17 Fevral 2018 01:02
203
İQTİSADİYYAT
A- A+
Azərbaycanda nəhəng neft-qaz layihələri həyata keçirilir

Azərbaycanda nəhəng neft-qaz layihələri həyata keçirilir

 

Dünən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz jurnalistlər üçün brifinqində ölkəmizdə həyata keçirilən neft-qaz və ixrac layihələri çərçivəsində keçən il mühüm nailiyyətlər qazanıldığını, bu ilin də böyük irəliləyişlər ili olacağını bildirdi. 

Fevralın 15-də Bakıda keçirilmiş “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının işindən məmnun qaldığını deyən Q.Counz tədbirin ənənə halını almasının böyük əhəmiyyət daşıdığını qeyd etdi. “Cənub qaz dəhlizi” layihəsindən ətraflı danışaraq indiyədək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. “Cənub qaz dəhlizi”nin iki mühüm seqmentinin - “Şahdəniz-2”nin və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyatçısı olan şirkətin regional prezidenti bu layihələrin dünyada həyata keçirilən ən böyük layihələrdən olduğunu vurğuladı.
Slaydlarla müşayiət olunan söhbətdə bildirildi ki, keçən il “Şahdəniz-1”dən Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-ə), Türkiyə (BOTAŞ-a) bazarlarına və BTC şirkətinin obyektlərinə qaz çatdırılması davam edib. İl ərzində yataqdan 10,2 milyard standart kubmetr qaz və 2,4 milyon ton kondensat hasil olunub. Mövcud “ŞahdənizAlfa” qurğularının hasilat gücü hazırda gündə 30 milyon, ildə təqribən 10,9 milyard standart kubmetrdir.
Bu il “Şahdəniz-2”dən də ilk qazın hasil olunacağı gözlənilir. Bu məqsədlə “İstiqlal” və “Maersk Explorer” qurğuları ilə hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazılıb. Yatağın şimal cinahında dörd, qərb cinahında isə üç quyu tamamlanıb. “Şahdəniz-2”nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olunana qədər bütün quyuların qazılması davam edəcək.
2017-ci ildə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə çox mühüm tikinti, istismar sınaqları və təhvilvermə işləri görülüb. Bu işlər üçün 45 milyon təhlükəsiz adam/iş saatı sərf edilib. Belə nəhəng layihələrdə işlərin heç bir qəza və hadisə baş vermədən görülməsi böyük nailiyyətdir.
Hazırda “Şahdəniz-2” və CQBK-nın genişləndirilməsi layihələri ilk qazın əldə edilməsi qrafikinin istismara verilmə mərhələsinə daxil olmaqdadır. İlk qazın hasilatı üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99 faiz tamamlanıb.
“Şahdəniz-2”də fəaliyyət göstərəcək hər iki platforma artıq Xəzərdədir. Bu qurğular dənizdə təhlükəsiz şəkildə quraşdırılıb və indi onların istismar sınaqları davam edir.
Keçən il əldə olunan nailiyyətlər sırasında Xəzər dənizinin yeni flaqman gəmisi - “Xankəndi”nin istismara verilməsinin də öz yeri var. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. Tikinti işlərinin 378 milyon ABŞ dollarına başa gəlməsi bu gəminin nəhəngliyini təsdiq edir.
Səngəçal terminalının dünyanın ən böyük terminallarından biri olduğunu qeyd edən Q.Counz burada “Şahdəniz-2” qazı üçün qurğuların inşasından sonra obyektin bir qədər də genişləndiyini və daha gözəl görkəm aldığını bildirib,digər layihələr barədə də ətraflı məlumat verdi. Belə ki, keçən il “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 456 milyon dollardan artıq əməliyyat və təqribən 1,18 milyard dollar əsaslı məsrəflər xərclənib.
AÇG böyük yataqlar blokudur. İndiyədək bu yataqlardan 3,3 milyard barel neft hasil olunub. AÇG-nin işlənməsinə 33 milyard dollar investisiya yönəldilib və Azərbaycan layihədən 125 milyard dollar nağd mənfəət əldə edib.
AÇG-dən hasilat sabit, təhlükəsiz və etibarlı şəkildə davam edir. “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından keçən il gündə orta hesabla 588 min barel və ya ümumilikdə il ərzində təqribən 215 milyon barel, yəni 29 milyon ton neft hasil olunub.
Ötən il AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr, ümumilikdə 2,9 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi yataqlarda təzyiqi saxlamaq üçün yenidən kollektora vurulub.
2017-ci il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması bu yataqlar blokunun perspektivlərinin hələ böyük olduğunu təsdiqləyir. AÇG-dən daha 3 milyard barelə qədər hasilat əldə etmək mümkündür. Bunun üçün yeni quyular qazmaq, köhnə quyularda müvafiq işlər aparmaq, yeni texnologiyalar tətbiq etmək və s. tədbirlər lazımdır.
Hazırda AÇG neftini və “Şahdəniz” kondensatını dünya bazarlarına Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur. 2017-ci ildə BTC vasitəsilə təqribən 34 milyon ton (256 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 333 tankerə yüklənib.
BP-nin regional prezidenti Abşeron yarımadasının dayazsulu hissəsində və “Şəfəq-Asiman” blokunda aparılan işlər barədə də məlumat verdi. Bildirdi ki, keçən il BP öz tərəfdaşları ilə birlikdə Azərbaycanda sosial investisiya layihələrinə 5,7 milyon dollara yaxın vəsait xərcləyib.
Bütün bu layihələrdəki işçi heyətinin əksəriyyəti Azərbaycan vətəndaşıdır. BP şirkətində işləyən yerli sakinlərin sayı 2448-ə çatıb. Bu, şirkətin Azərbaycandakı ixtisaslı işçilərinin 89 faizindən çoxunu təşkil edir. Yerli işçi qüvvəsinə aid digər bir rəqəm də diqqətəlayiqdir. Belə ki, “Şahdəniz-2” və CQBK-nın genişləndirilməsi layihələrində 24 min nəfər çalışıb ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşıdır. Başqa sözlə, qazanılan bütün nailiyyətlərdə yüksəkixtisaslı fəhlə və mütəxəssislərin böyük əməyi var. Azərbaycandakı layihələrdə çalışan işçilərin peşəkarlıq səviyyəsinin onların dünyadakı digər analoji layihələrdə də uğurla fəaliyyət göstərəcəyinə imkan verdiyini bildirən Q.Counz jurnalistlərin çoxsaylı suallarını da cavablandırdı.

Flora SADIQLI,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!