15 Yanvar 2025 08:20
2476
İQTİSADİYYAT
A- A+
Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 


Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı davamlı xarakter daşıyır. Bunun bariz göstəricilərindən biri son illər qeyri-neft ticarətinin ümumi həcminin bir neçə dəfə  artmasıdır. Kənd təsərrüfatı, texnologiya, əczaçılıq və enerji infrastrukturu sektorlarına investisiyaların yönəldilməsi prioritet  təşkil edir. 

Hər iki ölkənin dövlət başçılarının  qarşılıqlı səfərləri  iqtisadi əlaqələrin  də  getdikcə  inkişafına böyük təkan verir. Prezident İlham Əliyevin BƏƏ-yə bu il yanvarın 13-də başlanan işgüzar səfəri, yanvarın 14-də Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak etməsi ilə münasibətlərin növbəti səhifəsi açılır.   Ölkəmizin ayrı-ayrı nazirlik və qurumlarının genişlənən əməkdaşlığı da məhz bu münasibətlərdən qaynaqlanır. Məsələn, 2023-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında strateji əməkdaşlıq sazişinin imzalanmasını xatırladaq. Saziş Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində imzalanıb.

Saziş ətraf mühitin mühafizəsi sahəsində SOCAR və ADNOC arasında birgə fəaliyyətin daha da genişləndirilməsini, o cümlədən mavi hidrogen, geotermal enerji və karbon emissiyalarının idarə edilməsi sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutur.

COP-dan söz düşmüşkən, COP28-in keçirildiyi BƏƏ, COP29-a  ev sahibi  olan  Azərbaycan və COP30-u qəbul edəcək Braziliyanın "Troyka" şəklində fəaliyyəti də sözügedən əməkdaşlığa  güclü dəstək verib. BƏƏ və Azərbaycan  arasında təmiz və bərpaolunan enerji sahəsində davamlı əməkdaşlıq onların hazırda bəşəriyyətin üzləşdiyi ən böyük problem olan iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizədə birgə səylərini artırır. 

Bütün bunlarla yanaşı, ölkələrimizin birgə reallaşdırdığı "yaşıl enerji"  layihələri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, BƏƏ-nin "Masdar" şirkətinin ölkəmizdə həyata keçirilən bərpaolunan enerji layihələrində önəmli rolu var. Təkcə o faktı qeyd etmək kifayətdir ki, "Masdar" Bakıda Xəzər regionunun və MDB məkanının ən böyük günəş-elektrik stansiyasını tikib.

Xatırladaq ki, 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-da işə salındı. Obyektin təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdi. Prezident stansiyanın açılışında da iştirak etdi.

Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

Məlum olduğu kimi, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji" istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu məqsədə doğru atılan inamlı və uğurlu addımlardan biri də məhz "Qaradağ"ın tikintisinin başa çatdırılıb istifadəyə verilməsi oldu.

Keçən il isə Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, "Masdar" şirkətinin idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüş tərəfdaşlığın uğurla davam etdiyinin daha bir təsdiqi oldu. Belə ki, görüşdə "Masdar" şirkəti ilə quruda və dənizdə "yaşıl enerji" layihələrinin icrası, hər iki ölkənin apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi. 1000 MVt gücündə günəş və külək enerjisi stansiyalarının inşası ölkələrimizin "yaşıl enerji" keçidinə birgə töhfəsi kimi dəyərləndirildi.

Görüşün yekununda Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş-elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ Külək-Elektrik Stansiyası layihələri üzrə "İnvestisiya müqaviləsinə Əlavə", "Enerji alqı-satqı müqaviləsi", "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" və "Torpaq icarə müqaviləsi" imzalandı.

2024-cü il iyunun 4-də Prezident İlham Əliyev "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" - "Caspian Power" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlini qoydular. Sultan Əhməd Əl-Cabir tədbirdəki çıxışında dedi: "Məqsədimiz 2030-cu ilədək bərpaolunan enerji potensialını üç dəfə artırmaqdır. Böyük məmnuniyyətlə deyərdim ki, zati-aliləri, cənab Prezident də qeyd etdiyi kimi, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan hazırda üç yeni bərpaolunan enerji layihəsinin təməlqoyma mərasimini qeyd edəcəkdir. Biləsuvar və Neftçala günəş-elektrik stansiyaları, Abşeron-Qaradağ külək layihəsi ilə birlikdə Azərbaycanın artmaqda olan enerji ehtiyaclarını təmin etmək məqsədilə 1 qiqavat təmiz enerji hasil edəcək. Bütün bunlar faktiki olaraq, Birləşmiş Ərəb Əmirliklərinin tərəfdaşlıq tarixinə yazılmaqdadır. Belə ki, burada məqsəd bu ölkənin "yaşıl inkişaf"ını, artımını gücləndirmək və Dayanıqlı İnkişaf Məqsədlərini qlobal şəkildə təşviq etməkdir. Qeyd etmək istəyirik ki, bu cür praktiki tərəfdaşlıqlar bizim bu sahə üzrə öhdəliyimizi bir daha nümayiş etdirir, eyni zamanda bizim səmimi niyyətlərimizi və bu sahəyə olan həqiqi marağımızı bir daha ifadə edir. Məqsədimiz burada yaşıl artım gündəliyini inkişaf etdirməkdir".

 Əlavə etmək yerinə düşər ki, 2006-cı ildə BƏƏ-də yaradılan "Masdar" həmin vaxtdan bəri zəngin təcrübə toplayıb, dünyada günəş və külək enerjisinin inkişafına on milyardlarla dollardan çox sərmayə yönəldərək onlarca layihənin iştirakçısı olub. 

Onu da xatırladaq ki, COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev "Masdar" şirkətinin adını çəkdi. Bu da təsadüfi deyil. Çünki BƏƏ-nin bu tanınmış şirkəti "yaşıl enerji" sahəsində ən böyük və yaxın tərəfdaşlarımızdandır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb  

22:58
08 Fevral

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü oğurlanıb  

22:56
08 Fevral

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

22:50
08 Fevral

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

22:47
08 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib 

22:45
08 Fevral

BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır  

22:24
08 Fevral

Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm  

22:23
08 Fevral

Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

22:21
08 Fevral

Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq  

21:30
08 Fevral

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır  

19:53
08 Fevral

Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik  

19:31
08 Fevral

ABŞ İsrailə 7,41 milyard dollar dəyərində hərbi məhsulların satışına icazə verib  

19:08
08 Fevral

Fransanın dörd qeyri-şəffaf həbsxanasında 9 mindən çox miqrant qanunsuz saxlanılıb  

19:02
08 Fevral

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

18:39
08 Fevral

Qazaxıstanda “Divanü lüğat-it-türk” Beynəlxalq sərgisi açılıb

18:03
08 Fevral

Astanada türk xalqlarının musiqi konserti - “TAMYR” keçirilib

17:57
08 Fevral

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib

15:26
08 Fevral

Şolts: ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası cavab verəcək

15:25
08 Fevral

Üç girov azad edilərək İsrail hərbçilərinə verilib

15:23
08 Fevral

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür  

15:22
08 Fevral

İlin ilk “Kənddən şəhərə” həftəsonu yarmarkasından  

14:23
08 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!