19 Mart 2026 08:50
122
CƏMİYYƏT
A- A+
Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü


Vətən sevgisi yalnız bir coğrafi sahəyə bağlılıq deyil, bir millətin mənəvi kimliyini qorumaq və gələcək nəsillərə ötürmək istəyidir. Hər bir insanın vətənə olan sevgisi onun həyatı boyunca şəxsiyyətini formalaşdıran ən vacib amillərdən biridir. Millətin birlik və bərabərliyinin təməli bu sevgi ilə qoyulur.

Vətənpərvərlik gündəlik həyatın hər anında insanın milli-mənəvi dəyərlərinə sadiq qalmasında, cəmiyyətə xidmət etməsində və kökənlərinə bağlı qalmasında özünü göstərir. Vətənə olan sevgi həm də mənsub olduğun xalqın tarixinə, mədəniyyətinə, zəngin adət-ənənələrinə, dilinə ehtiram, təəssübkeşlikdir.

Azərbaycan xalqı tarixinin müxtəlif dövrlərində vətən sevgisi ilə sınağa çəkilib. Əsrarəngiz təbiətli, təbii sərvətlərlə zəngin olan məmləkətimiz zaman-zaman yadellilərin hücumlarına məruz qalıb. Xalqımız yurdunu yağılardan qorumaq üçün çox çətin sınaqlardan keçməli olub, cəsurluğunu, qəhrəmanlığını belə ağır məqamlarda nümayiş etdirib. İgid övladları heç vaxt düşmənin qarşısında boyun əyməyib, ondan aman diləməyib. Hər zaman qalib gələ bilməsələr də, doğma vətən torpaqlarımız işğala məruz qalsa da, mübarizə əzmini itirməyiblər.

Bu xalqa ruhundan gələn mərhəməti, xeyirxahlığı, humanistliyi bəzən bəlalar gətirib. Yurdunda sığınacaq, süfrəsində yer verdikləri yaxşılıqlarının əvəzini yamanlıqla "ödəyiblər". Çar Rusiyasının öz yerini möhkəmlətmək üçün Cənubi Qafqaza köçürdüyü ermənilər də Azərbaycanda yalnız rəhm, xeyirxalıq görmüşlər. Azərbaycan xalqı onlara yurdunda yaşamağa yer vermişdi. Məkrli ermənilər əvvəlcə özlərini yazıq, aciz göstərirdilər. Amma yerlərini möhkəmlətdikcə torpaq iddiasına düşmüşlər. Və havadarları sayəsində məqsədlərinə çatmışlar. Azərbaycan torpaqlarında tarixdə heç zaman mövcud olmamış Ermənistan dövləti qurmuşlar. Lakin bununla da kifayətlənməmişlər. Hər dəfə tarixin üzü dönəndə, iğtişaşlar, tətillər, üsyanlar, inqilablar baş verəndə işğalçı ermənilər fürsətdən istifadə etmək üçün hərəkətə keçmişlər. Eynilə XX əsrin sonlarında olduğu kimi...

O zaman da mürəkkəb, ziddiyyətli ictimai-siyasi hadisələr baş verməkdə idi. Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) adlı nəhəng imperiyanın çöküşü Azərbaycan xalqının müstəqillik arzusunu daha da gücləndirmişdi. 1980-ci illərin axırlarına doğru sovet hakimiyyəti zəiflədikcə Azərbaycanda müstəqillik hərəkatı genişləndi. 70 illik sovet rejimi respublikamızın iqtisadi və sosial strukturunu dəyişdirmişdi. Uzun illər kütləvi həbslər həyata keçirməklə, ən ağır cəzalarla azərbaycanlıların gözünün odunu almağa çalışmışdılar. Amma Azərbaycan xalqının vətənpərvər ruhunu məhv etməyə gücləri yetməmişdi. 1990-cı ilin yanvarında baş verən faciə də bir daha göstərdi ki, heç bir qüvvə bu xalqı müstəqillik yolundan döndərə bilməz. Can verməkdə olan sovet hökumətinin rəhbərləri o zaman yenidən milli münaqişəyə rəvac verdi.

Qarabağdan ermənilərin azərbaycanlılara hücum etmələri barədə xəbərlər gəlməyə başladı. Erməni quldurları getdikcə münaqişə ocağını daha da körüklədilər və müharibə alovu Qarabağı, Şərqi Zəngəzuru bürüdü. 

Birinci Qarabağ müharibəsində Azərbaycan xalqı tarixinin ən böyük faciələrini yaşadı. Təcavüzkar ermənilər Qarabağda və Şərqi Zəngəzurda azərbaycanlıların evlərinə od vurdular, yurdlarını yerlə bir etdilər. Minlərlə soydaşımız şəhid oldu, şikəst edildi, əsir götürüldü. Bir milyondan çox azərbaycanlı amansızlıqla yurdundan qovuldu. 1990-cı illərdə Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu. Həmin ərazilərimiz - Qarabağ və Şərqi Zəngəzur torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. Bu həm xalqımız, həm də dövlətimiz üçün olduqca ağır bir imtahan idi. 

Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın haqq səsini "eşitmir", üzləşdiyi faciələri "görmürdülər". Məqsədləri işğal müddətini uzatmaq, Azərbaycan dövlətini və xalqını bu ədalətsizliklə barışdırmaq idi. Ancaq qarşılarında öz vətənini canından çox sevən Azərbaycan xalqı, ölkəsinin suverenliyini bərpa etmək üçün böyük qətiyyət göstərən Azərbaycan dövləti vardı. Azərbaycan xalqı Silahlı Qüvvələrinin Ali Baş Komandanının, Prezident İlham Əliyevin əmrini gözləyirdi.

2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində baş verən İkinci Qarabağ müharibəsi Azərbaycanın yalnız hərbi gücünün, qüdrətinin nümayişi olmadı. Həm də xalqımızın vətən sevgisinin sönməz olduğunu bütün dünyaya göstərdi. İgid Azərbaycan oğulları ağır döyüşlərdə şücaət göstərərək Qarabağ və Şərqi Zəngəzur torpaqlarını düşməndən azad etdilər. İşğalçı Ermənistanın əsgər və zabitləri qəhrəman Azərbaycan Ordusunun qarşısında aciz qaldılar, çoxu silahını ataraq döyüş meydanından qaçdı.

2023-cü ilin sentyabrında aparılan antiterror əməliyyatı Azərbaycan Ordusunun qələbə əzmini, peşəkarlığını bir daha göstərdi. Ordumuzun qalibiyyəti ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələndi. Vətənin hər qarışı, hər guşəsi düşməndən təmizləndi. Bütün Azərbaycan xalqının qüruru olan üçrəngli, ay-ulduzlu bayrağımız bütün ərazilərimizdə dalğalandı.

Azərbaycan xalqı indi uzun illər həsrətində olduğu günlərə qovuşub. Keçmiş məcburi köçkünlər "Böyük qayıdış" proqramı çərçivəsində həyata keçirilmiş işlər nəticəsində yenidən salınmış yurdlarına qayıdırlar. Bu qayıdış Azərbaycan xalqının birliyinin, yurda bağlılığının, vətənə olan sonsuz sevgisinin təcəssümüdür, 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 117 dolları ötüb 

10:34
19 Mart

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

Prezident İlham Əliyevin sülh diplomatiyası: Aİ və ABŞ ilə strateji tərəfdaşlıq

08:20
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!