27 Noyabr 2024 02:58
1643
MSK
A- A+
Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 48/234


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) 2023-cü il 19 sentyabr tarixli 4/11 saylı Qərarı ilə ölkə üzrə seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri təsdiq edilmişdir.

"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli Qanununa əsasən bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılmışdır. Həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli Qanunu ilə "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı" yeni redaksiyada verilmişdir.

Bununla əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla, bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsinə dair təkliflərini Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Belə ki, 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək-Naxçıvan-Culfa, 6 saylı Ordubad-Culfa, 37 saylı Qaradağ, 41 saylı Gəncə-Samux-Goranboy, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ, 52 saylı Yevlax, 53 saylı Yevlax-Mingəçevir, 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar, 61 saylı Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 66 saylı Saatlı, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 70 saylı Neftçala, 71 saylı Cəlilabad şəhər, 72 saylı Cəlilabad kənd, 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabədi, 86 saylı Ağcabədi, 87 saylı Qobustan-Şamaxı-İsmayıllı, 88 saylı Şamaxı, 89 saylı İsmayıllı, 92 saylı Göyçay-Ağdaş, 93 saylı Ağdaş, 95 saylı Zərdab-Kürdəmir-Ucar, 101 saylı Samux-Şəmkir, 102 saylı Şəmkir şəhər, 103 saylı Şəmkir kənd, 107 saylı Tovuz-Qazax-Ağstafa, 109 saylı Qazax, 110 saylı Balakən, 111 saylı Zaqatala-Balakən, 112 saylı Zaqatala, 114 saylı Şəki şəhər, 115 saylı Şəki kənd, 116 saylı Qəbələ və 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairələrinin sxemi və qrafik təsvirində nəzərə alınmaqla həmin dairələrin hüdudlarında qismən dəyişikliklər edilməli və Mərkəzi Seçki Komissiyasının internet saytında bununla bağlı müvafiq bazadakı informasiya yenilənməklə ictimaiyyətin məlumatlandırılması təmin olunmalıdır.

Eyni zamanda yerli şərait və digər şərtlər nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq seçicilər üçün maksimum əlverişli imkanlar yaradılmasının zəruriliyi də diqqət mərkəzində saxlanılmalıdır.

Qeyd edilənlərə əsasən, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.4-cü və 29-cu maddələrinə uyğun olaraq qərara alır: 

1. 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək-Naxçıvan-Culfa, 6 saylı Ordubad-Culfa, 37 saylı Qaradağ, 41 saylı Gəncə-Samux-Goranboy, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ, 52 saylı Yevlax, 53 saylı Yevlax-Mingəçevir, 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar, 61 saylı Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 66 saylı Saatlı, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 70 saylı Neftçala, 71 saylı Cəlilabad şəhər, 72 saylı Cəlilabad kənd, 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabədi, 86 saylı Ağcabədi, 87 saylı Qobustan-Şamaxı-İsmayıllı, 88 saylı Şamaxı, 89 saylı İsmayıllı, 92 saylı Göyçay-Ağdaş, 93 saylı Ağdaş, 95 saylı Zərdab-Kürdəmir-Ucar, 101 saylı Samux-Şəmkir, 102 saylı Şəmkir şəhər, 103 saylı Şəmkir kənd, 107 saylı Tovuz-Qazax-Ağstafa, 109 saylı Qazax, 110 saylı Balakən, 111 saylı Zaqatala-Balakən, 112 saylı Zaqatala, 114 saylı Şəki şəhər, 115 saylı Şəki kənd, 116 saylı Qəbələ və 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairələrinin sxemi və  qrafik təsvirində nəzərə alınmaqla həmin dairələrin hüdudlarında qismən dəyişikliklər edilsin və Mərkəzi Seçki Komissiyasının internet saytında bununla bağlı müvafiq bazadakı informasiya yenilənməklə ictimaiyyətin məlumatlandırılması təmin olunsun.

2. Mərkəzi Seçki Komissiyasının Katibliyi və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün. 

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov


26.11.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Belarus gender bərabərliyi sahəsində əməkdaşlıq edəcək  

10:45
19 Mart

Azərbaycan neftinin qiyməti 117 dolları ötüb 

10:34
19 Mart

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!