16 İyun 2026 15:25
259
SİYASƏT
A- A+
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 16-da Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının prefekti kardinal Con Ceykob Kuvakad və Dikasteriyanın İslam Bürosunun rəhbəri Ata Laurent Basanese ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişaf perspektivləri, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda dayanıqlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimada əsaslanan münasibətlərin bərqərar olması istiqamətində ardıcıl səylər göstərdiyini, mühüm təşəbbüslərlə çıxış etdiyini bildirib.

Qeyd edilib ki, respublikada müxtəlif dini konfessiyalara mənsub icmaların sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların dini-mədəni irsinin qorunması, ibadət yerlərinin bərpası və dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, birgəyaşayışın Azərbaycan modeli qarşılıqlı hörmət, bərabərhüquqluluq və inklüzivlik prinsiplərinə əsaslanır.

Komitə sədri uğurlu əməkdaşlıq münasibətlərinin əhəmiyyətinə toxunaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikan ilə tərəfdaşlığının sivilizasiyalararası dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Kardinal Con Ceykob Kuvakad ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib.

O, Azərbaycanda dini müxtəlifliyin qorunması və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi istiqamətində görülən işləri, eləcə də ölkəmizin bu sahədə zəngin təcrübəsini və qlobal miqyasda dinlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdiyini qeyd edib. Kardinal müxtəlif dini konfessiyaların liderləri arasında formalaşmış əməkdaşlıq və dostluq münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb.

Görüşdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüseri olduğu, Azərbaycanda birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filmi barədə ətraflı məlumat verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsi olan filmin xarici ölkələrdə, o cümlədən Vatikanda təqdim olunması ideyası ətrafında fikir mübadiləsi aparılıb.


Görüş zamanı dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində həyata keçirilən birgə təşəbbüslər, qlobal çağırışlar fonunda dini liderlər və qurumlar arasında əməkdaşlığın əhəmiyyəti, habelə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!