09 Noyabr 2026 08:30
114
SİYASƏT
A- A+
Sülh bəyanatlarla deyil, real addımlarla qurulur

Sülh bəyanatlarla deyil, real addımlarla qurulur


Paşinyan həqiqi barış istəyirsə, vaxt qazanmaq taktikasından əl çəkib konkret işlər görməlidir 


Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda Azərbaycan və Ermənistan arasında sülhün hüquqi təmini regional sabitliyin ən mühüm şərtidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan tərəfi bölgədə davamlı sülhün bərqərar olunması üçün aydın strategiya ortaya qoyub. Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdə ardıcıl səsləndirdiyi fikirlər, bəyanatlar və sülh ritorikası cəlbedici görünsə də, sülh prosesi sözlərlə deyil, praktiki və əməli addımlarla ölçülür. 

N.Paşinyanın 2027-ci il Ermənistanın dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı səsləndirdiyi son açıqlamaları da məhz ziddiyyətli mənzərəni bir daha gözlər önünə sərir. Paşinyan öz çıxışında Azərbaycanla münasibətlərin gələcəyi barədə danışarkən bildirib ki, artıq münaqişə gündəmi olmayacaq: "Ən azı biz gündəliyi belə başa düşmüşük". Baş nazirin "optimist" bəyanatlarla çıxış etməsi sülhün artıq "qapıda olduğu" təəssüratını yaratmağa hesablanıb. Lakin münasibətlərdə münaqişə gündəliyinin tamamilə aradan qalxması üçün təkcə niyyətlərin ifadə olunması kifayət etmir. Azərbaycanın tələb etdiyi və haqlı olaraq üzərində dayandığı əsas məqam odur ki, gələcəkdə revanşizm risklərini sıfıra endirəcək hüquqi və siyasi bazaların yaradılması mütləqdir. Ermənistanın mövcud konstitusiyasında və digər normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən bəndlər qaldığı müddətdə "münaqişə gündəmi bitib" demək tezdir. 

Paşinyan daxildə müxalifətlə mübarizəsinə və yeni konstitusiya məsələsinə də toxunaraq mövqeyini belə izah edib: "Əgər müxalifətin buna qarşı çıxdığı məlum olarsa, bu, Azərbaycanla yekun sülhün əleyhinə çıxmaq olacaq. Belə olan halda müxalifətə qarşı birmənalı şəkildə ictimai təzyiq formalaşacaq. Əgər cəmiyyətdə belə bir əhvali-ruhiyyə yaranarsa, hakim çoxluq bu təzyiqə rəhbərlik etməlidir". Göründüyü kimi, Paşinyan hökuməti konstitusiya dəyişikliyi kimi vacib məsələni daxili siyasi çəkişmələrin, müxalifətlə polemikaların predmetinə çevirməyə çalışır. Bakı üçün isə Ermənistandakı daxili hakimiyyət-müxalifət oyunları deyil, konkret nəticə önəmlidir. Yəni Ermənistan konstitusiyasından Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdid yaradan maddələrin çıxarılması daxili ictimai təzyiqlərin nəticəsi kimi deyil, İrəvanın beynəlxalq hüquqdan doğan birbaşa öhdəliyi kimi icra edilməlidir. Paşinyan sülh prosesini siyasi mülahizələrlə uzatmamalı, konkret hüquqi addımlar atmalıdır.

Digər vacib məsələ regional kommunikasiyaların açılması və Zəngəzur dəhlizi (TRIPP) kimi strateji layihələrin icrasıdır. Paşinyan regional layihələrlə bağlı hökumətin planlarını belə bəyan edib: "Ermənistan hökuməti faktiki olaraq artıq "Tramp marşrutu" (TRIPP) layihəsinin icrasına başlayıb. TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi işlərini sifariş etməyə başlayacağıq. Vaxt itirmək istəmirik". Əlbəttə ki, nəqliyyat və logistika xəritəsinin yenidən qurulması, kommunikasiyaların bərpası həm Azərbaycanın, həm də bütövlükdə regionun maraqlarına cavab verir. Lakin burada da əsas məsələ kağız üzərindəki layihələndirmə və ya təşəbbüslə bağlı bəyanatlar deyil, görülən real işlərdir.

Azərbaycan öz ərazisində bütün lazımi infrastruktur layihələrini - dəmir yollarını, avtomobil magistrallarını ən qısa müddətdə tamamlayıb və ya başa çatdırmaq üzrədir. Ermənistan isə uzun illərdir ki, müxtəlif adlar altında vaxt udmağa, öhdəliklərindən boyun qaçırmağa cəhd edir. Paşinyanın "vaxt itirmək istəmirik" sözləri real, aydın qrafik və praktiki addımlarla dəstəklənməlidir. Azərbaycanın əsas nəqliyyat və logistika yollarının maneəsiz, təhlükəsiz və uzlaşdırılmış şəkildə fəaliyyət göstərməsi İrəvanın hansı adlar altında çıxış etməsindən asılı olmayaraq konkret icra mexanizmlərini tələb edir. 

Bakının birmənalı və qətiyyətli mövqeyi dəfələrlə ən yüksək səviyyədə bəyan edilib. Azərbaycan formal sənədlərin və ya vaxt qazanmaq məqsədi güdən diplomatik manevrlərin tərəfdarı deyil. Azərbaycan Ermənistandan səmimi, davamlı və geridönməz sülhə yönəlmiş addımlar gözləyir. Bu addımlar ilk növbədə Ermənistan konstitusiyasının yenilənməsi, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarının birdəfəlik ləğvi, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin dürüst aparılması və nəqliyyat koridorlarının qeyd-şərtsiz açılmasıdır. 

Cənubi Qafqazda tarixi sülh imkanı yaranıb və bu fürsətin əldən verilməsi ilk növbədə Ermənistanın özü üçün ağır nəticələr doğura bilər. Paşinyanın "pozitiv" bəyanatları, gələcəyə dair "nikbin" proqnozları yalnız o zaman dəyər qazanacaq ki, onlar masa arxasında imzalanacaq hərtərəfli sülh müqaviləsinə və yerində icra edilən praktiki layihələrə çevriləcəkdir. İrəvan üzərinə düşən tarixi öhdəliklərdən yayınmamalı, prosesi süni şəkildə uzatmamalı və Bakının real addımlara söykənən ədalətli tələblərini cavablandırmalıdır. Çünki regional sabitlik cəsarətli və real siyasi qərarlarla qurulur.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh bəyanatlarla deyil, real addımlarla qurulur

08:30
09 Noyabr

Zəfər parkı - qəhrəmanlığımızın rəmzinə çevrilən ünvan

08:25
09 Noyabr

Tarixdən güc alan ideologiya

08:20
09 Noyabr

Bayraq ucalanda Vətən ucalar

08:15
09 Noyabr

Qələbə rəmzi

08:10
09 Noyabr

"Bayraq mənliyimdir, bayraq kimliyim"

08:05
09 Noyabr

"Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız"

08:00
09 Noyabr

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:19
09 Noyabr

Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında

02:18
09 Noyabr

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа

02:16
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

02:14
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:12
09 Noyabr

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb  

23:50
08 Noyabr

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

23:49
08 Noyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!