20 Noyabr 2025 08:50
2267
Elm və texnika
A- A+
Beyini gənc saxlamağın yolu

Beyini gənc saxlamağın yolu


Xarici dil öyrənmək zehni qocalmanı ləngidir


Müasir dünyanın qloballaşan ritmində xarici dil bilmək gündəlik həyatın, peşə inkişafının və şəxsi tərəqqinin ən vacib şərtlərindən birinə çevrilib. Mütəxəssislər dil öyrənməyin təkcə sosial və peşə üstünlüyü yaratmadığını, eyni zamanda beyinin yaşlanmasını yavaşlatdığını, zehni çevikliyi artırdığını bildirirlər. Yeni elmi araşdırmalar isə bu fikri daha möhkəm şəkildə təsdiqləyir.

"Nature Aging" jurnalında dərc olunmuş genişmiqyaslı araşdırma çox dil bilməyin insan beyninə təsirini yenidən gündəmə gətirib. Elm adamları Avropanın 27 ölkəsində 51-90 yaş aralığında olan 86 min nəfərin məlumatını təhlil ediblər. Nəticə isə olduqca maraqlıdır. Məlum olub ki, yalnız bir dildə danışan insanlar çoxdillilərə nisbətən iki dəfə daha tez zehni qocalma əlamətləri göstərirlər. Ən azı iki dil bilənlərdə isə bu risk yarıbayarı azalır. Öyrənilən hər əlavə dil isə beyinin qorunmasına daha çox  töhfə verir.

Bu fakt dəfələrlə gündəmə gəlsə də, son araşdırmaların nəticələri onu daha etibarlı edir. Üstəlik, çoxdilliliyin təsiri yaş, təhsil, ümumi sağlamlıq, həyat tərzi dəyişəndən sonra belə, güclü olaraq qalır. Bu isə dil bilməyin mədəni üstünlükdən daha artıq, sağlamlıq faydası daşıdığını göstərir.


Dillər arasında keçidin gücü


Mütəxəssislərin açıqlamalarına görə, çoxdilli insanlar daim lüğətlər, qrammatik sistemlər və mədəni kontekstlər arasında keçid edirlər. Bu proses beyinin əsas funksiyalarını, yaddaşı, diqqəti, qərarverməni və informasiya emalını işə salır. Bütün bunlar beyində, xüsusən də prefrontal korteksdə "idman effekti" yaradır. Müntəzəm fiziki hərəkət bədəni formada saxladığı kimi, davamlı zehni məşq də beyinə oxşar təsir göstərir.

Fizioloji olaraq beyinin yeni sinaptik əlaqələr yaratmaq qabiliyyəti - neyroplastiklik  yaş ötdükcə zəifləyir. Amma dil öyrənmək bu zəifləmənin qarşısını alan nadir məşqlərdəndir. Araşdırmalar göstərir ki, yaşından asılı olmayaraq yeni söz öyrənmək, qrammatika sınaqları etmək, danışıq təcrübəsi keçmək beyin hüceyrələrini aktivləşdirir və onları daha davamlı edir. Bu, yaşla bağlı zehni geriləməni də ciddi şəkildə ləngidir.

Son illər altsheymer və digər demensiya növlərinin artması ilə bağlı narahatlıq çoxalıb. Elmi tədqiqatlar göstərir ki, ən azı iki dil bilən insanlarda demans simptomları orta hesabla 4-5 il gec ortaya çıxır. Bunun səbəbi beyində yaranan ehtiyat gücüdür. Dillər arasında keçid bu ehtiyatı gücləndirir, beyini ətraf mühit dəyişikliklərinə daha dayanıqlı edir.

Tədqiqatçılar bildirirlər ki, dil öyrənmək təkcə gənclik illərində deyil, yetkin yaşlarda da eyni dərəcədə faydalıdır. Hətta 60 yaşdan sonra belə, yeni dil öyrənməyə başlayanlarda yaddaş testlərinin nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşıb.


Əsas şərt düzgün metod və motivasiyadır


Günümüzdə xarici dil bir çox sahədə açar rolunu oynayır.  Qloballaşma dövründə fərqli ölkələrlə əməkdaşlıq edən şirkətlər çoxaldığı üçün işəgötürənlərin əksəriyyəti namizədlərdən ən azı bir xarici dil bilməyi tələb edir. Xarici dil bilən şəxslər çoxmillətli şirkətlərdə daha yüksək maaşlı və məsuliyyətli vəzifələrə keçə bilirlər. Elmi məqalələrin böyük hissəsi ingilis dilində yazıldığı üçün bu dili bilmək araşdırma aparmaq imkanlarını genişləndirir. Æurnalistika, media və informasiya sahələrində ingilisdilli mənbələr informasiya bankının əsas hissəsini təşkil edir. Xarici dil yeni dostluqlar, beynəlxalq əlaqələr və fərqli təcrübələr qazanmağa imkan yaradır.

Dilçilik üzrə mütəxəssislər dünya dillərini çətinlik səviyyəsinə görə sıraladıqda ilk yerlərdə ərəb, mandarin (Çin), yapon, koreya, rus, fin və macar dilləri dayanır. Bunların hər biri mürəkkəb qrammatikaya, fərqli yazı sisteminə və geniş lüğətə malikdir. Lakin ən çətin dillər belə öyrənilə bilər. Əsas şərt düzgün metod və motivasiyadır.

Psixoloqlar bildirirlər ki, insan motivasiyası xarici dil öyrənmənin yarısını təşkil edir. Maraqlı kontentlər, seriallar, gündəlik danışıq praktikası və müntəzəm öyrənmə sistemi prosesi həm sürətləndirir, həm də daha effektiv edir.

Araşdırmalar bir daha sübut edir ki, dil öyrənmək təkcə sosial üstünlük deyil, bu həm də beyini cavan saxlayan, yaşlanmanı ləngidən, demans riskini azaldan bir növ zehni terapiyadır. Dil öyrənmək həm şəxsi inkişaf, həm də mədəni irsin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Müasir dövrdə texnologiyanın sürətlə inkişafı dil öyrənmə prosesini daha əlçatan edib. Artıq hər kəs smartfon və ya kompüter vasitəsilə dünyanın istənilən dilində dərs, audio, video və interaktiv tətbiqlərə çıxış əldə edə bilir. Mütəxəssislər hesab edirlər ki, yeni dillərin öyrənilməsi gələcəyin əsas bacarıqları siyahısında lider mövqedə qalmağa davam edəcək. Süni intellektin inkişaf etdiyi bir zamanda insanlar arasında fərqi yaradacaq ən mühüm xüsusiyyət emosional zəka, ünsiyyət və mədəni anlaşma bacarıqları olacaq. Xarici dil isə bu bacarıqların açarıdır: o, insanı yalnız qrammatika və söz yaddaşı ilə deyil, düşüncə tərzi, ünsiyyət üslubu və davranış modeli ilə də zənginləşdirir. Hər yeni dil yeni baxış bucağı deməkdir. Dil öyrənənlər fərqli mədəniyyətlərin düşüncə strukturlarını anladıqca həm empati qabiliyyəti artır, həm də özünüifadə gücü genişlənir. Bu isə yalnız şəxsi inkişafı deyil, peşəkar aləmdə adaptasiya və problem həlletmə bacarıqlarını da gücləndirir. Üstəlik, araşdırmalar göstərir ki, multikultural şəraitdə böyüyən və ya müxtəlif dilləri aktiv istifadə edən insanlar daha yaradıcı olur, yeni ideyalar irəli sürməkdə daha cəsarətli davranırlar.


Ü.XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!