№ 274
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 588 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adından “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;
1.2. həmin Qərara 1 nömrəli əlavə - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın 22-ci və 27-ci hissələri ləğv edilsin.
2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 490 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2154 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissədə “430” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu” aşağıdakı redaksiyada verilsin:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin STRUKTURU
1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (departamentlər və şöbələr).
2. Muzey və Turizm Mərkəzi.
3. Ənənəvi İncəsənət Mərkəzi.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1104 (Cild I) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”ndə (hər iki halda) “Şöbə” sözü “Departament” sözü ilə, həmin cədvəldə “Sektor” sözü “Şöbə” sözü ilə əvəz edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 8 sentyabr 2026-cı il