18 Mart 2026 17:53
2159
PARLAMENT
A- A+
İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  


Martın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı ilə “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov müzakirə olunan mövzunun aktuallığını vurğulayıb. Qeyd edib ki, parlamentdə artıq ikinci oxunuşdan keçmiş “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər də incəsənət təhsili sahəsində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Dəyişikliyə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və digər bu qəbildən olan dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri bilikləri və peşə yararlılığı attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq, sertifikasiya imtahanı vasitəsi ilə qiymətləndiriləcək. Onun sözlərinə görə, bu yanaşma qiymətləndirmə prosesində şəffaflığın və obyektivliyin təmin olunmasına, eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

Sonra çıxış edən mədəniyyət naziri Adil Kərimli deyib ki, son illərdə mədəniyyət sahəsində sistemli islahatlar həyata keçirilir. O, Prezidentin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasından bəhs edib. Bildirilib ki, konsepsiyanın qarşıya qoyduğu çağırışlara uyğun olaraq mədəniyyət sahəsində insan kapitalının inkişafı və kadr hazırlığının artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bunlardan da biri incəsənət məktəblərinin fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, məktəblərin fəaliyyət keyfiyyətinin artırılması prioritet istiqamətlərdəndir.

Daha sonra mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov “Mədəniyyət Nazirliyi sistemindəki incəsənət məktəbləri: mövcud vəziyyət və perspektiv imkanlar” mövzusunda slaydlarla müşayiət olunan təqdimatla çıxış edib. O, Mədəniyyət Nazirliyi sistemindəki təhsil müəssisələrinin mövcud vəziyyəti, infrastrukturun yenilənməsi, məktəb şəbəkəsinin optimallaşdırılması, müəllimlərin peşəkarliq səviyyəsinin diaqnostikası kimi istiqamətlərlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb, perspektiv imkanlar, qarşıya qoyulan məqsədlər, görüləcək işlər haqqında məlumat verib.

Dinləmədə mövzu ərafında aparılan müzakirələrdə çıxış edənlər incəsənət sahəsində tənzimləmələr və attestasiya imtahanlarının keçirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Mədəniyyət naziri Adil Kərimli tədbirdə deyilən fikirlərə münasibətini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb  

18:37
11 May

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar  

18:13
11 May

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

17:48
11 May

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib  

17:38
11 May

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib  

17:29
11 May

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir  

17:21
11 May

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

16:57
11 May

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

16:49
11 May

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!