07 Avqust 2026 08:40
184
SİYASƏT
A- A+
Xarici siyasətimizin dəyişməz prinsipi

Xarici siyasətimizin dəyişməz prinsipi


Öz ərazisini üçüncü dövlətlərin qonşu ölkələrə qarşı fəaliyyət meydanına çevrilməsinə imkan verməyəcək


Son dövrlərdə bəzi dairələr tərəfindən Azərbaycan ərazisinin guya İsrailin xüsusi xidmət orqanı "Mossad" tərəfindən üçüncü ölkələrə qarşı istifadə olunduğu barədə iddialar irəli sürülür. Prezidentin köməkçisi Hikmət Hacıyevin də vurğuladığı kimi, Azərbaycan öz ərazisinin heç vaxt hər hansı dövlətə qarşı istifadə edilməsinə imkan vermir. Bu, ölkəmizin uzun illərdir ardıcıl şəkildə həyata keçirdiyi xarici siyasətin əsas prinsiplərindən biridir.

Milli Məclisin deputatı Azər BADAMOV qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan həmişə bütün qonşuları ilə qarşılıqlı hörmətə, suverenliyə və daxili işlərə qarışmamaq prinsipinə əsaslanan münasibətlər qurmağa çalışıb. Bunun ən bariz nümunəsi  son zamanlar Ermənistanla münasibətlərdə nümayiş etdirilən yanaşmadır. Otuz il ərzində torpaqları işğal altında qalmış, şəhər və kəndləri dağıdılmış, bir milyona yaxın vətəndaşı məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan müharibədən sonra regionda davamlı sülhün tərəfdarı olduğunu bəyan edib və münasibətləri "təmiz səhifədən" başlamağı təklif edib. "Bu baxımdan, 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış sülh sazişi layihəsi də Azərbaycanın regionda uzunmüddətli sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində nümayiş etdirdiyi siyasi iradənin göstəricisi kimi qiymətləndirilə bilər. Belə bir siyasət yürüdən Azərbaycanın öz ərazisini hansısa dövlətə qarşı hərbi və ya kəşfiyyat fəaliyyəti üçün istifadəyə verməsi barədə iddialar nə ölkənin rəsmi mövqeyi, nə də həyata keçirdiyi xarici siyasət kursu ilə uzlaşır. Bu baxımdan, Azərbaycanın "Mossad" tərəfindən istifadə edildiyi barədə səsləndirilən fikirlər tamamilə əsassız olmayan iddialardır", - deyə o əlavə edib.

Deputat hesab edir ki, bu cür iddiaların dövri şəkildə gündəmə gətirilməsi Azərbaycanla İran arasında etimad mühitini zəiflətməyə və iki qonşu ölkənin münasibətlərinə xələl gətirməyə çalışan dairələrin maraqlarına xidmət edir. Azərbaycan isə dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, öz ərazisini üçüncü dövlətlərin qonşu ölkələrə qarşı fəaliyyət meydanına heç vaxt çevirməyəcək.

Azərbaycanın İranla münasibətlərə xüsusi önəm verdiyini deyən A.Badamov bildirib ki, iki ölkə arasında tarixi, dini, mədəni və iqtisadi bağlar mövcuddur: "Bundan əlavə, İranda on milyonlarla azərbaycanlı yaşayır və bu amil münasibətlərə əlavə humanitar məzmun qazandırır. Məhz bunlara görə də Azərbaycan regionda gərginliyin azalmasını, İranın təhlükəsizliyinin və sabitliyinin qorunmasını dəstəkləyir. Çünki bölgədə istənilən münaqişənin davam etməsi, ilk növbədə, orada yaşayan insanların, o cümlədən azərbaycanlıların təhlükəsizliyinə və sosial rifahına mənfi təsir göstərir. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin tərəfdarı olan dövlətdir. Otuz il ərzində işğaldan əziyyət çəkmiş ölkə kimi dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini daim əsas tutur. Bu yanaşma İran məsələsinə münasibətdə də dəyişmir. Azərbaycan regionda bütün problemlərin dövlətlərin suverenliyi və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmasını dəstəkləyir".

Deputat qeyd edib ki, Azərbaycan ərazisində İsrailin hərbi bazalarının və ya hərbi kontingentinin yerləşdirilməsi barədə səsləndirilən fikirlər də reallıqdan uzaqdır. Bu iddiaları təsdiqləyən hər hansı fakt mövcud deyil. Azərbaycanın hərbi təhlükəsizlik siyasəti yalnız milli maraqlarına və dövlət suverenliyinin qorunmasına əsaslanır. Doğrudur, müəyyən dövrlərdə Azərbaycan-İran münasibətlərində gərginlik yaşanıb, lakin son illər qarşılıqlı siyasi dialoqun intensivləşməsi nəticəsində münasibətlər yenidən müsbət inkişaf mərhələsinə qədəm qoyub. Hazırda iki ölkə iqtisadiyyat, energetika, nəqliyyat və logistika sahələrində mühüm layihələri birgə həyata keçirirlər.

A.Badamov vurğulayıb ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat marşrutu bu əməkdaşlığın əsas istiqamətlərindən biridir: "Bununla yanaşı, Araz çayı boyunca Naxçıvana alternativ nəqliyyat marşrutunun yaradılması, Araz çayı üzərində birgə hidrotexniki və enerji layihələrinin icrası, sərhədyanı əməkdaşlığın genişləndirilməsi Azərbaycan-İran tərəfdaşlığının strateji xarakter daşıdığını göstərir. Məhz bu səbəbdən iki ölkə arasında münasibətlərin inkişafından narahat olan müəyyən dairələrin vaxtaşırı müxtəlif əsassız iddialar ortaya atması gözləniləndir. Keçmişdə də buna bənzər iddialar səsləndirilib və onların heç biri təsdiqini tapmayıb. Bu gün də Azərbaycanın guya "Mossad" üçün platformaya çevrildiyi barədə səsləndirilən fikirlər faktlara deyil, siyasi manipulyasiyalara əsaslanır".

Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipi ölkə ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmasına heç vaxt imkan verilməməsidir. Rəsmi Bakının dəfələrlə bəyan etdiyi bu prinsip regionda etimadın möhkəmləndirilməsinə, qonşuluq münasibətlərinin inkişafına və Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasına xidmət edir. Buna görə də bu kimi iddialar Azərbaycan-İran münasibətlərinin strateji inkişaf xəttinə təsir göstərə bilməz.  


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngilan zəngin keçmişi üzərində qurulur

09:40
07 Avqust

Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi

09:30
07 Avqust

Odlar yurdunun "Alov qüllələri" 

09:20
07 Avqust

Rəqəmsal gələcəyin təməli təhsildən başlayır

09:10
07 Avqust

Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?

09:00
07 Avqust

Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir

08:50
07 Avqust

Xarici siyasətimizin dəyişməz prinsipi

08:40
07 Avqust

Azərbaycan Cənubi Qafqazda İsveçrənin mühüm tərəfdaşıdır

08:30
07 Avqust

Azərbaycan Avrasiyanın yeni geosiyasi xəritəsinin memarlarından biridir

08:20
07 Avqust

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının yeni strateji mərhələsi

08:10
07 Avqust

Unikal inkişaf və tərəfdaşlıq modeli 

08:00
07 Avqust

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

00:55
07 Avqust

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

00:54
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 382 nömrəli, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2012-ci il 6 iyun tarixli 648 nömrəli, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında" 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:53
07 Avqust

B.Ə.Aslanbəylinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

00:52
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

00:52
07 Avqust

E.T.Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:51
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:50
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2025-ci il 15 yanvar tarixli 286 nömrəli fərmanlarında və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" 2014-cü il 10 yanvar tarixli 213 nömrəli və"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

00:48
07 Avqust

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

22:43
06 Avqust

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

22:36
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!