31 Yanvar 2023 03:06
4564
SİYASƏT
A- A+
ÇƏKİLİN YOLUMUZDAN, TERRORÇULAR!

ÇƏKİLİN YOLUMUZDAN, TERRORÇULAR!

 

İran Azərbaycana qarşı sonuncu şərəfsizliyini də etdi!

Üzümüzə gülə-gülə arxadan kürəyimizə namərdcəsinə bıçaq sapladı!

Azərbaycana məxsus ərazidə, Azərbaycanın İrandakı səfirliyində terror aktı törətdi!

Dinc insanlara (qeyri-hərbçilərə), diplomatlara qarşı silah işlətdi!

Bir nəfəri qətlə yetirdi, iki nəfəri isə yaraladı!

Bununla bir daha Azərbaycana olan qəzəbini, kinini və nifrətini açıq şəkildə büruzə verdi!

Bununla bir daha Azərbaycana qarşı açıq düşmənçiliyə keçdiyini əyani şəkildə göstərdi!

Bununla bir daha həqiqi simasını, terrorçu dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi!

Ötən il Londonda Azərbaycan səfirliyində baş verən "əmmaməli hücum" bu dəfə İranda həyata keçirildi!

Beləliklə, Azərbaycana düşmən mövqe tutan ölkələr sırasında "qardaş" İran lap ön mövqeyə keçdi!

***

Terror aktından dərhal sonra İranın daha bir xarakterik siması da aydın göründü:

Dövlət səviyyəsində utanmadan yalan danışmaq şakəri!

Guya iranlı terrorçu itən arvadının dalınca Azərbaycan səfirliyinə gəlibmiş!

İşə bax ha...

İranlının arvadı səfirlikdə nə gəzir ki, əri də onu orada tapa?!

Bəyəm, "itən arvad"ı əldə avtomat, cibdə tapança ilə axtarırlar?

Bəyəm, hər bir "arvadı itən" səfirliyə gedərək onun əməkdaşlarına qarşı terror törətməklə acığını soyutmalıdır?!

Sonra da dedilər ki, guya terrorçu erməniymiş.

Erməninin terrorçuluğunda isə qeyri-adi heç nə yoxdur!

Bu millət də qardaşları farslar kimi həmişə terrorla məşğul olub, dünyaca məşhur terror dəstələri yaradıblar!

Bəlkə elə terrorçu mahiyyətlərinə görə hər ikisinin soyadı "yan"la bitir?!

Amma "terroru İranda yaşayan erməni edib" versiyası da puça çıxdı!

Dərhal terrorçunun təbliğinə, ona "bəraət qazandırılması"na başlanıldı!

Bir Azərbaycan vətəndaşını şəhid edib, ikisini yaralayan terrorçu dərhal televiziya ekranlarına çıxarıldı!

Sərbəst şəkildə müsahibələr verməyə başladı!

Həm də ilk olaraq Azərbaycana qarşı qatı düşmənçiliyi ilə seçilən fars-molla rejiminin ruporu sayılan "Səhər" telekanalında...

ABŞ səfirliyindən sonra - 1979-cu ildən bəri İranın hədəf etdiyi ikinci səfirlik Azərbaycanınkı oldu!

Sən demə, İranın eyni səviyyədə özünə düşmən saydığı iki dövlətdən biri Azərbaycan imiş!

Amma Azərbaycan həmişə İranı özünə dost hesab edib - tarixi, dini, ənənə birliyinə, orada qırx mindən çox qan qardaşının yaşadığına görə!

Azərbaycan vətəndaşları 90-cı illərdə dövlət müstəqilliyi qazanan kimi İranla sərhəddə tikanlı məftilləri qıraraq qan qardaşları ilə görüşə can atdılar!

İrana Azərbaycan dövləti nə özü pislik edib, nə də ərazisindən ona qarşı düşmənçilik əməlləri törədilməsinə yol verib!

Nə də fəaliyyətini çətinləşdirən və ya məhdudlaşdıran sanksiyalar tətbiq edib.

Görün Tehran-İrəvan qardaşlaşması özünü necə də dərhal büruzə verdi!

***

İranın Azərbaycana qarşı gizli düşmənçiliyi (SSRİ dönəmində qorxusundan bizə kəm baxa bilməzdi!) müstəqilliyimizin ilk günlərindən olub:

* İçərimizdə radikal dinçilərdən ibarət terrorçu-təxribatçı dəstələr hazırlayaraq maliyyələşdirib, onlardan dövlətimizə qarşı istifadə üçün məqam gözləyib!

* Məşhəd ziyarətinə gedənləri müxtəlif üsullarla ələ alaraq casusluq fəaliyyətinə sövq edib!

* Birinci Qarabağ müharibəsi dövründə hərbi sirlərimizi öyrənərək Ermənistana ötürüb!

* Sistemli və məqsədyönlü şəkildə ölkəmizə narkotik maddələr keçirərək gəncləri zəhərləyib, sonra narkotik aludəçilərindən mənfur niyyətlər üçün istifadə edib!

* Azərbaycanda cinayət törədərək İrana qaçmış caniləri himayəsinə alıb, onları ölkəmizə qarşı murdar təbliğatında və digər əməllərində vasitəyə çevirib!

* İran Ermənistan tərəfindən Şuşanın işğalında birbaşa və yaxından iştirak edib, ona zəruri dəstəyini göstərib!

İkinci Qarabağ müharibəsində də erməni qardaşının yanında yer alaraq bizə bacardığı bütün pisliyini etdi:

* Hava məkanını Ermənistanın üzünə açaraq hərbi əməliyyatlar dövründə onlara silah-sursat daşınmasına gen-bol şərait yaratdı;

* Ermənistana və Qarabağa fasiləsiz şəkildə yanacaq, sürtkü yağları, ərzaq daşıyaraq erməni ordusuna kömək göstərdi;

* Uğurlu və sürətli hücum əməliyyatı keçirən Azərbaycan Ordusunun qarşısını Xudafərində kəsərək bizi xeyli ləngitdi, beləliklə, ermənilərin toparlanmasına, ordumuzun itki sayının artmasına səbəb oldu;

* "Ermənistanın sərhədlərinin pozulması İranın "qırmızı xətti"dir deyərək bizə "xox" gəlməyə can atdı.

Bu gün də bizə qarşı murdar əməllərindən əl çəkməyib!

Özü də açıq-aşkar şəkildə:

* Müharibədən dərhal sonra yeni bərpa etdiyimiz dövlət sərhədlərimizin yanında hərbi təlimlər (otuz illik erməni işğalı dövründə İran bu ərazilərdə bir dəfə də hərbi təlim keçirməmişdi) yolu ilə bizə yumruq göstərməklə qorxutmaq istədi;

* Yeni istehsalına başladıqları PUA-larla Ermənistan ordusunu silahlandırmağa başladı;

* Qafanda tez-tələsik konsulluğunu açaraq erməni qardaşları ilə əlaqələrini sıxlaşdırdı və asanlaşdırdı;

* Azərbaycana qarşı informasiya müharibəsinə, ölkəmiz haqqında yalan və böhtan xarakterli ideoloji təxribatlara rəvac verdi!

* Tehranla İrəvan arasında qardaşlaşma müqaviləsi bağlayaraq müharibə vəziyyətində olduğumuz düşmənimizin yanında dayandığını rəsmən bəyan etdi!

* Azərbaycandakı məscidləri dağıdan, donuz və mal-qara tövləsinə çevirən Ermənistanın birinci xanımının fars məscidlərinə ziyarətini təşkil edərək sanki bizə acıq-qıcıq verdi!

Məşhur bir atalar sözü var: "milçək bir şey deyil, amma könül bulandırır!"

Biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz yolumuzla məqsədimizə doğru inamla, dayanmadan gedirik!

Torpaqlarımızı aldıq, indi sürətlə bərpa və quruculuq işləri aparırıq, tezliklə Böyük qayıdışa da başlayacağıq!

İran bunu istəsə də, istəməsə də!

***

Fars-molla rejiminin Azərbaycana qarşı terror əməli törətməsi heç də təəccüblü deyil!

Bir dövlət ki öz vətəndaşının qədrini bilməyə, qadınları döyə-döyə öldürərək, kişiləri dar ağacından asa, ondan humanizm, mərdlik və kişilik gözləmək olarmı?!

Əsla!!!

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, ötən ayın əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla, 565 nəfər edam edilib;

Təşkilatın yanvarın 27-də açıqladığı statistikaya görə, 2023-cü ilin ilk ayında İranda 55 məhkum dar ağacından asılıb.

İran qonşu dövlətlərində terrorçu dəstələri saxlamaq, onları maliyyələşdirib istiqamətləndirməklə dünyada sabitliyi pozmaq, günahsız qanlar axıtmaq, din qardaşlarına bədbəxtliklər gətirməklə məşğuldur!

Hər il bu murdar əməllərinə öz vətəndaşlarının boğazlarından kəsərək 16 milyard dollar xərcləyir!

Müsəlman dövlətləri arasında mehribanlıq və əməkdaşlıq yaradılmasına hər vəchlə mane olan İran bu birliyə ən ağır zərbələr vurur!

Dünya "şiə-müsəlmanları"nın rəhbəri kimi özünü təqdim edən bu dövlət, əslində, islam dinini gözdən salmaqla, dünyada "terrorçu-din" kimi tanıtmaqla məşğuldur!

Bütün bu bəd əməllərinə görə dünyada ən çox sanksiyalara məruz qalan da İrandır!

Amma bu ağrı-acının altını sadə İran vətəndaşı çəkir!

Fars-molla rejiminin rəhbərləri isə narkotik və neft qaçaqmalçılığı, korrupsiya yolu ilə var-dövlət toplayaraq firavan yaşayırlar!

Allahın yolunu azanların, terroru dövlət siyasəti səviyyəsinə qaldıranların müsəlman qonşusu ilə terror dili ilə danışmaq niyyəti belədə təəccüb doğurmamalıdır!

Amma İran bir şeyi də unutmamalıdır:

Bu gün dünya terroru və terrorçu dövlətlərin mövcudluğunu qəbul etmir!

İndi bütün dünya Azərbaycanın tərəfində dayanaraq bu murdar aksiyanın araşdırılma nəticəsini gözləyir!

***

Mütəxəssislər belə hesab edirlər ki, Azərbaycan səfirliyindəki terrorun təşkilatçısı olan İran öz məqsədinə sonadək çata bilməyib!

Səfirliyin qəhrəman müdafiəçisi Vasif Tağıyev onların murdar planını pozub!

Əvvəla, "Kalaşnikov" avtomatı ilə gələn və səfirliyi İran tərəfindən mühafizə edənlərin müqavimətinə rast gəlməyən (əksinə, şərait yaradılan) terrorçu daha çox qan tökmək, daha çox insan öldürmək niyyətində idi!

İkincisi, sonda onun özünü də öldürərək "məişət versiyası" əsasında bu terrorçu əməli bağlayacaqdılar!

İndi bütün dünya İranın törətdiyi bu qanlı oyundan necə çıxacağını izləyir!

Bütün dünya İranı qınayır və terrorçu kimi lənətləyir!

Azərbaycan dövləti İran tərəfindən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edir!

Azərbaycan öz tərəfindən günahkarların müəyyənləşdirilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.

İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn bütün tələbləri yerinə yetirməlidir!

Bu, həm də bütün sivil dünyanın tələbidir!

***

Heç kəs və heç bir qüvvə Azərbaycanı tutduğu yoldan döndərə bilməyəcəkdir!

Heç kəs və heç bir qüvvə Azərbaycanın Qarabağda hüquqlarının bərpasına mane ola bilməyəcəkdir!

Heç kəs və heç bir qüvvə Azərbaycanın doğma torpaqlara qayıdaraq planlaşdırdığı işləri görməsinə əngəl törədə bilməyəcəkdir!

Bu gün Azərbaycanın 44 gün ərzində düşməni məhv edən qüdrətli ordusu, Qarabağı və Şərqi Zəngəzuru tezliklə cənnətə çevirəcək güclü iqtisadiyyatı, Şuşanı yalın əllə qaytara bilən komando və xüsusi təyinatlıları, Mübariz və Vüsal təki qorxmaz, qəhrəman igidləri, İlham Əliyev kimi müdrik, uzaqgörən, qətiyyətli və nüfuzlu sərkərdəsi, dövlət başçısı vardır!

ÇƏKİLİN YOLUMUZDAN, TERRORÇULAR, ONSUZ DA BİZ BÜTÜN MƏQSƏDİMİZƏ ÇATACAĞIQ!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

22:18
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

22:06
15 İyun

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub  

22:03
15 İyun

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

21:57
15 İyun

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

21:48
15 İyun

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

20:51
15 İyun

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

20:43
15 İyun

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

20:29
15 İyun

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb  

19:39
15 İyun

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir  

19:09
15 İyun

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur  

19:01
15 İyun

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib  

18:49
15 İyun

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

18:26
15 İyun

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub  

18:13
15 İyun

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir  

18:05
15 İyun

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır  

17:51
15 İyun

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

17:38
15 İyun

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

17:08
15 İyun

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

17:01
15 İyun

Milli Qurtuluş Günü - Azərbaycanın gələcək uğurlarının əsasının qoyulduğu tarix  

16:35
15 İyun

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur  

16:19
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!