20 Noyabr 2026 10:29
108
SİYASƏT
A- A+
Qarabağ torpağına bağlılığın rəmzi

Qarabağ torpağına bağlılığın rəmzi


Bu gün Ağdam Şəhəri Günüdür


20 Noyabr tarixi Ağdamın uzun illər davam edən işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını, dövlətimizin siyasi iradəsini və xalqımızın doğma torpaqlara qayıdış əzmini təcəssüm etdirən əlamətdar bir gündür. Ağdam Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin, milli kimliyinin, zəhmətsevərliyinin və Qarabağ torpağına bağlılığının rəmzidir. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında deyib ki, Ağdam tarixən Qarabağın mühüm yaşayış, ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri olub. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları, kənd təsərrüfatı potensialı və zəngin təbii sərvətləri onun iqtisadi inkişafında mühüm rol oynayıb. Ağdamın tanınmış abidələri sırasında Pənahəli xanın İmarət kompleksi, Cümə məscidi, türbələr, qəbiristanlıqlar və digər tarixi-mədəni nümunələr xüsusi yer tutur. “Ağdam həm də Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş sənətkarların, ziyalıların, alimlərin, ədəbiyyat və incəsənət nümayəndələrinin yetişdiyi torpaqdır. Muğam ənənələri, Qarabağ musiqi mühiti, xalçaçılıq və xalq sənətkarlığı şəhərin mədəni simasının formalaşmasında mühüm rol oynayıb. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz Ağdamın da taleyində ağır və faciəli izlər buraxıb. Birinci Qarabağ müharibəsi dövründə şəhər və rayon əhalisi ciddi təhlükələrlə üzləşib, yaşayış məntəqələri artilleriya atəşlərinə məruz qalıb, minlərlə insan doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun böyük hissəsini işğal edib. Nəticədə Ağdam şəhəri və rayonun əksər yaşayış məntəqələri dağıdılmış, dinc əhali öz doğma torpaqlarından didərgin düşüb”,– deyə o əlavə edib .

Deputat xatırladıb ki, işğal illərində Ağdam Azərbaycanın ən ağır dağıntılara məruz qalmış yaşayış məntəqələrindən birinə çevrilib. Vaxtilə inkişaf etmiş infrastruktura, sənaye müəssisələrinə, məktəblərə, mədəniyyət ocaqlarına və yaşayış binalarına malik olan şəhər xarabalığa dönüb. Ağdam Cümə məscidi isə işğal dövründə şəhərin ağır taleyinin və xalqımızın mənəvi irsinə qarşı törədilmiş vandalizmin simvollarından biri idi. Ağdamın işğal altında olduğu illər Azərbaycan xalqının yaddaşında yalnız itkilər və dağıntılarla deyil, həm də dözüm, birlik və mübarizə əzmi ilə yadda qalıb.

P.Vəliyeva vurğulayıb ki, Azərbaycan xalqının müasir tarixində mühüm dönüş nöqtəsi olan 2020-ci il Vətən müharibəsi Ağdamın azad edilməsinə də tarixi zəmin yaradıb: “27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun böyük hərbi uğurları ilə nəticələndi. 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan bir sıra şəhər, qəsəbə və kəndlərimizi azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu və Ermənistan hərbi-siyasi baxımdan məğlubiyyətini qəbul etməyə məcbur oldu. 20 noyabr 2020-ci il tarixdə Ağdam rayonu, o cümlədən Ağdam şəhəri Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə Azərbaycanın hərbi-siyasi qələbəsinin mühüm nəticələrindən biri olmaqla yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş ağdamlıların qayıdış ümidlərinin gerçəkləşməsinə yol açdı. Həmin gün Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyır. Çünki Ağdamın azad olunması yalnız bir rayonun ərazi bütövlüyünün bərpası deyil, həm də onilliklər ərzində öz doğma yurdunun həsrəti ilə yaşayan insanların mənəvi qələbəsi idi. 2020-ci il noyabrın 23-də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etmişlər. Ölkə başçısı İlham Əliyev Ağdam Cümə məscidini ziyarət etmiş, şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Bu səfər Ağdamın yeni tarixinin başlanğıcını simvolizə edən mühüm hadisələrdən biri olmuşdur. Dövlət Bayrağının Ağdam səmasında dalğalanması Azərbaycanın suverenliyinin, milli iradəsinin və tarixi torpaqlarına sahib çıxmaq əzminin təntənəsi idi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam Şəhəri Günü kimi təsis edilib. Bu Sərəncam işğaldan azad edilmiş ərazilərdə tarixi hadisələrin əbədiləşdirilməsi, milli yaddaşın qorunması və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gələcək nəsillərə çatdırılması baxımından mühüm dövlət qərarıdır”.

Deputat qeyd edib ki, Ağdamın azad edilməsindən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri uzun illər ərzində dağıdılmış şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi olub. Azərbaycan dövləti tərəfindən Ağdamda genişmiqyaslı quruculuq və abadlıq layihələrinin həyata keçirilməsinə başlanılıb. Şəhərin gələcək inkişafı müasir urbanizasiya prinsipləri, ekoloji yanaşma, dayanıqlı iqtisadiyyat və innovativ texnologiyalar əsasında planlaşdırılmışdır. Ağdamın Baş planı əsasında şəhərdə yeni yaşayış massivlərinin, inzibati binaların, təhsil və səhiyyə müəssisələrinin, mədəniyyət və istirahət məkanlarının, sənaye və xidmət obyektlərinin yaradılması nəzərdə tutulub.Hazırda Ağdam şəhərinin bərpası çərçivəsində müasir şəhər infrastrukturunun yaradılması, yaşayış və sosial obyektlərin tikintisi, iqtisadi potensialın bərpası, tarixi-mədəni irsin qorunması, ekoloji mühitin yaxşılaşdırılması və bu kimi istiqamətlərdə mühüm işlər aparılır. Bununla yanaşı, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, ərazilərin təhlükəsizliyinin təmin olunması quruculuq prosesinin əsas şərtlərindən biridir. Bundan başqa, rəsmi mənbələrin məlumatına görə, Ağdamda Bərdə-Ağdam avtomobil yolu, elektrik yarımstansiyası, dəmir yolu və avtovağzal kompleksi, regional rəqəmsal idarəetmə mərkəzi və digər mühüm infrastruktur obyektləri üzrə layihələr həyata keçirilib. “Ağdamın gələcək inkişafında ən mühüm istiqamətlərdən biri keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Çünki şəhərin həqiqi dirçəlişi yalnız binaların tikilməsi, yolların salınması və infrastrukturun yenilənməsi ilə deyil, həm də burada insanların yaşaması, işləməsi, ailə qurması və gələcək nəsillər yetişdirməsi ilə mümkündür. Bu baxımdan Ölkə başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramının əsas məqsədi keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasını, həmin ərazilərdə müasir həyat şəraitinin yaradılmasını və iqtisadi fəallığın bərpasını təmin etməkdir.Doğma evlərinə qayıdan sakinlər üçün yaradılan şərait Ağdamın sosial həyatının yenidən canlanmasına, ailə və icma münasibətlərinin bərpasına, şəhərin iqtisadi və mədəni həyatının inkişafına xidmət edir. Ağdamın dirçəlişi bütövlükdə Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Şəhərin gələcəkdə mühüm sənaye, logistika, kənd təsərrüfatı, ticarət və xidmət mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar mövcuddur”, deyə o bildirib. 

P.Vəliyeva bildirib ki, Ağdamın iqtisadi inkişafının əsas istiqamətlərindən biri Ağdam Sənaye Parkının fəaliyyətidir. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu park işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli və xarici investisiyaların cəlb edilməsinə xidmət edir. Bununla yanaşı, Ağdamın kənd təsərrüfatı potensialının bərpası, müasir suvarma sistemlərinin qurulması, taxılçılıq, üzümçülük, heyvandarlıq və digər aqrar sahələrin inkişafı da mühüm əhəmiyyət daşıyır.Ağdamın işğaldan azad olunması uğrunda mübarizədə canından keçmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Birinci Qarabağ müharibəsində Ağdamın müdafiəsi zamanı, habelə, 44 günlük Vətən müharibəsində və sonrakı dövrlərdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmamalıdır.Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan dövlətinin müstəqilliyinin, xalqımızın azadlığının və ərazi bütövlüyümüzün təmin olunmasında mühüm rol oynamışdır.



Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 79 cinayətin açılması təmin olunub

10:44
20 Noyabr

Qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10:42
20 Noyabr

Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür

10:41
20 Noyabr

Qızılın qiymətində son 8 ayın ən kəskin həftəlik azalması qeydə alınıb

10:37
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

10:36
20 Noyabr

Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib

10:30
20 Noyabr

Qarabağ torpağına bağlılığın rəmzi

10:29
20 Noyabr

Neft bahalaşır

10:27
20 Noyabr

Ağdamda bayram coşqusu: Şəhər Günü Qarabağ atlarının yürüşü ilə başlayıb

10:26
20 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:24
20 Noyabr

Müasir Azərbaycanın siyasi inkişafında tarixi və institusional amillər  

10:13
20 Noyabr

Vitali Kliçko: Kiyevdə körpülərə raket zərbələri nəticəsində sağ və sol sahillər arasında nəqliyyat çətinliyi yaranıb  

10:07
20 Noyabr

Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır  

09:59
20 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri 

09:55
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNƏCƏK  

09:53
20 Noyabr

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib

09:47
20 Noyabr

Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib 

09:47
20 Noyabr

İranla müharibə ABŞ-yə 48 milyard dollardan çox vəsaitə başa gəlib

09:13
20 Noyabr

20 noyabr – Ağdam Şəhəri Günü: dağıntılardan dirçəlişə, zəfərdən böyük qayıdışa doğru  

09:11
20 Noyabr

Qızılın qiyməti ötən ilin sentyabrdan bəri ilk dəfə 3550 dollardan aşağı düşüb  

09:01
20 Noyabr

Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib

08:55
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!