19 Mart 2026 08:40
657
İQTİSADİYYAT
A- A+
Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir


Azərbaycanda fəaliyyət göstərən tanınmış xarici neft şirkətləri yerli kadrların bacarığını yüksək qiymətləndirirlər


1990-cı illərin sonunda Azərbaycanın  xarici şirkətlərlə birgə işlənən neft-qaz layihələrində çalışanlar sırasında xeyli əcnəbi vətəndaş var idi. O vaxt hələ  SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev böyük uzaqgörənliklə demişdi ki, vaxt gələcək, bu layihələrdə çalışanların 90 faizi öz vətəndaşlarımız və  yalnız 10 faizi xaricilər olacaq.

O zaman bu fikrə inamsızlıqla yanaşanlar az deyildi.  Hətta müxalifət mətbuatı deyilənin mümkün olmayacağını yazırdı. Lakin illər keçdikcə dövlətimizin başçısının bu proqnozu da özünü doğrultdu. İndi neft, qaz və ixrac layihələrimiz çərçivəsində çalışanların əksəriyyəti  Azərbaycan vətəndaşıdır.

Təkcə BP şirkətində işləyənlərin sayını göstərən rəqəmlərə diqqət yetirmək kifayətdir. BP-nin keçən ilin yekunlarına aid  hesabatında bildirilir ki,  ilin sonunda  şirkətin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2344 nəfər  təşkil edib. Buraya müddətli müqavilə əsasında işləyənlər də daxildir. 

 Qeyd edək ki, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizi  milli kadrlardan  ibarətdir. İxtisası olmayan işçilərin isə hamısı  yerli vətəndaşlardır. 

 Şirkətin rəhbər heyətində  də Azərbaycan vətəndaşları yüksək vəzifələr tuturlar. Məsələn, Bəxtiyar Aslanbəyli xeyli müddətdir BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidentidir. Və belə misallar çoxdur. 

 Elə bu yaxınlarda şirkətdən aldığımız bir məlumatı da diqqətə çatdıraq. Bu il aprelin 1-dən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə  regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsində Nadir İmanov çalışacaq. Nadir İmanov hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir. Yeni vəzifəsində isə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, BP-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.

 Nadir İmanov bu vəzifədə Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. Kolin isə aprelin 1-dən Birləşmiş Krallığa qayıdacaq.

Bu vəzifədə N.İmanov BP-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi regional rəhbər heyətin üzvü olacaq. Onun 30 ildən artıq planlaşdırma və kommersiya sahəsində təcrübəsi var və əsasən də BP əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.

 Bu gün Xəzərin  qoynunda  dünyaşöhrətli xarici neft şirkətləri ilə birlikdə yaradılan konsorsiumların həyata keçirdiyi qlobal layihələrdə çalışan  soydaşlarımız  səriştəsini daim artıran, qabaqcıl təcrübələri əxz edən yüksəksəviyyəli mütəxəssisdirlər. Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında belələri onlarcadır. İndi bu yataqlardakı platformaların hamısına azərbaycanlı mütəxəssislər rəhbərlik edir. Siyahı bir qədər uzun olsa da, ürəyimizdən  onların hər birini təqdim etmək keçir. Çünki bu, qürurludur. Beləliklə, "Çıraq" platformasına növbə ilə Vüqar Məmmədov və İlqar Qulubəyov, "Qərbi Çıraq"a Ruslan Dövlətov və Amal İbadzadə, "Şərqi Azəri"yə Fərman Ağaquliyev və Namiq Əliyev rəhbərlik edirlər. "Mərkəzi Azəri"də rəhbər Cavid İsgəndərli, "Qərbi Azəri"də Emin İbrahimov, "Dərinsulu Günəşli"də Emin Abdullazadədir. "Azəri Mərkəzi Şərqi" platformasına rəhbərlikdə isə Rəşad İsgəndərov və Bəhmən Quliyev növbələşirlər. "Şahdəniz Alfa" platformasına Fuad İsmayılov, "Şahdəniz Bravo" platformasına isə Cəlal Xalıqov rəhbərlik edirlər. 

Şirkətdə çalışan, o cümlədən rəhbər vəzifə tutan xaricilər həmişə bir həqiqəti vurğulayırlar ki, Azərbaycanın neft mütəxəssislərinin bilik və bacarığına söz ola bilməz. Cari ayın əvvəlində BP-nin   Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti  Cio Kristofolinin jurnalistlər üçün keçirdiyi brifinqdə söylədikləri bunu bir daha təsdiqləyir.  O dedi ki, bu vəzifədə çalışdığı vaxtdan  əvvəl də keçmiş işləri ilə əlaqədar Bakıya gələndə   istər BP-də çalışan, istərsə də  ümumiyyətlə, ünsiyyətdə olduğu digər azərbaycanlı mütəxəssislərin yüksək qabiliyyətinə və  səriştəsinə  yaxşı mənada təəccüb edib . Onlarla birlikdə işləməyi  arzulayıb. 

 Onu da əlavə edək ki, BP bu gün də yüksəksəviyyəli kadrlar yetişdirmək üzrə  təlim və inkişaf proqramları həyata keçirir. Şirkət bundan sonra da həmin istiqamətdə səylərini davam etdirmək qərarındadır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Metan qazı tullantılarının azaldılması enerji təhlükəsizliyi üçün vacibdir  

18:57
05 May

Azərbaycan və Özbəkistan üzümçülük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:53
05 May

Bakıda keçiriləcək İİB Qrupunun 51-ci İllik Toplantılarının hazırlıq işləri nəzərdən keçirilib  

18:52
05 May

Gürcüstanın kənd təsərrüfatı naziri: Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraqlıyıq  

18:51
05 May

Premyer Liqa: “Neftçi” Yevlaxda 3 xal qazanıb

18:49
05 May

Dünya mətbuatı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırmaqda davam edir  

18:48
05 May

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr aparılıb

18:47
05 May

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

18:46
05 May

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq  

18:45
05 May

Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək

18:44
05 May

Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb 

18:43
05 May

Atlantik okeanında rekord həcmdə narkotik müsadirəsi

18:42
05 May

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində növbəti təlim toplanışı başa çatıb

18:34
05 May

Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş baş tutub  

18:33
05 May

 Cənubi Qafqazda sülh Azərbaycanın qətiyyəti ilə formalaşır  

18:31
05 May

Tullantı zavodlarında robotlar işə başlayır

18:31
05 May

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 minə yaxınlaşıb

18:29
05 May

Çində zavodda partlayış zamanı 21 nəfər həyatını itirib   

18:15
05 May

Dünyada neft bahalaşdı

18:08
05 May

Fars körfəzində 87 ölkənin gəmisi gözləyir

17:57
05 May

İslam İnkişafı Bankı Azərbaycanda bərpa və inkişaf layihələrini dəstəkləyir

17:56
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!