06 Oktyabr 2026 13:36
224
SİYASƏT
A- A+
Azərbaycanın sarsılmaz özgüvən konsepsiyası  

Azərbaycanın sarsılmaz özgüvən konsepsiyası  


Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi və geopolitik çəkisi yalnız onların hüquqi statusu ilə deyil, real siyasi, iqtisadi və hərbi imkanları, habelə böhran anlarında müstəqil qərar qəbuletmə qabiliyyəti ilə ölçülür. Qlobal miqyasda hərbi-siyasi gərginliklərin dərinləşdiyi, beynəlxalq hüquq normalarının tez-tez tənəzzülə uğradığı və güc mərkəzləri arasında kəskin nüfuz mübarizəsinin getdiyi bir dövrdə Azərbaycanın Prezident İlham Əliyevin liderliyində nümayiş etdirdiyi dövlətçilik modeli bu mənada xüsusi diqqət cəlb edir. Prezidentin Yeni Azərbaycan Partiyasının Qurultaydakı dərin məzmunlu çıxışında toxunulan ana xətt də məhz Azərbaycanın sarsılmaz özünəgüvəni, öz daxili imkanlarına arxalanması və qarşıda duran fundamental məsələlərin, demək olar ki, hamısını öz siyasi və iqtisadi gücü, liderinin qətiyyəti ilə həyata keçirməsi reallığını tam çılpaqlığı ilə ortaya qoyur.

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, bu özünəgüvən konsepsiyası təsadüfi geopolitik konyukturadan və ya müvəqqəti illüziyalardan qaynaqlanmır, o, onilliklər boyu ardıcıl, düşünülmüş və məqsədyönlü şəkildə qurulmuş möhkəm bünövrəyə söykənir: “Azərbaycanın xarici siyasətində kənar təsir və diktələrdən azad olunması, qərarların yalnız və yalnız milli maraqlar prizmasından qəbul edilməsi dövlət suverenliyinin ən ali təzahürüdür. Otuz ilə yaxın davam edən işğal dövründə xarici dairələrin və müxtəlif beynəlxalq təşkilatların regiondakı dondurulmuş münaqişəyə münasibəti göstərdi ki, xarici köməyə və ya passiv diplomatik vədlərə bel bağlamaq milli faciələrin təkrarlanması və geosiyasi problemlərin uzanmasından başqa bir şey vəd etmir. Məhz bu tarixi reallıq Azərbaycan rəhbərliyini tam müstəqil güc mərkəzinə çevrilmək strategiyasında nə qədər haqlı  olduğunu sübut etdi. İkinci Qarabağ müharibəsi və ardından həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın öz gücünə, öz ordusuna və öz siyasi iradəsinə arxalanaraq tarixi ədaləti, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin dünya hərb və siyasət tarixində nadir rast gəlinən bariz nümunəsinə çevrildi. Qlobal güclərin ikili standartlarına, açıq və gizli təzyiqlərinə baxmayaraq, Azərbaycan öz hüquqi və tarixi haqqını öz hərbi-siyasi potensialı ilə təmin etdi”.

Deputat qeyd edib ki, müstəqil siyasi iradənin qorunub saxlanması və qətiyyətlə tətbiq edilməsi dayanıqlı və xarici təsirlərə davamlı iqtisadiyyat olmadan mümkün deyil. Azərbaycanın qazandığı böyük siyasi zəfərlərin və suveren mövqeyinin arxasında dayanan ən mühüm amillərdən biri də məhz tam iqtisadi müstəqillikdir. Ölkəmiz uzun illər boyunca maliyyə suverenliyini təmin etmək üçün strateji addımlar atmış, xarici donorlardan, kreditlərdən və ya beynəlxalq maliyyə institutlarının siyasi şərtlərindən asılılığı sıfıra endirmişdir. Şaxələndirilmiş valyuta ehtiyatlarının xarici dövlət borcunu dəfələrlə üstələməsi Azərbaycanı qlobal iqtisadi böhranlar və siyasi kataklizmlər qarşısında tamamilə sığortalamışdır. “Prezident İlham Əliyevin qətiyyəti və liderliyində, öz maliyyə resursları hesabına nəhəng infrastrukturların, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi Avrasiyanın xəritəsini dəyişən transmilli layihələrin reallaşdırılması Azərbaycanı təkcə özünü təmin edən dövlət kimi deyil, həm də regional və qlobal iqtisadi təhlükəsizliyin əsas təminatçılarından biri kimi mövqeləndirib. İqtisadi və siyasi gücün bariz göstəricisi hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misli görülməmiş bərpa və quruculuq işlərində özünü büruzə verir. Dünyada analoqu az olan "Böyük Qayıdış" proqramı çərçivəsində sıfırdan inşa edilən müasir şəhərlər, kəndlər, beynəlxalq hava limanları və mürəkkəb mühəndislik infrastrukturu heç bir xarici yardım, kredit və ya donor dəstəyi olmadan, müstəsna olaraq Azərbaycanın daxili büdcəsi və milli resursları hesabına maliyyələşdirilir. Bu nəhəng bərpa prosesi dövlətimizin malik olduğu iqtisadi potensialın, eləcə də öz gücünə arxalanma fəlsəfəsinin əyani sübutudur”, – deyə o əlavə edib.

B.Məhərrəmov vurğulayıb ki, özünəgüvən konsepsiyası yalnız maddi, iqtisadi və ya hərbi göstəricilərlə məhdudlaşmır, onun ən dərin qatı cəmiyyətin mənəvi-psixoloji vəziyyəti, milli həmrəylik və özünüdərk səviyyəsi, ən əsası isə milli birliyi və liderinə inamı ilə bağlıdır. Qurultayda xüsusi qeyd edildiyi kimi, otuz illik torpaq itkisi və məğlubiyyət psixologiyası məhz bu düstur formatında yerini tamamilə qalib xalq ruhuna, özünə inamına və qüruruna verib. Bu psixoloji dönüş cəmiyyətin bütün təbəqələrini, eləcə də ölkə hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımızı vahid məram ətrafında birləşdirib. Müstəqil və qüdrətli Azərbaycan dövləti dünya azərbaycanlıları üçün təkcə mənəvi qürur mənbəyi deyil, həm də onların hüquq və mənafelərinin qlobal miqyasda qorunmasının baş zəmanətçisinə çevrilib. Bu yeni milli şüur və sarsılmaz xalq-hakimiyyət birliyi dövlətin istənilən xarici təzyiqə və çağırışa qarşı müqavimət gücünü qat-qat artırır. 

Deputat bildirib ki, öz daxili gücünə söykənərək tarixi problemlərini həll edən Azərbaycan bu gün regional və qlobal miqyasda tamamilə yeni reallıqlar diktə edir: “Ölkəmiz Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın əsas təşəbbüskarı olmaqla yanaşı, Qoşulmama Hərəkatındakı uğurlu liderliyi və COP29 kimi möhtəşəm qlobal tədbirlərə evsahibliyi etməsi ilə beynəlxalq aləmdə öz müstəqil xətti olan, etibarlı və əvəzolunmaz partner imicini daha da möhkəmləndirib. Yürüdülən müdrik siyasət sübut edir ki, böyüklüyündən və coğrafi mövqeyindən asılı olmayaraq, öz resurslarına düzgün vaxtda düzgün istiqamət verən, milli maraqlarını hər şeydən üstün tutan və xalqının birliyinə arxalanan dövlət və qətiyyətli lider hər bir şəraitdə öz suverenliyini qorumağa və gələcəyini müstəqil müəyyən etməyə qadirdir”. 

B.Məhərrəmov vurğulayıb ki, Prezidentin qurultaydakı proqram xarakterli çıxışında vurğulanan fikirlər bu mənada həm də müasir Azərbaycan dövlətçilik fəlsəfəsinin mahiyyətini ümumiləşdirir. Azərbaycan artıq başqalarının yazdığı ssenarilərin icraçısı deyil, öz taleyini özü yazan, regional prosesləri yönəldən və istənilən qlobal çağırışa öz daxili imkanları ilə cavab vermək iqtidarında olan tam suveren bir gücdür. Bu özünəgüvən modeli iqtisadi müstəqilliyin, hərbi qüdrətin və milli birliyin sarsılmaz sintezindən yaranıb və bundan sonra da dövlətimizin əbədi müstəqilliyinin, regional liderliyinin və təhlükəsizliyinin ən etibarlı qalası olaraq qalacaq.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb  

14:06
06 Oktyabr

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər  

14:03
06 Oktyabr

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var  

14:02
06 Oktyabr

Yeni Azərbaycan Partiyası: qələbələrimizin siyasi ünvanı  

13:58
06 Oktyabr

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb  

13:58
06 Oktyabr

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər  

13:57
06 Oktyabr

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib  

13:54
06 Oktyabr

Azərbaycanın sarsılmaz özgüvən konsepsiyası  

13:36
06 Oktyabr

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

13:33
06 Oktyabr

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb  

13:32
06 Oktyabr

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb  

13:30
06 Oktyabr

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK 

13:29
06 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK  

13:27
06 Oktyabr

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar  

13:26
06 Oktyabr

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

13:05
06 Oktyabr

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb  

13:03
06 Oktyabr

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib  

13:01
06 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasının prioritetləri: Ordu quruculuğunun yeni mərhələsi və hərbi-sənaye kompleksinin gücləndirilməsi

12:59
06 Oktyabr

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də  

12:42
06 Oktyabr

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb  

12:41
06 Oktyabr

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib  

12:40
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!