18 Avqust 2026 18:50
136
DÜNYA
A- A+
Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq


Uels Şahzadəsi, Diananın qardaşı Çarlz Spenser bacısının həyatından bəhs edən kitab yazacaq.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Son nəğmə: Diana, mənim bacım” adlı kitabın gələn ay Böyük Britaniyada işıq üzü görəcəyi gözlənilir. Kitab Şahzadə Diananın ölümündən təxminən 30 il sonra nəşr olunacaq.

Çarlz Spenser kitabı yazmaq qərarından danışarkən bacısı haqqında müsbət danışmaq istədiyini bildirib. O, kitabın insanlara Diananın əslində necə bir insan olduğunu daha yaxşı anlamağa imkan verəcəyinə ümid etdiyini deyib. Çarlz Spenser bacısını sevgi və xarizma ilə dolu, eyni zamanda, özünə şübhələri olan, dinamik və bənzərsiz şəxsiyyət kimi xarakterizə edib.

O bildirib ki, bacısının ölümünün 30-cu ildönümü yaxınlaşdıqca onunla bağlı müsahibə təklifləri yenidən artıb. Çarlz Spenserin sözlərinə görə, bu, xatirə və düşüncələrini birdəfəlik qələmə almaq qərarına gəlməsinə səbəb olub. O, illər ərzində həqiqətə uyğun olmayan bir sıra fikirlərin qəbul edilmiş həqiqətə çevrildiyini diqqətə çatdırıb və kitabın əsas məqsədinin Diananın həyatını qardaşının baxış bucağından həqiqətəuyğun şəkildə təqdim etmək olduğunu vurğulayıb.

Çarlz Spenser 1997-ci ilin sentyabrında Vestminster Abbatlığında keçirilən dəfn mərasimində də bacısı haqqında vida nitqi söyləyib.

Qeyd edək ki, Şahzadə Diana 1997-ci ildə Parisdə baş verən avtomobil qəzasından sonra 36 yaşında vəfat edib. Onun oğlanları Uilyam və Harri həmin vaxt müvafiq olaraq 15 və 12 yaşlarında olublar. Diana bu il iyulun 1-də 65 yaşını qeyd edəcəkdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

18:50
18 Avqust

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib

18:45
18 Avqust

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

18:43
18 Avqust

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

18:40
18 Avqust

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir 

18:38
18 Avqust

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18:05
18 Avqust

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

18:00
18 Avqust

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

17:59
18 Avqust

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

17:56
18 Avqust

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

17:52
18 Avqust

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

15:26
18 Avqust

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

15:24
18 Avqust

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!