20 Noyabr 2026 10:41
90
Mədəniyyət
A- A+
Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür

Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür


Azərbaycan və Vyetnam mədəniyyət, ədəbiyyat və təhsil sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir. Bu baxımdan akademik əlaqələrin genişləndirilməsi, hər iki ölkənin ədəbi irsinin tanıdılması və yazıçılar arasında əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bunu Hanoy Universitetinin müəllimi, ədəbiyyatşünas və tərcüməçi Nquyen Van Syen AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, əməkdaşlığın perspektivli istiqamətlərindən biri Vyetnamda türkologiyanın inkişafıdır. Bu istiqamətdə Türkiyə, Qazaxıstan və Azərbaycanın səfirlikləri ilə Hanoy Universiteti arasında artıq əməkdaşlıq qurulub.

“Bir neçə görüş keçirilib və nəticə olaraq türkologiya sahəsində tədris proqramı hazırlanıb. Ümid edirəm ki, gələcəkdə nəzərdə tutduğumuz bütün planları həyata keçirə biləcəyik”, – deyə müsahibimiz qeyd edib.

Ədəbi əlaqələrdən danışan Nquyen Van Syen Vyetnam Yazıçılar Assosiasiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan səfirliyi ilə Vyetnamın yazıçılar təşkilatı arasında artıq yaxşı münasibətlər qurulub və rəhbərliklərlə görüşlər keçirilib.

Müsahibimiz bildirib ki, Bakıya səfəri zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə görüşüb. Görüşdə iki ölkənin ədəbiyyat nümayəndələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nquyen Van Syen Vyetnam ictimaiyyətinin Azərbaycana marağının artdığını da qeyd edib.

“Vyetnamda, xüsusilə də gənclər Azərbaycan haqqında daha çox məlumatlı olmaq istəyirlər. Ölkənizin mədəniyyəti müxtəlif sivilizasiyaların təsiri altında formalaşıb. Bakıya səfərim zamanı şəhərin küçələri və memarlığının rəngarəngliyi məndə xüsusi təəssürat yaratdı”, – deyə o bildirib.

Qeyd edək ki, Nquyen Van Syen Vyetnamda Azərbaycan mədəniyyətinin və ədəbiyyatının tanıdılması istiqamətində fəaliyyət göstərir. O, kinorejissor Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” kitabını, 2026-cı ildə isə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından mahnıların mətnlərini Vyetnam dilinə tərcümə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 79 cinayətin açılması təmin olunub

10:44
20 Noyabr

Qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10:42
20 Noyabr

Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür

10:41
20 Noyabr

Qızılın qiymətində son 8 ayın ən kəskin həftəlik azalması qeydə alınıb

10:37
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

10:36
20 Noyabr

Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib

10:30
20 Noyabr

Qarabağ torpağına bağlılığın rəmzi

10:29
20 Noyabr

Neft bahalaşır

10:27
20 Noyabr

Ağdamda bayram coşqusu: Şəhər Günü Qarabağ atlarının yürüşü ilə başlayıb

10:26
20 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:24
20 Noyabr

Müasir Azərbaycanın siyasi inkişafında tarixi və institusional amillər  

10:13
20 Noyabr

Vitali Kliçko: Kiyevdə körpülərə raket zərbələri nəticəsində sağ və sol sahillər arasında nəqliyyat çətinliyi yaranıb  

10:07
20 Noyabr

Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır  

09:59
20 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri 

09:55
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNƏCƏK  

09:53
20 Noyabr

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib

09:47
20 Noyabr

Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib 

09:47
20 Noyabr

İranla müharibə ABŞ-yə 48 milyard dollardan çox vəsaitə başa gəlib

09:13
20 Noyabr

20 noyabr – Ağdam Şəhəri Günü: dağıntılardan dirçəlişə, zəfərdən böyük qayıdışa doğru  

09:11
20 Noyabr

Qızılın qiyməti ötən ilin sentyabrdan bəri ilk dəfə 3550 dollardan aşağı düşüb  

09:01
20 Noyabr

Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib

08:55
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!