08 İyul 2026 14:25
150
Mədəniyyət
A- A+
Bakıda Azərbaycan-Misir mədəni əlaqələrinə həsr olunmuş sərgi açılıb

Bakıda Azərbaycan-Misir mədəni əlaqələrinə həsr olunmuş sərgi açılıb


İyulun 8-də ADA Universitetində azərbaycanlı gənc rəssamların Böyük Misir Muzeyinin nadir eksponatlarından ilhamlanaraq ərsəyə gətirdikləri əsərlərdən ibarət sərgi açılıb. Sərgi ADA Universiteti, Misirin Azərbaycandakı səfirliyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgi 9 İyul – Azərbaycanda Diplomatik Xidmət Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə təşkil olunub və mədəni diplomatiyanın xalqları və dövlətləri birləşdirən gücünü nümayiş etdirməyi hədəfləyir.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdə, xüsusilə mədəni diplomatiya istiqamətində uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O bildirib ki, Misirin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan sərginin əsas məqsədi mədəni diplomatiyanın əhəmiyyətini nümayiş etdirmək, xalqlar arasında qarşılıqlı anlaşma və əlaqələri daha da möhkəmləndirməkdir.

F. İsmayılzadə qeyd edib ki, ekspozisiyada azərbaycanlı rəssamların Misirin zəngin tarixi və mədəni irsindən ilhamlanaraq yaratdıqları əsərlər nümayiş etdirilir. Onun sözlərinə görə, bu kimi layihələr ölkələr arasında mədəni əməkdaşlığın genişlənməsinə, xalqların bir-birini daha yaxından tanımasına və dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Redan sərginin açılışında iştirak etməkdən məmnunluğunu ifadə edib. Diplomat bildirib ki, bu cür təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə, mədəni irsin tanıdılmasına və Azərbaycan-Misir dostluq münasibətlərinin inkişafına xidmət edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Misir və digər dost ölkələrlə bağlı keçirilən bu cür tədbirlər mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. O vurğulayıb ki, Azərbaycan ilə Misir arasında münasibətlər yüksək səviyyədədir və Misir beynəlxalq platformalarda hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib.

Deputat iki ölkə arasında parlamentlərarası əlaqələrin, dövlət qurumları, diplomatik nümayəndəliklər və media arasında əməkdaşlığın da uğurla inkişaf etdiyini diqqətə çatdıraraq bildirib ki, bu əlaqələr Azərbaycan-Misir dostluğunun daha da möhkəmlənməsində mühüm rol oynayır.

Milli Məclisin deputatı Asim Mollazadə çıxışında sərginin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, belə layihələr mədəni diplomatiyanın gücünü nümayiş etdirir, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, Böyük Misir Muzeyinin nadir eksponatlarından ilhamlanaraq azərbaycanlı gənc rəssamların ərsəyə gətirdiyi əsərlər həm qədim Misir irsinə ehtiramın ifadəsi, həm də Azərbaycan gənclərinin yaradıcılıq potensialının nümayişidir. Deputat qeyd edib ki, bu cür sərgilər mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

"Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Bəxşəliyev çıxışında bildirib ki, “Mədəni diplomatiya incəsənət sərgisi” layihəsinə 2010-cu ildə başlanılıb. Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətini beynəlxalq ictimaiyyətə tanıtmaq, milli incəsənəti dünya auditoriyasına təqdim etmək, eyni zamanda gənc azərbaycanlı rəssamların yaradıcılıq potensialını beynəlxalq sənət ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Onun sözlərinə görə, layihə çərçivəsində indiyədək dünyanın müxtəlif ölkələrində, beş qitədə ümumilikdə 28 sərgi təşkil olunub. Bu sərgilər incəsənətin xalqları birləşdirən və sülhə xidmət edən universal dəyər olduğunu nümayiş etdirir.

İ. Bəxşəliyev builki sərginin Misirə həsr olunmasının təsadüfi olmadığını vurğulayıb. O qeyd edib ki, Misir dünyanın ən qədim və zəngin mədəni irsə malik ölkələrindən biridir. Keçən il Böyük Misir Muzeyinin açılışının dünya ictimaiyyətində böyük maraq doğurduğunu xatırladan natiq bildirib ki, bu hadisə qədim Misir sivilizasiyasını yenidən beynəlxalq diqqət mərkəzinə gətirib. Məhz buna görə layihənin ilk buraxılışının Misirin tarixi və mədəni irsinə həsr olunması qərara alınıb.

"Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru əlavə edib ki, gələcəkdə də bu təşəbbüs davam etdiriləcək, müxtəlif ölkələrin zəngin mədəni irsini Azərbaycan ictimaiyyətinə incəsənət vasitəsilə tanıdan yeni sərgilər təşkil olunacaq.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leysan yağışları Zaqatala və Balakəndə fəsadlar törədib: Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub  

15:35
08 İyul

“Araz-Naxçıvan” futzal klubunun Çempionlar Liqasında rəqibləri müəyyənləşib

15:30
08 İyul

Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında Azərbaycanın milli maraqları dayanır

15:25
08 İyul

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsində növbəti inkişaf mərhələsi başlayıb

15:20
08 İyul

FHN və DSX birgə təlim keçirib 

15:15
08 İyul

Otuz altı mindən çox abituriyent I və IV ixtisas qrupları üzrə imtahan verəcək

15:10
08 İyul

HHQ və XTQ komandanları təltif olunublar

15:05
08 İyul

Qəbələdə “Açıq qapı” günündə istehlakçıların əsas hüquqları izah edilib

15:00
08 İyul

Britaniyada şirkət müştərilərin müqavilələri ləğv etməsinə mane olduğuna görə 28 milyon funt cərimələnib

14:55
08 İyul

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın illik sessiyasında iştirak edib

14:50
08 İyul

Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 48 faizdən çox azalıb

14:45
08 İyul

Ukrayna ordusu Rusiyanın neftayırma zavodlarını vurub

14:40
08 İyul

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ASCO-nun inkişaf planları ilə tanış olublar

14:35
08 İyul

“Telegraph”: FIFA və UEFA Rusiya komandalarının yarışlara tezliklə buraxılmasını planlaşdırmır

14:30
08 İyul

Bakıda Azərbaycan-Misir mədəni əlaqələrinə həsr olunmuş sərgi açılıb

14:25
08 İyul

Tibbi Tədris-Simulyasiya Mərkəzinin açılışı olub  

14:20
08 İyul

“Ulduz”un yeni nömrəsində...

14:15
08 İyul

Maka Boçorişvili: Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı çox uğurlu nəticələr verir

14:10
08 İyul

Münaqişə bölgələrində olan 600-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

14:05
08 İyul

Ankarada NATO sammitinin plenar iclası başlayıb

14:00
08 İyul

Əymən Əs-Safadi: Azərbaycanla investisiya sahəsində əlaqələrimizi gücləndirmək niyyətindəyik

13:55
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!