07 Aprel 2019 00:35
1418
SİYASƏT
A- A+
Böyük Qafqazın geoloji incisi

Böyük Qafqazın geoloji incisi


Aprel ayının ilk həftəsinin sonuncu günü...

Hər il təqvimin bu günündə Müstəqil Dövlətlər Birliyində Geoloq Günü qeyd edilir. Bu il isə Geoloq Günü 7 aprel tarixinə təsadüf edib. Azərbaycan geoloqları da bu günü bayram kimi qeyd edirlər.

Bu peşə bayramı 1966-cı il martın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sovet İttifaqının mineral-xammal bazasının yaradılmasında geoloqların xidmətlərinin qeyd edilməsi məqsədilə təsis olunub. Bayramın keçirilmə vaxtı kimi aprel ayının əvvəllərinin seçilməsi qış fəslinin sona çatması və müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin çöl-tədqiqat işləri, eləcə də ekspedisiyalara hazırlıqları ilə əlaqədardır.

Bu gün geoloqlardan başqa, həm də axtarış və faydalı qazıntıların hasilatı ilə bağlı peşəyə sahib olan bütün insanların bayramı hesab edilir.


Azərbaycanda geoloji tədqiqatlara nə zaman başlanılıb?


Azərbaycanın geoloji mühiti və faydalı qazıntıları 180 ildən artıq müddət ərzində yerli və xarici mütəxəssis-geoloqların bir neçə nəsli tərəfindən ətraflı tədqiq edilib. Azərbaycanda geoloji tədqiqatların başlanması məşhur avstraliyalı alim G.Abiün adı ilə bağlıdır. Alimin ən böyük xidməti regionun müxtəlif hissələrində inkişaf etmiş çöküntülərin statiqrafik bölgüsünü və xarakterini verməsi olmuşdur.

Uzun müddətdir tədqiq edilən Azərbaycan geologiyası, müasir dövrdə yaşanan yeniliklərdən xəbər tutmaq üçün Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli ilə həmsöhbət olduq.


Mürəkkəb və rəngarəng geoloji quruluş


Müsahibimiz deyir ki, Şərqi Avropa tavası ilə Afrika-Ərəbistan tavalarının toqquşduğu sərhəddə yerləşən Azərbaycan ərazisi mürəkkəb və rəngarəng geoloji quruluşa malikdir.

- Azərbaycan Aralıq dənizi qırışıqlıq qurşağının Qafqaz seqmentinin şərq hissəsini əhatə edir. Bütün Qafqaz regionunda olduğu kimi, burada da yer qabığının quruluşu tektonik cəhətdən yekcins olmayıb, onu təşkil edən struktur vahidlərin mürəkkəb qarşılıqlı münasibətləri ilə səciyyələnir.

Məmləkətimizin geoloji quruluşunda Böyük və Kiçik Qafqaz dağ-qırışıqlıq sistemləri, onların arasında yerləşən Kür dağarası çuxuru və Talış qırışıqlıq əyaləti ayrılır ki, onlar da öz növbəsində daha kiçik struktur elementlərdən ibarətdir. Geoloji inkişaf tarixinin müasir mərhələsində Afrika və Avrasiya qitələrinin toqquşması baş verir ki, bu proses çərçivəsində Afrika qitəsinin parçası olan Ərəbistan plitəsi şimal istiqamətdə hərəkət edərək Şərqi Anadolu, Mərkəzi İran və onların önündə yerləşən Qafqaz bərzəhinin müxtəlif ölçülü bufer strukturlarına yeridilir. Azərbaycan ərazisinin müasir geoloji quruluşu da məhz bu proses nəticəsində formalaşıb.


Beynəlxalq "Təbiət abidəsi” statusu


Azərbaycanın geologiya elmi daim inkişafdadır. Tələt Kəngərli də bu sahədə son illər ərzində bir sıra nailiyyətlərin əldə edildiyini xüsusi vurğulayır.

- Bu nailiyyətlərin sırasında bir çoxu mühüm əhəmiyyətlidir. Belə ki, H.Zərdabi adına Təbiət-tarixi muzeyinin əməkdaşları son illər ərzində Mingəçevir su anbarı ətrafında geniş çöl işləri aparıb və onun cənub sahilindəki Bozdağ və Qaraca silsilələrində inkişaf tapmış cavan (Abşeron və Bakı regiomərtəbələri) çöküntülərdən onurğalı heyvanların yeni növlərini (ibtidai öküz - Bos trochontery, qədim kərkədan - Merki, Wüsti ya da Trogonteri filinin kəlləsi, qədim atın (Kabalus forması) və nəcib maralın postkranial sümükləri), həmçinin qədim insanların (Paleolit dövrü) hazırladığı əmək alətləri aşkar edilib.

Aparılan tədqiqatların nəticəsində müəyyən edilib ki, Mingəçevir su anbarının ətrafları qazıntı halında tapılan onurğalı heyvanların dünyada analoqu olmayan nəhəng regionudur və bu ərazinin qorunması baxımından ona beynəlxalq "Təbiət abidəsi” statusunun verilməsi böyük əhəmiyyət kəsb edir.

"Geotektonika və regional geologiya” şöbəsində aparılan tədqiqatlar nəticəsində isə Azərbaycan torpaqlarının UNESCO-nun tələblərinə cavab verə bilən beynəlxalq əhəmiyyətli milli geoparkların yaradılması baxımından böyük potensiala malik olduğunu göstərib. Bizim fikrimizcə, beynəlxalq səviyyəli geoparkın yaradılması baxımından Naxçıvan MR daha böyük imkanlara malikdir. Burada aparılmış tədqiqatlar nəticəsində 100-ə yaxın geosayt qeydə alınıb. Bununla yanaşı, əraziyə məxsus zəngin arxeoloji, mədəni-memarlıq, bioloji müxtəliflik potensialı, inkişaf etmiş infrastruktur və insan faktoru UNESCO-nun geoparklar üçün irəli sürdüyü tələblərə tam uyğun gəlir.


Öyrənilməmiş nadir torpaq elementlərinin axtarışı


Bu gün AMEA Geologiya və Geofizika İnstitutunun alimləri əldə edilən nəticələrlə yanaşı, yeni elmi istiqamətlərdə də öz tədqiqatlarını davam etdirməkdədirlər. Müsahibim deyir ki, tədqiqatların elmi istiqamətlərindən biri ölkə ərazisində yeni, bu günədək demək olar ki, öyrənilməmiş nadir torpaq elementlərinın (NTE) axtarışı və onların ehtiyat potensialının qiymətləndirilməsi ilə bağlıdır.

- Tədqiqat işlərinə 2018-ci ildə başlanılıb və 2023-cü ilin sonunadək aparılması nəzərdə tutulur. Cari və gələcək illərin çöl tədqiqatları çərçivəsində NTE yığıntılarının intruziv və effuziv konplekslərdə, müxtəlif filizlərdə, müxtəlif növ səpintilərin, konqlomeratların, çökmə və biogen-çökmə törəmələrin, həmçinin yeraltı şoraba suların tərkibində axtarışı həyata keçiriləcək.


İkinci Göygölün yaranma ehtimalı


1139-cu il sentyabrın 30-da Gəncədə baş vermiş 9 ballıq zəlzələ zamanı Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qabağını kəsmiş və təbii gözəlliyi ilə fərqlənən Göygöl gölü yaranmışdır. Müasir dövrdə belə bir geoloji dəyişikliyin yaşanması ehtimalına toxunan Tələt Kəngərli qeyd edir ki, Azərbaycanda, ümumilikdə Qafqaz regionunda bu cür dağıdıcı zəlzələlər, ətraf ərazilərlə, xüsusən İranla müqayisədə daha az müşahidə edilir və son oxşar hadisə 1988-ci ildə hazırkı Ermənistan ərazisində baş verib.

- Bu cür durumu onunla izah etmək olar ki, əsas dağıdıcı zəlzələ ocaqları Ərəbistan plitəsinin Anadolu və Mərkəzi İran blokları ilə maksimal geodinamik gərginlikli toqquşma zolağında yerləşir. Qafqaz ərazisi isə buradan xeyli məsafədə arxa plandadır.


Strateji əhəmiyyətli tibbi geologiya


Azərbaycanda tibbi geologiya istiqamətində tədqiqatlar 2010-cu ildən başlayaraq aparılır. Sosialyönümlü yeni elm sahəsi olan tibbi geologiya son illər respublikamız üçün strateji əhəmiyyətli bir istiqamətə çevrilmişdir.

Müsahibim deyir ki, Azərbaycanda tibbi geologiya üzrə həyata keçirilmiş tədqiqatların əsas məqsədi respublika ərazisinin radiasiya, geokimyəvi və ekoloji xüsusiyyətlərinin öyrənilməsi və ekoloji problemlər nöqteyi-nəzərindən ərazinin rayonlaşdırılmasıdır. 2010-cu ildən başlayaraq aparılmış tədqiqat işləri nəticəsində müəyyən işlər görülüb.

- Bundan başqa, şöbədə respublika ərazisində yayılmış mərgümüşlü suların ətraf mühit və insan sağlamlığına göstərdiyi təsirin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri aparılır, həmçinin ölkənin yüksək təbii radiasiya müşahidə olunan bölgələrində radioekoloji və tibbi-statistik xarakterli tədqiqat işləri də həyata keçirilir. Gələcəkdə Azərbaycanın yüksək təbii radioaktiv fon və radon qazının anomal konsentrasiyaları müşahidə olunan bölgələrində tədqiqat işlərinin daha da genişləndirilməsi və adıçəkilən faktorların əhalinin sağlamlığına göstərdiyi təsirin qiymətləndirilməsi planlaşdırılır.

Həmçinin radonun həcmi aktivliyinin yüksək olduğu bölgələrdə yaşayan əhali üçün tövsiyələr işlənib hazırlanmaqdadır. Bundan başqa, neft-qaz çıxarma ərazilərində yataqların istismarı nəticəsində insan həyatı üçün təhlükəli olan ekoloji şəraitin qiymətləndirilməsi də planlaşdırılır.

Göründüyü kimi, illərdir öyrənilən, araşdırılan Böyük Qafqazın bir incisi - Azərbaycanın mürəkkəb geoloji quruluşunda aparılan tədqiqatlar nəticəsində hələ çox yeniliklərə rast gəlinəcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!