18 Avqust 2026 18:45
146
CƏMİYYƏT
A- A+
Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib


Avqustun 18-də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid, Azərbaycanın Milli Qəhrəmanı Xəqani Aslanovun doğum günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Sabunçu rayonundakı H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Milli Qəhrəman Xəqani Aslanovun həyat və döyüş yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Xəqani Aslanov 1955-ci il avqustun 18-də Ağdam rayonunun Şelli kəndində dünyaya göz açıb. Kəndlərindəki orta məktəbi bitirdikdən sonra atasının sənətini davam etdirmək arzusu ilə Şuşa şəhərindəki Plan Uçot Texnikumuna daxil olub. Təhsilini uğurla başa vurduqdan sonra doğma kəndlərindəki "Şelli" sovxozunda mühasib işləməyə başlayıb. Bir müddətdən sonra hərbi xidmətə çağırılan Xəqani əsgəri xidmətini uzaq Murmansk şəhərində keçib. Əsgəri xidmətdən sonra doğmalarının yanına qayıdan Xəqani Aslanov bir vaxtlar oxuduğu məktəbdə əmək təlimi müəllimi işləyib. 1990-cı illərin əvvəllərində Vətənimizin üzərini qara buludlar alanda qardaşları ilə birgə doğma torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qoşulub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olsa da, nəşi tapılmayıb. Bu günə kimi itkin şəhid kimi qeydiyyatdadır. Onun qardaşları Hasil və Vidadi Aslanovlar 1993-cü ildə Ağdamın işğalı günü şəhadətə ucalıblar. Digər qardaşı Sadiq Aslanov isə döyüşlər zamanı ağır xəsarətlər alıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyini, ölkənin hərbi imkanlarının məhdud olduğunu və vahid komandanlıq sisteminin tam formalaşmadığını bildirib.

Deputat qeyd edib ki, həmin ağır dövrdə Xəqani Aslanov kimi Vətənini sevən, xalqına və torpağına bağlı igidlər düşmənin qarşısında sipər olublar. O vurğulayıb ki, həmin qəhrəmanları birləşdirən əsas amillər Vətən sevgisi, qeyrət, inam və xalqın birliyi olub.

Aydın Mirzəzadə deyib ki, igid oğullar Azərbaycanın güclü ordusunun formalaşacağına və işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inanaraq Vətənin müdafiəsinə qalxıblar. Onların fədakarlığının Azərbaycanın əldə etdiyi sabitliyin, inkişafın və qüdrətin əsasını təşkil etdiyini diqqətə çatdırıb.

O vurğulayıb ki, Birinci Qarabağ müharibəsində şəhid olanların vətənpərvərliyi və qəhrəmanlığı sonrakı nəsillər üçün böyük örnəyə çevrilib. Həmin qəhrəmanların davamçıları 2020-ci ildə Vətən müharibəsində böyük şücaət göstərərək işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizə aparıblar: “44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Birinci Qarabağ müharibəsi şəhidlərinin vəsiyyətinin həyata keçirilməsi, onların arzuladığı Azərbaycanın ərazi bütövlüyünün bərpası deməkdir”.

Deputat şəhidlərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını qeyd edib, Milli Qəhrəmanın nəşinin tapılaraq dini və milli adətlərə uyğun şəkildə torpağa tapşırılacağına ümidvar olduğunu deyib.

Tədbirdə çıxış edən digər natiqlər də Xəqani Aslanovun və Birinci Qarabağ müharibəsində şəhid olmuş digər qəhrəmanların Vətən qarşısındakı xidmətlərindən danışıblar.

Bildirilib ki, Birinci Qarabağ müharibəsində şəhid olanların göstərdikləri qəhrəmanlıq sonrakı nəsillər üçün böyük örnək olub. Onların Vətən sevgisi və mübarizə əzmi Azərbaycan gəncliyinin tərbiyəsində mühüm rol oynayıb.

Çıxışlarda 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin Birinci Qarabağ müharibəsi şəhidlərinin yolunda canlarını fəda etdiyi tarixi Qələbənin gerçəkləşməsi olduğu vurğulanıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və ehtirama görə minnətdarlığınıi bildirərək, Milli Qəhrəman Xəqani Aslanovun nəşinin tezliklə tapılacağına və onun torpağa tapşırılacağına inandıqlarını qeyd ediblər.

İtkin şəhidin həyat yoldaşı Sədaqət Aslanova jurnalistlərə müsahibəsində həm Xəqani Aslanovun, həm də onun qardaşlarının vətənpərvər olduqlarını, çətin günlərdə, silah-sursatın yetmədiyi dövrlərdə öz gücləri hesabına düşmənə qan uddurduqlarını deyib: “O dövrlərdə nə Xəqanini, nə də qardaşlarını döyüşdən saxlamaq olmadı. Onlar “Qız-gəlinlərimiz əsir, girov götürülüb, cəbhəyə biz getməyək, bəs, kim getsin?” deyib irəli atıldılar. Bir ailə üç övladını o müqəddəs amal uğrunda qurban verdi”.

Şəhidin oğlu Musavi Aslanov atasının Xocalı faciəsi zamanı sakinlərə kömək etdiyini, orada böyük qəhrəmanlıq göstərdiyini deyib.

“O dövrdə mənim yaşım az idi, amma hər şeyi xatırlayıram. Yadımdadır ki, əmilərimin nəşləri gətiriləndə nənəmlə babamın övladlarının itkisinə ürəkləri tab gətirmədi və onlar dünyalarını dəyişdilər. Qapımızdan dörd tabut çıxmışdı. Bir də atamın nəşinin tapılmaması vəziyyəti daha ağır və çarəsiz etmişdi. Neçə illərdir gözlərimiz yollardadır. Hər itkin şəhiddən xəbər gələndə ümidlənirik. İnanıram ki, atamın nəşi də tezliklə tapılacaq və bizim də ziyarət üçün bir məkanımız olacaq”, - deyə Musavi Aslanov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

18:50
18 Avqust

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib

18:45
18 Avqust

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

18:43
18 Avqust

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

18:40
18 Avqust

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir 

18:38
18 Avqust

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18:05
18 Avqust

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

18:00
18 Avqust

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

17:59
18 Avqust

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

17:56
18 Avqust

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

17:52
18 Avqust

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

15:26
18 Avqust

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

15:24
18 Avqust

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!