ Cənub Şərqdən Mərkəzi Avropaya qaz gətirmək üçün Şaquli dəhlizi (Yunanıstan-Bolqarıstan-Rumıniya-Macarıstan-Slovakiya-Moldova-Ukrayna) dəstəkləyir. Məqsəd sadədir - REPowerEU (Aİ-nin yenidən gücləndirilməsi) ruhunda enerji təhlükəsizliyini artırmaq və idxaldan asılılığı azaltmaq. Aİ həmçinin Rumıniya ilə Gürcüstan arasında sualtı yüksəkgərginlikli birləşdirici - Qara Dəniz Sualtı Kabeli (BSSC) layihəsini hazırlayır. Bu layihə "yaşıl elektrik enerjisi" üçün yeni bir "ox" yaradır və sistemlərin dayanıqlığını gücləndirir. Xətt Gürcüstan və Rumıniyanı birləşdirəcək və Cənubi Qafqazdan Avropaya bərpaolunan enerji ixracı üçün dəhliz yaradacaq. 

Dənizdə paralel olaraq dəniz külək strategiyası da tətbiq olunur: Aİ 2030-cu ilə qədər 60 GVt və 2050-ci ilə qədər 300 GVt hədəfləyir. Qara dənizin özü də ən böyük potensiala malik ilk beş hövzə arasındadır. Son baş verən hadisələr də bununla bağlıdır. Minatəmizləmə məsələsini əsas tutaraq söyləmək lazımdır ki, buna görə Aİ Azərbaycana bu məqsədlə 23 milyon avroya qədər yardım etməyə hazır olduğunu bildirir. Aİ mövcud durumu tarixi fürsət kimi görür ki, bundan istifadə etməklə Rusiyaya uduzmamaq və asılı qalmamaq üçün regionlarda, Mərkəzi Asiyada, Cənubi Qafqazda genişlənə bilsin. Ukrayna ilə bağlı məsələlərdə kənarda qalması Aİ-nı buna daha da vadar edir. 

Rusiya-Ukrayna müharibəsində hələ ki, atəşkəs görünmür. Aİ bilir ki, Rusiya resurslarından asılılığın birdən-birə azaldılması mümkün deyil. Bu baxımdan regional siyasətini genişləndirir. Digər tərəfdən ABŞ Rusiya ilə maraqlarını uzlaşdırmır. Elə sırf Cənubi Qafqaz üzərindən baxdıqda ABŞ Rusiyanın TRIPP-i ən azından maksimum sıxışdırmaq cəhdlərini görür. Bu baxımdan Ukrayna sadəcə Aİ üçün sipər yox, ABŞ üçün də qalxandır. Ən son keçirilən beşsaatlıq danışıqlarda nəticə alınmaması da bunu sübut edir. Aİ buna görə də Rusiyanın Ukraynadakı Azərbaycanın enerji infrastrukturuna qarşı hərəkətlərini son dərəcə pislədi. 

Azərbaycan Trans-Xəzər Nəqliyyat Dəhlizi boyunca əsas tərəfdaşdır. Hətta Aİ-nin genişləndirmə üzrə komissarı  Marta Kos bir müddət öncə müsahibəsində bildirmişdi ki, Aİ-Azərbaycan iqtisadi əməkdaşlığını gücləndirmək və investisiyaları artırmaq imkanlarını araşdırmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu yaratmaq barədə razılığa gəlib. Digər tərəfdən Qara dənizdə baş verən hadisələr Qazaxıstan neftinin daşınması alternativini Novorossiysk limanından Bakı-Tbilisi-Ceyhan üzərinə keçirə bilər. Bütün bunlar Azərbaycanın yürütdüyü nəqliyyat və kommunikasiyaların maksimum şaxələndirilməsi siyasətinin nə qədər uzaqgörən olduğunu göstərir. 

44 günlük Vətən müharibəsindən sonra Aİ regionda yaratdığımız yeni reallıqları qəbul etmək istəmirdi. Amma Azərbaycan dövləti öz mövqeyini dəyişmədi və yaratdığımız sülh və əməkdaşlıq gündəliyi dünya tərəfindən qəbul edildi. Bu ilin avqustunda Vaşinqtonda imzalanmış sazişlər və paraflanmış sülh gündəliyi Aİ-ni  regionumuzla bağlı baxışlarını dəyişdirməsinə məcbur etdi. 

Zəngəzur dəhlizinin Ermənistandan keçən seqmentinin TRIPP layihəsi adlandırılması və bu dəhlzin açılmasında ABŞ-nin israrlı olması Aİ-ni də hərəkətə keçirdi. Təsadüfi deyil ki, qurumun genişləndirmə üzrə komissarı  Marta Kos bildirib ki, Aİ Şərqlə Qərb arasında nəqliyyat əlaqəsinin daha yaxşı təşkil edilməsi üçün Azərbaycan, Türkiyə, Ermənistan və Avropadan ibarət dördtərəfli xüsusi qrupun yaradılmasını müzakirə edir. O vurğulayıb ki, Aİ Cənubi Qafqazda nəqliyyat əlaqəsi sahəsində çox iş görə bilər.

Təbii ki, sülh gündəliyimizin beynəlxalq tərəfdaşlarımız tərəfindən dəstəklənməsi vacibdir. Amma Azərbaycan və Ermənistan sülh gündəliyinin inkişaf etdirilməsində və yekun sülh müqaviləsinin imzalanması prosesinə gedən yolda müzakirələrin aparılmasını ikitərəfli formatda həll etməkdədir. Aİ-nin də bu məsələyə dəstək verməsi regionumuza sülh və təhlükəsizliyin gəlişini sürətləndirəcəkdir. Bu gün Zəngəzur dəhlzi (TRIPP) Aİ ilə Çin arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ən təhlükəsiz və rentabelli marşrut hesab olunur. Bu baxımdan sülh gündəliyimizin Aİ tərəfindən dəstəklənməsi həm də Zəngəzur dəhlizinin (TRIPP) açılmasını sürətləndirəcək. 

Bu gün regionumuzda sülh gündəliyinin qorunması, təhlükəsizliyin təmin olunması ABŞ-dən Avropaya və həm də Çinə qədər yerləşən böyük bir coğrafiya üçün maraqlıdır.


Azər BADAMOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!