06 Oktyabr 2026 13:03
154
CƏMİYYƏT
A- A+
FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb  

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb  


Fövqəladə Hallar Nazirliyi (FHN) sel və daşqın hadisələrinə hazırlaşmaq və belə hallarda təhlükəsiz davranmaqla bağlı tövsiyələrini açıqlayıb.

FHN-in mətbuatla iş sektorundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, sel dağlardan gələn, özü ilə çoxlu miqdarda qum, gil, çınqıl, daş və ağac parçaları gətirən qarışıq su axınıdır. Daşqın isə dənizdə, göldə və ya çayda suyun səviyyəsinin kəskin qalxması nəticəsində ətraf ərazilərin su basmasıdır.

Əgər yaşayış ərazisi tez-tez sel və daşqınlara məruz qalırsa, yaxınlıqdakı su basmayan yüksəkliklərin yeri və həmin ərazilərə gedən ən qısa yollar əvvəlcədən müəyyən edilməlidir. Həmçinin içərisində müəyyən qədər ərzaq və su, tibbi ləvazimatlar, vacib sənədlər, pul, fənər və isti geyim olan ehtiyat çantası daim əl altında saxlanılmalıdır.

Sel və daşqın zamanı təhlükə yarandıqda və təxliyə barədə göstəriş verildikdə əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsiz əraziyə getmək və ehtiyat çantasını götürmək lazımdır.

Evdən çıxarkən qaz, su və elektrik enerjisi ümumi şəbəkədən söndürülməli, qapı və pəncərələr möhkəm bağlanmalıdır. Vaxt imkan verirsə, vacib əşyalar evin yuxarı mərtəbəsinə və ya çardağa qaldırılmalıdır. Həyətdə suyun apara biləcəyi əşyalar bərkidilməli və ya təhlükəsiz yerə yığılmalıdır. Ev heyvanlarının isə təhlükəsiz əraziyə çıxarılması təmin edilməlidir. Korlanma ehtimalı olan əşyalar zirzəmidən çıxarılaraq təhlükəsiz yerə yerləşdirilməlidir.

Evi tərk etmək mümkün olmadıqda yardım gələnədək və ya suyun səviyyəsi enənədək yuxarı mərtəbədə və ya çardaqda qalmaq tövsiyə olunur. Gündüz taxta parçasına bağlanmış aydın görünən parça, gecə isə işıq və ya səs vasitələri ilə yardım siqnalı verilə bilər. Xilasedicilərin göstərişlərinə mütləq əməl edilməlidir.

Su basmış ərazi yalnız təcili tibbi yardım ehtiyacı yarandıqda, suyun səviyyəsi sürətlə qalxdıqda və ya xilasedicilərin gəlməsinə ümid olmadıqda müstəqil şəkildə tərk edilməlidir. Suda hərəkəti asanlaşdırmaq üçün ağır və dar geyimlər çıxarılmalı, yardım gələnədək suyun üzərində qalmağa imkan verən batmayan əşyalardan yapışılmalıdır. Suyun axını istiqamətində üzmək və qüvvəyə qənaət etmək lazımdır.

Sel və daşqından sonra su çəkildikdə evə yalnız müvafiq qurumların icazəsindən sonra qayıtmaq olar.

Evə qayıtdıqdan sonra qaz və elektrik təchizatı sistemlərinin sazlığına əmin olmadan onları işə salmaq olmaz. Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün sel və daşqın sularının gətirdiyi tullantılar mümkün qədər tez təmizlənməlidir. İçməli su mənbələrindən isə yalnız müvafiq sanitariya yoxlamasından sonra istifadə edilməlidir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 5-də yaydığı xəbərdarlığa əsasən, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi çaylarında qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var  

14:02
06 Oktyabr

Yeni Azərbaycan Partiyası: qələbələrimizin siyasi ünvanı  

13:58
06 Oktyabr

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb  

13:58
06 Oktyabr

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər  

13:57
06 Oktyabr

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib  

13:54
06 Oktyabr

Azərbaycanın sarsılmaz özgüvən konsepsiyası  

13:36
06 Oktyabr

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

13:33
06 Oktyabr

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb  

13:32
06 Oktyabr

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb  

13:30
06 Oktyabr

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK 

13:29
06 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK  

13:27
06 Oktyabr

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar  

13:26
06 Oktyabr

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

13:05
06 Oktyabr

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb  

13:03
06 Oktyabr

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib  

13:01
06 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasının prioritetləri: Ordu quruculuğunun yeni mərhələsi və hərbi-sənaye kompleksinin gücləndirilməsi

12:59
06 Oktyabr

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də  

12:42
06 Oktyabr

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb  

12:41
06 Oktyabr

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib  

12:40
06 Oktyabr

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək  

12:39
06 Oktyabr

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir  

12:38
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!