15 Oktyabr 2025 18:07
19163
MSK
A- A+
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB


Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın 2025-ci il iyunun 20-də keçirilən iclasının protokolu təsdiq olunub.

Sonra VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

Bildirilib ki, Milli Məclisin deputatı Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının qərarı ilə təşkilatın Baş katibi vəzifəsinə seçilib. Bununla əlaqədar onun MSK-ya ünvanladığı müraciəti və Türk Dövlətləri Parlament Assambleyasının müvafiq təsdiqedici sənədləri qanunvericiliyə uyğun qaydada araşdırılıb, deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsasların olduğu müəyyənləşib. Komissiya qeyd olunanları nəzərə alaraq, ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

İclasda daha sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. MSK üzvlərinin müzakirəsinin ardınca 44 saylı Sumqayıt üçüncü, 60 saylı Quba – Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan – Biləsuvar – Neftçala, 76 saylı Lənkəran – Masallı, 100 saylı Göygöl – Daşkəsən – Kəlbəcər, 102 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik olunması qərara alınıb.

Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

10:27
29 Avqust

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

10:26
29 Avqust

Əsərlərinin mövzusu bu gün də aktualdır

10:20
29 Avqust

Böyük ədəbiyyat yolunda öz cığırı vardı

10:10
29 Avqust

Günay Əfəndiyeva Qazaxıstanın Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

10:01
29 Avqust

AÇG tezliklə sönməyəcək

10:00
29 Avqust

Ağstafalı fermerlər istehsalı məhsuldarlıq hesabına artırırlar

09:50
29 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb

09:47
29 Avqust

İki ölkə, bir yol: Özbəkistandan Azərbaycan üzərindən Avropaya çıxış

09:40
29 Avqust

"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

09:30
29 Avqust

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

09:22
29 Avqust

Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

09:20
29 Avqust

Köhnə texnologiya etibarlıdırmı?

09:10
29 Avqust

ABŞ-də sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı mübarizə sərtləşir

09:00
29 Avqust

Dezinformasiya və süni intellekt: həqiqətin müdafiəsi uğrunda yeni mübarizə

08:50
29 Avqust

Kayrat Osmonaliyev: "Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir"  

08:40
29 Avqust

ŞƏT-in növbəti sammitində hansı məsələlər müzakirə olunacaq

08:30
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!