03 Aprel 2026 08:10
536
PARLAMENT
A- A+
Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib


Aprelin 2-də Milli Məclisdə Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 34 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir iştirakçılarını spiker Sahibə Qafarovanın adından salamlayan Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov  Çinin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu vurğulayıb, iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasından ötən 34 il ərzində münasibətlərimizin keçdiyi inkişaf yolundan danışıb. O, iki ölkə arasında yüksək səviyyədə olan strateji tərəfdaşlıq əlaqələrinin bugünkü səviyyəsindən məmnunluğunu bildirərək, Prezident İlham Əliyevin ötən il Çin Xalq Respublikasına dövlət səfərindən sonra iki ölkə arasında əlaqələrimizin daha da inkişaf edərək yeni mərhələyə yüksəldiyini qeyd edib.

Soltan Məmmədov Milli Məclis Sədrinin ötən ay Çinə səfərini xatırladaraq, parlamentlər arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyini diqqətə çatdırıb. O, Azərbaycan və Çin arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın yüksələn xətlə inkişaf etməsinin hər iki xalqın maraqlarına xidmət göstərdiyini bildirib, Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələrin əhəmiyyətindən və gələcək planlardan danışıb.

"Dəyirmi masa"da iştirak edən Çinin Azərbaycandakı səfiri Lu Mey iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 34-cü ildönümünün tamam olmasının qürurverici olduğunu qeyd edib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Çinlə münasibətlərin inkişafına həmişə böyük önəm verdiyini və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfir Azərbaycanın Çinin qlobal təşəbbüslərinə dəstəyinin yüksək qiymətləndirildiyini, iki ölkə arasında ticarət dövriyyəsinin və digər sahələrdə əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıb.

Qanunvericilik orqanları arasında əlaqələrin də yüksək səviyyədə olduğunu deyən səfir parlamentlərin ikitərəfli və çoxtərəfli münasibətlərin inşafında  özünəməxsus rol oynadığını qeyd edib.

Tədbirdə həmçinin Azərbaycan və Çinin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığından razılıq ifadə olunub, ölkələrimizin mühüm məsələlərdə bir-birinə daimi dəstək göstərmələrindən məmnunluq bildirilib.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - deputatlar Qüdrət Həsənquliyevin, Günay Əfəndiyevanın, Rəşad Mahmudovun, Nigar Məmmədovanın, Tahir Mirkişilinin, Səbinə Salmanovanın, Elman Nəsirovun və Naqif Həmzəyevin iştirak etdiyi tədbirdə çıxış edənlər parlamentlərarası əlaqələrin Azərbaycan-Çin münasibətlərindəki rolundan danışıblar. Qeyd olunub ki, parlamentlər arasında qarşılıqlı təmaslar, dostluq qruplarının fəaliyyəti və parlamentarilərin səfərləri ikitərəfli münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.

"Dəyirmi masa"da Azərbaycan ilə Çin arasında əməkdaşlığın artan əhəmiyyəti xüsusi vurğulanıb, rəqəmsal iqtisadiyyat, süni intellekt, "yaşıl energetika", logistika, "ağıllı texnologiya"lar və innovasiyalar kimi prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə olunub. Bildirilib ki, bu istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi ölkələrimizin davamlı iqtisadi inkişafına xidmət edir.

Müzakirələr zamanı Azərbaycan ilə Çin arasında mövcud olan münasibətlərin bundan sonra da bütün sahələr üzrə dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!