20 Noyabr 2026 11:43
114
DÜNYA
A- A+
Bu AI şirkətinin bazar dəyəri 1.76 trilyon dollara çatıb

Bu AI şirkətinin bazar dəyəri 1.76 trilyon dollara çatıb


Səhmlərinin birjada ticarət olunmağa başlaması ilə "Anthropic" dünyanın ən dəyərli açıq şirkətlərindən birinə çevrilib və onun bazar dəyəri təxminən 1,76 trilyon dollara (1,34 trilyon funt sterlinq) çatıb.

Süni intellekt sahəsində fəaliyyət göstərən bu şirkətin "Nasdaq" birjasında debüt etməsi, texnologiyanın inkişafına yatırılan nəhəng vəsaitlər nəzərə alınmaqla, bütün sənaye üçün mühüm sınaq hesab olunurdu.

"Anthropic"in səhmlərinin qiyməti ilkin təklif qiyməti olan 83 dolları xeyli üstələyib. Bu da süni intellekt sahəsinə böyük maraq və həvəsin olduğunu nümayiş etdirir.

Bununla belə süni intellekt əsaslı "Claude" çatbotunun yaradıcısı olan şirkət qarşıdakı aylarda diqqət mərkəzində qalmağa davam edəcək. Belə ki, o, süni intellektlə bağlı əsas suala – "bütün bunlara dəyərmi?" sualına cavab verməli olacaq.

"Anthropic"in səhmlərinin ticarətə başladığı ilk bir neçə saat ərzində investorların süni intellektin gələcək inkişaf istiqaməti ilə bağlı hələ də qərarsız olduqları müşahidə edildi. Səhm qiyməti dərhal 111,53 dollara yüksələrək şirkətin bazar dəyərini təxminən 2 trilyon dollara çatdırdı, lakin günün sonunda eniş yaşandı və səhmlər 97,17 dollar səviyyəsində bağlandı.

Bəzi investorlar "Anthropic"in debütünü uğurlu hesab etdilər, çünki gün ərzində səhmlər təxminən 17% bahalaşdı, lakin ümumilikdə, texnologiya bazarında vəziyyət o qədər də yaxşı deyildi.

Texnoloji şirkətlərin üstünlük təşkil etdiyi "Nasdaq Composite" indeksi gün sonunda təxminən 2,3% ucuzlaşdı. Ən böyük texnologiya şirkətlərinin səhmləri dəyər itirdi. "Google"un ana şirkəti olan "Alphabet"in səhmləri 2,9%, "Amazon"un səhmləri isə təxminən 3,9% ucuzlaşdı.

Süni intellektin hazırkı inkişaf mərhələsi texnologiya tarixində ən bahalı təşəbbüslərdən biridir. Təkcə son bir il ərzində bir neçə iri texnologiya şirkəti bu sahəyə 1 trilyon dollardan çox vəsait xərcləyib.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu AI şirkətinin bazar dəyəri 1.76 trilyon dollara çatıb

11:43
20 Noyabr

Berlin regionda sabitliyə Avropa təhlükəsizliyi gündəliyinin tərkib hissəsi kimi baxır  

11:40
20 Noyabr

Noyabrın 22-si Gürcüstanda matəm elan edilib

11:27
20 Noyabr

Mədəaltı vəzi xərçəngi ilə bağlı yeni müalicə tətbiq olunur

11:00
20 Noyabr

Neftin qiymətində azalma gözləntiləri güclənir  

10:59
20 Noyabr

Ötən gün 79 cinayətin açılması təmin olunub

10:44
20 Noyabr

Qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10:42
20 Noyabr

Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür

10:41
20 Noyabr

Qızılın qiymətində son 8 ayın ən kəskin həftəlik azalması qeydə alınıb

10:37
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

10:36
20 Noyabr

Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib

10:30
20 Noyabr

Qarabağ torpağına bağlılığın rəmzi

10:29
20 Noyabr

Neft bahalaşır

10:27
20 Noyabr

Ağdamda bayram coşqusu: Şəhər Günü Qarabağ atlarının yürüşü ilə başlayıb

10:26
20 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:24
20 Noyabr

Müasir Azərbaycanın siyasi inkişafında tarixi və institusional amillər  

10:13
20 Noyabr

Vitali Kliçko: Kiyevdə körpülərə raket zərbələri nəticəsində sağ və sol sahillər arasında nəqliyyat çətinliyi yaranıb  

10:07
20 Noyabr

Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır  

09:59
20 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri 

09:55
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNƏCƏK  

09:53
20 Noyabr

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib

09:47
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!