18 Avqust 2026 18:38
148
SİYASƏT
A- A+
TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir 

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir 


TRIPP-in həyata keçirilməsini Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi mövqeyinin gücləndirilməsi baxımından mühüm imkanlardan biri kimi qiymətləndirmək olar. Burada əsas məsələ yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması deyil. Daha geniş perspektivdən yanaşdıqda, söhbət Azərbaycanın regional və qitələrarası nəqliyyat şəbəkəsində rolunun genişlənməsindən gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə deyib.

Ekspert bildirib ki, ilk növbədə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz və dayanıqlı bağlantının formalaşması ölkənin nəqliyyat coğrafiyasına ciddi təsir göstərə bilər. Naxçıvan uzun illər Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan müəyyən mənada təcrid vəziyyətində olduğuna görə onun iqtisadi potensialından tam istifadə edilməsi müəyyən çətinliklərlə müşahidə olunub. Yeni nəqliyyat imkanlarının yaranması isə Naxçıvanı son məntəqədən tranzit və logistika qovşağına çevirmək potensialına malikdir.

“Bu proses Naxçıvanın strateji əhəmiyyətini də yeni səviyyəyə qaldıra bilər. Muxtar respublikanın Azərbaycan–Türkiyə–İran üçbucağında yerləşməsi ona olduqca əlverişli geoiqtisadi mövqe verir. Fasiləsiz nəqliyyat bağlantısı formalaşdığı təqdirdə burada logistika mərkəzlərinin, anbar və yük terminallarının, sənaye və istehsal müəssisələrinin, eyni zamanda, enerji və ticarət infrastrukturunun inkişafı üçün əlavə iqtisadi əsas yaranacaq. Yeni nəqliyyat layihəsinin real iqtisadi nəticəsi yalnız tranzitdən əldə olunan gəlirlə ölçülməməlidir. Əsas multiplikativ effekt nəqliyyat xəttinin ətrafında formalaşacaq yeni iqtisadi fəaliyyət sahələrində özünü göstərə bilər. Yəni əsas məsələ yalnız yükün Naxçıvandan keçməsi deyil, həmin yük axınının ətrafında yeni istehsal, logistika, xidmət və ticarət imkanlarının yaradılmasıdır”, - deyə iqtisadçı-ekspert vurğulayıb.

Onun sözlərinə görə, digər mühüm məsələ Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarındakı mövqeyidir. Azərbaycan artıq Xəzər hövzəsi, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm nəqliyyat bağlantısı rolunu oynayır. TRIPP və onunla əlaqəli yeni kommunikasiya imkanları mövcud infrastrukturu tamamlayaraq ölkənin tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edir. Nəticədə Azərbaycan yalnız bir istiqamət üzrə tranzit ölkə deyil, müxtəlif nəqliyyat istiqamətlərinin kəsişdiyi regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər. Bu baxımdan TRIPP-in Orta Dəhlizlə inteqrasiyası xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edən mühüm nəqliyyat sistemidir. Naxçıvan istiqamətində əlavə bağlantının formalaşması bu sistem daxilində alternativ marşrutların və əlavə logistika imkanlarının yaranmasına şərait yarada bilər. Nəqliyyat sistemində alternativlərin çoxalması təkcə yükdaşıma potensialını artırmır, həm də marşrutun dayanıqlılığını, effektivliyini və geosiyasi əhəmiyyətini yüksəldir. Bu baxımdan TRIPP-i mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan və Azərbaycanın regional bağlantı imkanlarını genişləndirən layihə kimi qiymətləndirmək daha doğru olar.

“TRIPP uğurla reallaşdırılacağı və Orta Dəhliz də daxil olmaqla mövcud regional nəqliyyat infrastrukturu ilə səmərəli şəkildə inteqrasiya ediləcəyi təqdirdə, layihənin əhəmiyyəti Azərbaycan–Naxçıvan bağlantısından xeyli kənara çıxa bilər. Bu halda Naxçıvan Azərbaycanın iqtisadi periferiyası deyil, Türkiyə, Cənubi Qafqaz, İran və daha geniş Avrasiya məkanını birləşdirən mühüm logistika və iqtisadi qovşaqlardan birinə çevrilə bilər. Azərbaycan isə Şərq–Qərb və Şimal–Cənub istiqamətlərinin kəsişməsində yerləşən əsas tranzit aktorlarından biri kimi mövqeyini daha da möhkəmləndirərək öz coğrafi üstünlüyünü uzunmüddətli geoiqtisadi və geosiyasi üstünlüyə çevirmək imkanı əldə edə bilər”, – deyən A.Əzimzadə fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

18:50
18 Avqust

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib

18:45
18 Avqust

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

18:43
18 Avqust

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

18:40
18 Avqust

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir 

18:38
18 Avqust

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18:05
18 Avqust

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

18:00
18 Avqust

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

17:59
18 Avqust

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

17:56
18 Avqust

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

17:52
18 Avqust

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

15:26
18 Avqust

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

15:24
18 Avqust

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!