16 Sentyabr 2026 10:20
152
İQTİSADİYYAT
A- A+
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq


"AzerGold" QSC Naxçıvan Muxtar Respublikasının mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin International Resources Holding (IRH) şirkəti ilə əməkdaşlıq edəcək.

Əməkdaşlıq çərçivəsində Naxçıvan ərazisində, ilk növbədə, strateji əhəmiyyət daşıyan və irimiqyaslı kritik metal perspektivlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində birgə geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur.

Bu məqsədlə "AzerGold" QSC və IRH-nin törəmə şirkəti "Terra Mining Ltd" arasında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş" imzalanıb.

Sənəd 14 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri cənab Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması mərasimi zamanı rəsmiləşdirilib. Sazişi "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və IRH-nin baş icraçı direktoru Əli Rəşid Əl-Rəşdi imzalayıblar.

Əməkdaşlıq çərçivəsində işlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. İlkin mərhələdə mövcud geoloji məlumatların təhlili, müasir geoloji kəşfiyyat və tədqiqat metodlarının tətbiqi, perspektivli sahələrin və potensial hədəflərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

İlkin axtarış-qiymətləndirmə işlərinin nəticələri müsbət olduğu təqdirdə, növbəti mərhələdə dəqiq kəşfiyyat aparılacaq, daha sonra isə birgə hasilat imkanları və bu istiqamətdə əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Qeyd edək ki, İRH şirkəti mədən aktivlərinin qiymətləndirilməsi və inkişafı sahəsində beynəlxalq təcrübəyə sahibdir və hazırda bu istiqamətlər üzrə Afrika, Cənubi Asiya və Yaxın Şərq regionlarında fəaliyyət göstərir. Şirkətin texniki və investisiya imkanlarının "AzerGold"un təcrübəsi ilə birləşdirilməsi Naxçıvanın mineral-xammal potensialının müasir beynəlxalq yanaşmalar əsasında daha dərindən öyrənilməsi üçün əlavə imkanlar yaradacaq.

"AzerGold" və IRH arasında əməkdaşlığın perspektivli nəticələrinin muxtar respublikada yeni investisiya imkanlarının formalaşmasına, mədən sənayesində əlavə dəyərin və məşğulluğun artmasına, regionun iqtisadi fəallığının genişlənməsinə və Azərbaycanın qeyri-neft sektorunun inkişafına əlavə töhfələr verməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir 

11:06
16 Sentyabr

Azərbaycan nefti 128 dollara satılır 

11:03
16 Sentyabr

Çinin “Gravity-1” kommersiya raketi 9 peyki orbitə yerləşdirib 

10:55
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

10:50
16 Sentyabr

Paşinyan davamlı sülhdə maraqlıdırsa, revanşizmin kökünü kəsməlidir

10:40
16 Sentyabr

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik Günü" keçirilib

10:30
16 Sentyabr

Diplomatların gözü ilə yenilənən Qarabağ: sülhə aparan yol və İrəvanın əsassız reaksiyası

10:26
16 Sentyabr

"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

10:20
16 Sentyabr

Rənglər dünyasında öz yeri olan sənətkar

10:10
16 Sentyabr

Tək "Ananın səsi" şeiri bəs edir ki, ədəbiyyat tariximizdə əbədi yaşasın

10:00
16 Sentyabr

Zamanı lentə alan sənətkar...

09:50
16 Sentyabr

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist dairələrini niyə narahat edir?

09:47
16 Sentyabr

“Forbes”: Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

09:47
16 Sentyabr

INPEX Azərbaycanda fəaliyyətini şaxələndirmək niyyətindədir

09:40
16 Sentyabr

Ukraynanın 2027-ci il üçün büdcə kəsiri 36 milyard dollar olacaq

09:30
16 Sentyabr

Şəmkirdə balıqçılıq inkişaf etdirilir

09:30
16 Sentyabr

Böyük qayıdışın məşğulluq gündəliyi

09:20
16 Sentyabr

Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

09:10
16 Sentyabr

Masallıda Bilik Günü qeyd olunub

09:00
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

08:54
16 Sentyabr

Azərbaycanın innovasiya vizyonu

08:50
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!