02 İyun 2024 08:05
803
SİYASƏT
A- A+
Azərbaycan-İtaliya münasibətləri Avropa ölkələrinə nümunədir

Azərbaycan-İtaliya münasibətləri Avropa ölkələrinə nümunədir

 

İtaliya dünyanın nadir diyarlarından biridir. Onun sakinləri öz ölkələrinin şanlı keçmişi və rifah halına qovuşmuş bu günü ilə fəxr edə bilərlər. Burada dünya mədəni irsinin yarıdan çoxu cəmləşib: qədim sivilizasiyalardan miras qalmış dəyərli incəsənət nümunələri, tarixi və memarlıq abidələri. İtaliya təkcə Avropada deyil, həm də digər qitələrdə mövcud olmuş sivilizasiyalara nisbətən dünya mədəniyyəti xəzinəsinə daha böyük töhfələr vermiş və bəşəri nailiyyətləri zənginləşdirmişdir.
Bura saraylar, kilsələr, muzeylər və abidələr ölkəsidir. O eyni zamanda intibah, opera və rəssamlığın vətəni sayılır. Təsviri incəsənət nümunələri, tarixi binaları, gözəl yerləri, mülayim hava şəraiti və heyrətamiz mətbəxi ilə diqqəti cəlb edir. Bütün bu əzəməti adi ekskursiya çərçivəsində görmək mümkün deyil.
Bu gün İtaliya dedikdə, gözlərimiz önündə  Roma imperiyası dövründən qalma qədim abidələrin xarabalıqları, Venesiyanın füsunkar gözəllikləri, Toskananın təpəli mənzərəsi, Alp dağlarının cənub yamaclarının ecazkar təbiəti, günəşli çimərlikləri, təmiz dəniz havası canlanır. 
Bu gün İtaliya həm də iqtisadi tərəqqinin, sosial rifah halının durmadan inkişaf etdiyi bir ölkədir. İtaliya iqtisadiyyatı Avropa İttifaqına üzv ölkələrin inkişaf etmiş iqtisadiyyatı deməkdır. Onun iqtisadiyyatı postsənaye iqtisadiyyatıdır və dünyada 8-ci ən böyük nominal ümumdaxili məhsula malikdir. İtaliya G8 və NATO-nun, Avropa İttifaqının üzvü, iqtisadiyyatın inkişafına görə Avropanın dördüncü yerdə olan ölkəsidir. Avropa Birliyinin təsisçi üzvlərindən biridir. İtaliya Əfqanıstan, Kosovo, Bosniya-Herseqovina və Livanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirakına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yeri tutur. Eyni zamanda onun Avstriya, İsveçrə və Sloveniya kimi dövlətlərlə qonşu olması bu dost ölkə ilə münasibətlərdən bəhrələnən Azərbaycana geniş imkanlar açır. Belə ki, İtaliyanın  Avropa Parlamentində 76 deputatla təmsil olunması da mühüm əhəmiyyət kəsb edir.
İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Hələ iki min il əvvəl XII Roma legionunun Azərbaycana gəlişi Qobustan qayaları üzərində öz izlərini saxlamaqdadır. Orta əsrlər dövründə bu əlaqələr diplomatik münasibətlər səviyyəsinə yüksəlmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə bu münasibətlər strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Belə ki, Bakıdan göndərilən xam neftin müqabilində İtaliyadan silah-sursat, hərbi texnika və hərbi formaların alınması gənc Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin artırılmasına mühüm dəstək idi. 
1992-ci il yanvarın 1-də İtaliya dövlətinin respublikamızın müstəqilliyini tanıması və iki ölkə arasında diplomatik əlaqələrin qurulması qarşılıqlı münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Cənubi Qafqaz ölkələri arasında ilk dəfə 1997-ci ildə İtaliyanın Azərbaycanda, 2003-cü ildə Azərbaycanın İtaliyada səfirliyi açıldı. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 24-27 sentyabr tarixlərində İtaliyaya rəsmi səfəri çərçivəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalandı, bu sənədlər ölkələrimiz və xalqlarımız arasında dostluğun, əməkdaşlığın daha da möhkəmləndirilməsində hüquqi baza yaratdı. 
O vaxtdan bəri iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, mədəni, humanitar və sair istiqamətlər üzrə çoxşaxəli strateji tərəfdaşlıq münasibətləri quruldu. İtaliya etibarlı dost, sülhsevər ölkə, üzərinə götürmüş olduğu beynəlxalq öhdəliklərə hörmətlə yanaşdığına görə Vətən müharibəsi dövründə Azərbaycanla həmrəylik nümayiş etdirdi. Bir qayda olaraq İtaliya mediası Azərbaycanla bağlı məsələlərdə obyektiv yanaşma sərgilədi. Xüsusən 2020-ci ilin İtaliyada "Azərbaycan ili" elan olunması ölkəmizə bəslənilən rəğbət və etimadın göstəricisi oldu.
Ulu Öndərin təməlini qoyduğu müstəqil Azərbaycanın xarici siyasət kursunu inam və qətiyyətlə davam etdirən, onu daha yüksək pilləyə qaldıran Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 1-2- də İtaliyaya işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə təkan verdi. Təsadüfi deyil ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb.
Azərbaycan dövləti dəfələrlə ən ali səviyyədə bəyan etmişdi ki, Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin Qarabağın quruculuq prosesində iştirakına xüsusi imkan yaradacaq. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətləri bu gün uğurla fəaliyyət göstərirlər. İtaliyanı təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəgəzurda quruculuq işlərində fəal iştirak edən və ən çox iş görənlər sırasındadırlar.
Bizi həm də fəal siyasi dialoq birləşdirir. Bunu iki ölkə arasında siyasi münasibətlərin güclənməsində parlamentlərarası əlaqələr, hökumətlərarası komissiyaların fəaliyyəti də təsdiqləyir. Bu il mayın 29-da İtaliya Senatında "Azərbaycan-İtaliya-Aİ münasibətləri"nə həsr olunmuş tədbir keçirildi. Roma şəhərində Senatda "Azərbaycan, İtaliya, Aİ: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi" mövzusunda forum keçirildi. Tədbir zamanı italiyalı investorlar Azərbaycanda təkcə enerji deyil, eyni zamanda iqtisadiyyatın digər növlərində də maraqlı olduqlarını bildirdilər.
İtaliya kənd təsərrüfatı və sənaye bölmələrində mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malikdir. Odur ki, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında iştirakı qarşılıqlı əməkdaşlığa əlavə stimul verir.   
İtaliya Azərbaycanın xüsusilə enerji sektorunda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın neft və qaz ixracının 50 faizi İtaliyanın payına düşür.  Prezident İlham Əliyev bildirmişdir ki, "Azərbaycan və İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisində inkişaf edir, əlaqələrimizin böyük hissəsi energetika sahəsi ilə bağlıdır". 
Azərbaycanın transregional layihələrdə bilavasitə iştirakı onun bölgədə artan əhəmiyyətini bir daha göstərir. Avropada ən yaxın ticarət tərəfdaşımız olmaqla yanaşı, İtaliya TANAP-TAP layihələrində aparıcı tranzit ölkələrdən biridir. "Cənub qaz dəhlizi" və bu layihənin hazırda son mərhələsi olan TAP çərçivəsində Azərbaycan qazı İtaliya vasitəsilə Avropaya çatdırılır. İtaliya və Azərbaycan enerji təhlükəsizliyi və iqtisadi-ticari əlaqələr baxımından iki strateji tərəfdaşdır.
Azərbaycan bu qardaş ölkə ilə "yaşıl kimya", "yaşıl enerji", "yaşıl enerji zonası", "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları zəminində də sıx əməkdaşlıq edir. Ölkəmizdə 87 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. Bu şirkətlər Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. Azərbaycan ilə İtaliyanın  "Leonardo" şirkəti arasında əməkdaşlıq inkişaf edir. Bu il mayın 14-də Bakıda keçirilmiş İtaliya-Azərbaycan Biznes Forumunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 13 İtaliya şirkəti iştirak etmişdir.
2023-cü ilin noyabrında Azərbaycanda həyata keçirilən dəmiryol layihələrində İtaliya şirkətlərinin iştirak imkanları müzakirə edildi. Bu zaman "ITALRAIL" konsorsiumuna daxil olan şirkətlərin dəmiryol nəqliyyatı ilə bağlı istehsal etdiyi müxtəlif texnika və sistemlər barədə geniş təqdimat keçirildi.
Bakı şəhərində Zəfər Muzeyinin, eləcə də işğaldan azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeylərinin, habelə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində tarixi abidələrimiz və dağıdılmış məscidlərimizin bərpa və inşası ilə bağlı İtaliya şirkətləri aktiv fəaliyyət göstərirlər. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir.
İki ölkə arasında siyasi münasibətlərin güclənməsi iqtisad-ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərir. Ticarət baxımından Azərbaycan bu ölkənin ilk kommersiya tərəfdaşıdır. 2023-cü ildə Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul ixrac olunub. İtaliyadan Azərbaycana isə 477 milyon 903 min dollar dəyərində məhsul idxal edilib.
Mədəniyyət sahəsində qarşılıqlı münasibətlər uğurla inkişaf edir. Həmçinin xalqlarımız arasında mövcud olan təbii rəğbət hissi kino, memarlıq, musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənir. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasına hazırlıq işləri əhəmiyyətli hadisələrdən biridir. Beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Neapolda "Bakı" küçəsi, Bakıda isə "Neapol" küçəsinin olması da mədəni yaxınlığın göstəricisidir. Həmçinin müxtəlif vaxtlarda İtaliyada Azərbaycan filmlərinin, eyni zamanda Azərbaycanda İtaliya filmlərinin festivallarının keçirilməsi də mənəvi əlaqələri yeni pilləyə yüksəldib. Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki, "Güclü siyasi əlaqələrimiz gündən-günə genişlənən ticari, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə əməkdaşlığımızın və çoxölçülü strateji tərəfdaşlığımızın təməlini təşkil edir".
Bu il Azərbaycan mühüm beynəlxalq tədbirin keçirilməsinə evsahibliyi edəcək. Bu məqsədlə qızğın hazırlıq işləri gedir. COP29-un iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir sıra tərəfdaşlar, o cümlədən İtaliya ilə əməkdaşlığa əlavə töhfə verəcəyi şübhəsizdir. Ərazilərini işğaldan azad etmiş Azərbaycan üçün iqtisadi əməkdaşlıq, qarşılıqlı faydalı ticarət münasibətləri üstün istiqamətlər sayılır. Bu mənada Azərbaycan-İtaliya strateji tərəfdaşlığı Cənubi Qafqazda və Avropada sülhə, iqtisadi tərəqqiyə və enerji təhlükəsizliyinə böyük töhfə verməklə Avropa ölkələri üçün də nümunə olacaq. 

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!