20 Noyabr 2026 11:48
187
SİYASƏT
A- A+
Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluqdan strateji tərəfdaşlığa doğru


Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin mövcud vəziyyətini, gələcək inkişaf istiqamətlərini və ölkəmizin Cənub-Şərqi Asiya regionunda artan iqtisadi-siyasi maraqlarını aydın şəkildə ortaya qoyur.

Müsahibənin əsas məqamlarından biri iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl üzərində qurulmasıdır. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə əsası qoyulan dostluq əlaqələri sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsləri ilə daha da inkişaf etdirilib. Xüsusilə 1983-cü ildə Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri və əldə olunan razılaşmalar bu münasibətlərin inkişafında mühüm rol oynayıb. Bu faktlar göstərir ki, Azərbaycan-Vyetnam əlaqələri təsadüfi siyasi yaxınlaşma deyil, onilliklər ərzində formalaşmış qarşılıqlı etimada əsaslanır.

Bu gün həmin tarixi ənənə yeni siyasi və iqtisadi məzmun qazanır. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin mayında Azərbaycana dövlət səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir. Bu sənəd əməkdaşlığın yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret iqtisadi, enerji, müdafiə və kibertəhlükəsizlik istiqamətlərində inkişaf etdirilməsinə qarşılıqlı marağın olduğunu göstərir.

Müsahibədə iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılması da təsadüfi deyil. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Lakin Prezidentin də qeyd etdiyi kimi, bu göstərici mövcud imkanları tam əks etdirmir. Əslində, Azərbaycan və Vyetnamın iqtisadi potensialı daha geniş əməkdaşlıq üçün əlverişli zəmin yaradır. SOCAR ilə PetroVietnam arasında imzalanmış Anlaşma Memorandumu, neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi və mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşməsi ölkəmizə Asiya ilə Avropa arasında mühüm tranzit imkanları qazandırır. 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnam istiqamətində tranzit daşımalarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçməsi bu potensialın artıq real iqtisadi nəticələr verməyə başladığını göstərir. Bu imkanlardan düzgün istifadə olunması Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər.

Müsahibədə diqqət çəkən digər məqam humanitar, mədəniyyət və təhsil əlaqələridir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, təhsil müəssisələrinə göstərilən dəstək, universitetlərarası əməkdaşlıq və mədəni tədbirlər iki xalq arasında qarşılıqlı rəğbətin möhkəmlənməsinə xidmət edir. Təxminən 5 min Vyetnam vətəndaşının sovet dövründə Azərbaycanda təhsil alması isə bu münasibətlərin nə qədər dərin tarixi köklərə malik olduğunu göstərir. Belə əlaqələr siyasi və iqtisadi əməkdaşlığın davamlılığını təmin edən mühüm amillərdəndir.

Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiyanın və yeni tərəfdaşlıqların genişləndirilməsinin əhəmiyyətini bir daha nümayiş etdirir. Azərbaycan yalnız ənənəvi tərəfdaşları ilə münasibətləri inkişaf etdirmir, eyni zamanda Cənub-Şərqi Asiya kimi perspektivli regionlarla əlaqələrini də strateji müstəviyə çıxarır.

Bu gün Vyetnam sürətlə inkişaf edən iqtisadiyyata, geniş istehsal imkanlarına malikdir. Azərbaycan isə əlverişli coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və investisiya imkanları ilə bu əməkdaşlıqda mühüm tərəfdaşdır. Əsas məsələ mövcud siyasi iradəni konkret investisiya layihələrinə, qarşılıqlı ticarətin artımına və uzunmüddətli iqtisadi nəticələrə çevirməkdir.

Ümumilikdə, Azərbaycan-Vyetnam münasibətləri keçmişin dostluq ənənələrini gələcəyin strateji əməkdaşlıq imkanları ilə birləşdirir. Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan yanaşma göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, ölkəmizin iqtisadi və geosiyasi imkanlarını yeni istiqamətlərdə reallaşdırmağa çalışır.


Vasif QAFAROV,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam işğaldan azad olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub  

12:20
20 Noyabr

Lənkəranda iri fermer təsərrüfatlarına növbəti baxış keçirilib  

12:13
20 Noyabr

YAP Azərbaycanın daha da inkişafına və güclənməsinə həmişə öz layiqli töhfələrini verəcək

12:09
20 Noyabr

Ağdam sakini: Azad Ağdamda illərdir görmədiyimiz insanlarla görüşmək böyük sevinc və qürurdur  

12:07
20 Noyabr

Aqrar inkişaf yeni dövlət proqramı çərçivəsində Neftçalada görülən işlər müzakirə olunub  

12:01
20 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

11:48
20 Noyabr

Bu AI şirkətinin bazar dəyəri 1.76 trilyon dollara çatıb

11:43
20 Noyabr

Berlin regionda sabitliyə Avropa təhlükəsizliyi gündəliyinin tərkib hissəsi kimi baxır  

11:40
20 Noyabr

Noyabrın 22-si Gürcüstanda matəm elan edilib

11:27
20 Noyabr

Mədəaltı vəzi xərçəngi ilə bağlı yeni müalicə tətbiq olunur

11:00
20 Noyabr

Neftin qiymətində azalma gözləntiləri güclənir  

10:59
20 Noyabr

Ötən gün 79 cinayətin açılması təmin olunub

10:44
20 Noyabr

Qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10:42
20 Noyabr

Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür

10:41
20 Noyabr

Qızılın qiymətində son 8 ayın ən kəskin həftəlik azalması qeydə alınıb

10:37
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

10:36
20 Noyabr

Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib

10:30
20 Noyabr

Qarabağ torpağına bağlılığın rəmzi

10:29
20 Noyabr

Neft bahalaşır

10:27
20 Noyabr

Ağdamda bayram coşqusu: Şəhər Günü Qarabağ atlarının yürüşü ilə başlayıb

10:26
20 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:24
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!