23 May 2026 08:05
288
SİYASƏT
A- A+
Azərbaycanın beynəlxalq əlaqələri yüksək qiymətləndirilir

Azərbaycanın beynəlxalq əlaqələri yüksək qiymətləndirilir


Abimbola Musiliat Haroon AFUNKU: "Bakının füsunkar gözəlliyi insanı ilk baxışdan valeh edir"

"Bakıda insanlar çox mehriban, qonaqpərvər və yardımsevərdirlər. Şəhər isə olduqca gözəldir. Bakının füsunkar gözəlliyi insanı ilk baxışdan valeh edir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında WUF13 çərçivəsində Nigeriyadan ölkəmizə səfər edən şəhərsalma mütəxəssisi Abimbola Musiliat Haroon Afunku səsləndirib.

O bildirib ki, Bakı haqqında ilk təəssüratları olduqca müsbətdir: "Bura çox gözəl ölkədir. İnsanlar çox mehribandırlar, qonaqları səmimi qarşılayırlar. Burada olmaqdan həqiqətən zövq alıram". 

A.M.H.Afunku şəhərsalma mövzusunun önəmini vurğulayaraq, müasir şəhərlərin ekoloji və dayanıqlı prinsiplər əsasında qurulmasının vacibliyini qeyd edib.

Qida məsələsinə də toxunan Abimbola Musiliat Haroon Afunku Azərbaycan milli mətbəxinə böyük marağının olduğunu vurğulayıb. O, zəngin Azərbaycan mətbəxini kəşf etmək niyyətindədir: "Azərbaycan mətbəxinin dadını çıxarmağa həqiqətən də səbirsizlənirdik".

O, Bakıda həmkarları və dostları ilə birlikdə iştirak etdiyini bildirib.


İjang MBAH: "WUF13 indiyədək keçirilən ən yaxşı forumlardan biri oldu"

"WUF13 indiyədək keçirilən ən yaxşı forumlardan biri oldu. Azərbaycan hökumətinə bu möhtəşəm tədbirə evsahibliyi etdiyinə görə təşəkkür edirəm".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında WUF13 çərçivəsində Kamerundan ölkəmizə səfər edən "Green Ambassador World Cameroon" təşkilatının nümayəndəsi İjang Mbah səsləndirib.

O bildirib ki, Azərbaycana ilk dəfədir səfər edir və Bakı onda çox xoş təəssüratlar yaradıb: "Bakı çox gözəl şəhərdir. İnsanlar olduqca mehriban və qonaqpərvərdirlər. Burada hər şey çox gözəldir və mən yenidən Azərbaycana gəlmək istərdim".

Azərbaycanın beynəlxalq əlaqələrinin uğurlu inkişafını yüksək qiymətləndirən İjang Mbah ölkəmizin qlobal müstəvidə artan rolunu xüsusi vurğulayıb: "Müasir dünya artıq vahid və sıx inteqrasiya olunmuş qlobal məkana çevrilib. Bu baxımdan insanlar arasında ünsiyyət və əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq dialoq mərkəzi kimi cəlbediciliyini nəzərə alaraq, bu məkana daha çox insanın səfər etməsi və ölkənizin zəngin imkanları ilə tanış olması üçün perspektivlərin daha da genişlənməsini arzulayıram".

Kamerunlu nümayəndə forum çərçivəsində göstərilən yüksək xidməti, təşkilatçılığı və qonaqpərvərliyi xüsusi qeyd edib.


Babajide Rotimi OLALEYE: "Bakı qədim memarlıqla müasir şəhərsalmanı uğurla birləşdirir"


"Azərbaycanda keçirdiyim günlər mənim üçün həm maraqlı, həm də öyrənilməli təcrübə oldu".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında WUF13 çərçivəsində Nigeriyadan ölkəmizə səfər edən doktorant Babajide Rotimi Olaleye səsləndirib.

Bakının onda çox müsbət təəssüratlar yaratdığını bildirən qonaq ölkəmiz və tədbir haqqında fikirlərini bu sözlərlə bölüşüb: "Azərbaycan xalqı olduqca qonaqpərvərdir, burada çox gözəl və səmərəli vaxt keçirdik. Qlobal forum isə bizim üçün olduqca maarifləndirici oldu. Bir doktorant olaraq, müxtəlif ölkələrin şəhərsalma sahəsindəki qabaqcıl təcrübələrini öyrənmək mənim üçün çox faydalı və əvəzolunmaz bir imkan yaratdı".

Babajide Rotimi Olaleye xüsusilə Azərbaycanın şəhərsalma və memarlıq yanaşmasını yüksək qiymətləndirib: "Azərbaycan pavilyonunda şəhərin memarlığı, planlaşdırılması və qədim şəhərsalma ənənələrinin müasir yanaşmalarla necə uzlaşdırıldığı barədə çox məlumat əldə etdim. Eyni zamanda milli mədəniyyətin qorunaraq müasir yanaşmalarla uzlaşdırılması olduqca diqqətimi çəkdi".

O, forum çərçivəsində Kolumbiya nümayəndələri ilə də faydalı görüşlər keçirdiyini və müxtəlif ölkələrin təcrübələrinin paylaşılmasının əhəmiyyətini vurğulayıb.


Şerli Mol Abraham MAMMEN: "WUF13 möhtəşəm və faydalı tədbir oldu"


"WUF13 çox möhtəşəm və faydalı tədbir oldu".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında WUF13 çərçivəsində Hindistandan ölkəmizə səfər edən Şerli Mol Abraham Mammen səsləndirib.

O bildirib ki, Ümumdünya Şəhərsalma Forumu müxtəlif ölkələrdən olan insanların bir araya gələrək şəhərlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparması baxımından mühüm platforma oldu.

Hindistanlı qonaq forumun təşkilini və burada yaradılan beynəlxalq əməkdaşlıq mühitini yüksək qiymətləndirib.


BMT nümayəndəsi: "WUF13 şəhərsalma məsələlərinin müzakirəsi üçün mühüm platforma kimi yadda qaldı"


"WUF13 mənzil və şəhərsalma sahəsində problemlərin müzakirəsi üçün müxtəlif tərəfləri bir araya gətirən əhəmiyyətli platforma kimi yadda qaldı".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında BMT-nin İnsan Məskənləri Proqramında fəaliyyət göstərən keniyalı nümayəndə Hezekiah Pireh səsləndirib.

O bildirib ki, Ümumdünya Şəhərsalma Forumu evsizlik probleminin aradan qaldırılması, insanların keyfiyyətli mənzillərlə təmin olunması və daha yaxşı şəhər mühitinin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir: "Burada əsas məqsəd insanların daha yaxşı yaşayış şəraitinə qovuşması, əsas xidmətlərlə təmin olunan və düzgün planlaşdırılmış yaşayış məhəllələrinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparmaqdır".

Ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Hezekiah Pireh Azərbaycandakı mühitin onda dərin təəssürat buraxdığını diqqətə çatdırıb. 


Debolina KUNDU: "Bakının memarlığı olduqca cəlbedicidir"


"WUF13 müxtəlif ölkələrin şəhərsalma sahəsində uğurlu təcrübələrini nümayiş etdirdiyi çox vacib və maraqlı bir forum oldu".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında WUF13 çərçivəsində Hindistandan ölkəmizə səfər edən Debolina Kundu səsləndirib.

O bildirib ki, forum müxtəlif ölkələrdən olan iştirakçıların bir araya gələrək təcrübə mübadiləsi aparması və yeni əməkdaşlıqlar qurması baxımından böyük əhəmiyyətə malikdir: "Burada şəbəkələşmə tədbirləri, urban kitabxana, urban kino və digər platformalar yaradılıb. Müxtəlif sosial və iqtisadi təbəqələri təmsil edən insanlar bir araya gələrək qarşılıqlı fikir mübadiləsi apardı və bir-birindən öyrəndilər".

Debolina Kundu Bakı haqqında da fikirlərini bölüşərək deyib: "Şəhəri gəzmək imkanım oldu. Bakı çox gözəl, səliqəli və təmiz şəhərdir. Şəhərin memarlığı isə olduqca cəlbedicidir".


Bonifeys Xolisa MDLULİ: "Bakı gözəl, sakinləri isə qonaqpərvərdir"


"WUF13 qlobal şəhərsalma gündəliyinin formalaşdırılması baxımından mühüm platformadır. Forum müxtəlif ölkələrin şəhər idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparması üçün geniş imkanlar yaradır".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında WUF13-də iştirak edən Esvatini nümayəndəsi Bonifeys Xolisa Mdluli bildirib. O qeyd edib ki, forum dünyada şəhərlərlə bağlı baş verən prosesləri daha yaxından izləmək və müxtəlif ölkələrin təcrübələrindən faydalanmaq üçün mühüm məkandır. Burada bir çox vacib mövzular müzakirə olundu. Xüsusilə şəhərsalma layihələrinin maliyyələşdirilməsi, davamlı inkişaf mexanizmləri və sosial rifah məsələləri diqqət mərkəzindədir. Əsas məqsəd dünyada urbanizasiya istiqamətində formalaşan yeni yanaşmaları anlamaq və bütün ölkələrin bu prosesdə ortaq prinsiplər əsasında hərəkət etməsinə nail olmaqdır. Burada əsas məqsədlərdən biri də insanların hüquqlarına və yaşayış şəraitinə hörmətin təmin edilməsidir. Hər kəsin layiqli yaşayış məkanına sahib olması vacib məsələdir.

Bonifeys Xolisa Mdluli Bakıya ilk dəfə səfər etdiyini də bildirib. O, Azərbaycanın gözəlliyinə və insanların qonaqpərvərliyinə diqqət çəkərək deyib: "Azərbaycan çox gözəl ölkədir. İnsanlar isə olduqca mehriban və qonaqpərvərdirlər".


Hazeezat Titilayo NİNALOVO: "Bakının memarlıq nümunələri xoş təəssüratlar yaradır"


"WUF beynəlxalq əməkdaşlıq və peşəkar şəbəkələşmə baxımından mühüm, maarifləndirici tədbirdir. Burada müxtəlif ölkələrdən olan insanlarla tanış olur, onların təcrübələrini öyrənir və yeni inkişaf imkanları əldə edirsən".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Nigeriya nümayəndəsi Hazeezat Titilayo Ninalovo bildirib.  O, forumun plannerlər, dizaynerlər və digər şəhərsalma mütəxəssisləri üçün geniş imkanlar yaratdığını vurğulayıb: "Forum insanlara gələcəyin şəhərlərinin necə qurulmalı olduğunu göstərdi. Texnologiyanın həyatımıza təsiri getdikcə artır və burada təqdim olunan yanaşmalar bunu bir daha nümayiş etdirdi", - deyə o bildirib.

Hazeezat Titilayo Ninalovo Bakıya ilk dəfə gəldiyini qeyd edib: "Şəhərin sakit atmosferi və qədim memarlıq nümunələri məndə xoş təəssürat yaratdı. Bakıya ilk dəfədir gəlirəm, amma son olmayacaq. Burada qədim binaların qorunub saxlanılması xüsusi diqqətimi çəkdi. Tarix və müasirliyin bir arada olması şəhərə fərqli gözəllik verir".

Qonaq forum çərçivəsində təşkil olunan panel müzakirələrinin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, tədbirdə qadınların cəmiyyətdə rolu, sosial rifah, ekoloji problemlər və dayanıqlı inkişaf kimi mövzular geniş müzakirə olunub: "Panellərdə xüsusilə qadınların cəmiyyətdə iştirakı və sosial rifah məsələləri ön plana çıxdı. Bununla yanaşı, ekoloji böhran, tullantıların idarə olunması və su ehtiyatlarından səmərəli istifadə müasir şəhərsalmanın əsas istiqamətlərindəndir. Bu məsələlər bütün ölkələr üçün aktualdır və burada müxtəlif həll yolları təqdim olunur".


Şariq As SABAH: "Bakıda havanın keyfiyyəti yüksək səviyyədədir"


"Bakıya ilk dəfə təxminən 7-8 il əvvəl gəlmişdim. O zaman şəhər məndə xoş təəssürat yaratmışdı. Amma bu illər ərzində şəhərdə yaxşılığa doğru xeyli dəyişikliklər olub. Şəhərin yolları, infrastrukturu, ümumi şəhərsalma yanaşması yüksək səviyyədədir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında hindistanlı Şariq As Sabah deyib. O, xüsusilə Bakının hava keyfiyyətini yüksək qiymətləndirib: "Burada hava çox yaxşıdır. Hindistanda, əsasən də Dehlidə hava keyfiyyəti o qədər də yaxşı deyil. Buna görə Bakı ilə Dehli arasındakı fərqi hiss edirəm. Mənim KOAH xəstəliyim (xroniki obstruktiv ağciyər xəstəliyi) var. Buna görə mənim üçün təmiz hava çox önəmlidir və burada olduğum müddətdə bunun müsbət təsirini hiss edirəm".

Şariq As Sabahın fikrincə, şəhərlərin gələcək inkişafında ekoloji dayanıqlılıq, hava keyfiyyəti və insan yönümlü infrastruktur əsas prioritetlərdən biri olmalıdır.


Nurcan ZOLDAS: "WUF13 yüksək səviyyədə təşkil olunub"


"WUF13 xalqlar arasında mədəni əlaqələrin genişlənməsi baxımından mühüm platforma oldu".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Qazaxıstan pavilyonunda musiqi proqramı ilə çıxış edən Nurcan Zoldas deyib. Onun sözlərinə görə, kollektiv Aktobe şəhərinin Murat Tlenidbayev adına Aktobe Vilayət Filarmoniyasını təmsil edir. Ansamblda iki dombra və bir çertər musiqi alətindən istifadə olunur. Nurcan Zoldas özü də dombra ifaçısı kimi çıxış edir. WUF13-də Qazaxıstanın zəngin milli irsini nümayiş etdiriblər.

"Bakıya ilk dəfədir gəlirəm. Şəhər çox xoşuma gəldi. Bakı inkişaf etmiş, müasir və gözəl şəhərdir. İnsanların səmimi münasibəti, şəhərin ümumi atmosferi bizdə çox xoş təəssürat yaratdı", - deyə o qeyd edib.

Musiqiçi forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O bildirib ki, tədbir çərçivəsində müxtəlif ölkələrin pavilyonları ilə tanış olmaq, yeni ideya və mədəniyyətləri görmək imkanı əldə ediblər. Qeyd edib ki, forum sadəcə şəhərsalma sahəsində deyil, həm də xalqlar arasında mədəni əlaqələrin genişlənməsi baxımından mühüm platforma kimi yadda qaldı.


Tarun Çerian CORC: "Müxtəlif ölkələrin təcrübələrini öyrənmək imkanı əldə etdim"


"Bakı rahat hərəkət imkanları və yaşıllıq zonaları ilə seçilir. İlk dəfədir gəldiyim bu şəhərin quruluşunu çox bəyəndim. Bakını rahat gəzmək olur, şəhərin ümumi atmosferi insanı cəlb edir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Hindistanda fəaliyyət göstərən "IDFC Foundation" adlı qeyri-hökumət təşkilatında çalışan Tarun Çerian Corc qeyd edib. Qonaq bildirib ki, Bakı şəhərinə ilk dəfədir səfər edir və şəhər onda xoş təəssüratlar yaradıb: "Forum möhtəşəm şəkildə təşkil olunub. Burada müxtəlif ölkələrin təcrübələrini öyrənmək imkanını əldə etdim".


Simon OKOT: "Belə tədbirlər urbanizasiya çağırışlarının həllinə töhfələr verir"


"WUF13 mənim üçün olduqca unikal təcrübə oldu. Belə qlobal forumda ilk dəfə iştirak etdim. Tədbirin miqyası, təşkilatçılığı və beynəlxalq maraq səviyyəsi məndə böyük təəssürat yaratdı".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında UN-Habitat ilə əməkdaşlıq edən keniyalı Simon Okot söyləyib. O vurğulayıb ki, forum şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya sahəsində çalışan mütəxəssislər üçün mühüm platforma oldu. Onun sözlərinə görə, tədbir müxtəlif ölkələrdən olan iştirakçılar arasında fikir mübadiləsi aparmaq, yeni yanaşmaları öyrənmək və gələcək əməkdaşlıqlar qurmaq baxımından geniş imkanlar yaratdı.

Qonaq bildirib ki, forum çərçivəsində təqdim olunan innovativ həllər və müzakirələr şəhərlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. O əlavə edib ki, belə beynəlxalq tədbirlər ölkələr arasında təcrübə paylaşımını gücləndirir və urbanizasiya ilə bağlı qlobal çağırışların həllinə töhfə verir. Keniyalı nümayəndə WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu da diqqətə çatdırıb, Azərbaycanın paytaxtının müasir infrastrukturu, qonaqpərvərliyi və tədbirin peşəkar şəkildə təşkili ilə seçildiyini bildirib.


Ülkər XASPOLADOVA,

Təhminə VERDİYEVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir  

12:57
23 May

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb 

09:47
23 May

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

08:50
23 May

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

08:48
23 May

"Azərenerji" ASC-nin sədri ilə Xorvatiya səfirinin görüşü olub

08:45
23 May

Bilmək istəyirəm

08:40
23 May

Bakı-Brüssel tərəfdaşlığının yeni prioritetləri

08:35
23 May

Günnütdən Zəfərə doğru

08:33
23 May

Qətiyyətin zəfəri

08:30
23 May

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

08:25
23 May

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

08:20
23 May

Azərbaycanın töhfələri D-8-i daha çevik struktura çevirir

08:15
23 May

Ənənələrin, dəyərlərin və təcrübələrin qovuşduğu platforma

08:10
23 May

Azərbaycanın beynəlxalq əlaqələri yüksək qiymətləndirilir

08:05
23 May

176 ölkə, 58 mindən çox iştirakçı

08:00
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

03:08
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019 cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:07
23 May

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

03:06
23 May

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir

03:03
23 May

Everestdə yeni dünya rekorduna imza atılıb  

22:34
22 May

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub 

22:26
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!