27 Sentyabr 2026 10:47
88
SİYASƏT
A- A+
Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əhəmiyyəti və aktual xarakter daşıyan mövzuları ilə dünya mətbuatının diqqətində olub.

AZƏRTAC xəbər verir ki, forumda müzakirə olunan problemlər və imzalanan sənədlər, eləcə də Azərbaycanın iqtisadi potensialı dünya mətbuatının diqqətindən yayınmayıb.

Bolqarıstanın “Стандарт” saytında yazılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin bütün xarici borcunu 24 saat ərzində ödəyə biləcəyi barədə şok açıqlama verərək, Köhnə Qitədəki dərin maliyyə böhranını üzə çıxarıb. Prezident İlham Əliyev ölkənin xarici borcunu təxminən 20 dəfə üstələyən valyuta ehtiyatları topladığını vurğulayıb. Eyni zamanda, Avropa İttifaqı artıq orta hesabla ÜDM-in 83,4 faizini aşan rekord borcla sıxışdırılır və istehsalda xroniki böhran var. Saytda Azərbaycanın böyük iqtisadi potensiala malik olduğu bildirilib. Qeyd edilib ki, neft və qaz hələ də ixracın əsas payını təşkil etsə də, qeyri-neft sektoru hazırda ölkənin ÜDM-nin 70 faizindən çoxunu təşkil edir.

Digər bir sayt - “Net news”da Prezident İlham Əliyevin forumda səsləndirdiyi Azərbaycanın xarici borcu və valyuta ehtiyatları barədə fikirlərinin Bolqarıstan üçün nümunə olduğu diqqətə çatdırılıb. :”Bolqarıstan üçün bu nümunə, xüsusilə aktualdır. Ölkəmiz Avropa İttifaqında ən aşağı borc səviyyələrindən biri ilə - ÜDM-in təxminən 29,9 faizi ilə öyünsə də, bu borcun artma tempi həyəcanvericidir. Problem ondadır ki, bu vəsaitlər çox vaxt əlavə dəyər yaradan uzunmüddətli investisiyalar əvəzinə cari xərclərə və sosial ödənişlərə yönəldilir. Lakin Azərbaycan əlavə dəyər yaradan bilən iqtisadi sistemə malikdir”.

Yunanıstanın “Money Review” saytında vurğulanıb ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR və ExxonMobil Orta Kür hövzəsindəki qeyri-ənənəvi karbohidrogen yataqlarının kəşfiyyatı, işlənməsi və istismarı üçün hasilatın pay bölgüsü müqaviləsini imzalayıblar. İki şirkətin hər biri 50 faiz paya sahib olacaq və ExxonMobil operator rolunu öz üzərinə götürəcək. Bu müqavilələr, təchizat təhlükəsizliyinin Avropa gündəmində yüksək səviyyədə qaldığı bir vaxtda, Azərbaycanın təbii qaz istehsalçısı kimi mövqeyini gücləndirir. “Abşeron” yatağının genişləndirilməsi ölkənin təbii qaz hasilatını növbəti üç-dörd il ərzində təxminən 5 milyard kubmetr artıracaq. “TotalEnergies”in məlumatına görə, tam işlənmənin birinci mərhələyə əlavə olaraq, sabit hasilatla ildə təxminən 4,5 milyard kubmetr qaz hasil edəcəyi gözlənilir.

“Energia” saytında qeyd olunub ki, Azərbaycan təbii qazı əsasən Avropaya və Türkiyəyə ixrac edir. Ötən il Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixrac etdiyi qazın həcmi 25 milyard kubmetr təşkil edib. Bu qlobal enerji təchizatındakı fasilələrin təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqları artırdığı bir vaxta təsadüf edir. Azərbaycanın Avropaya ixracının daha da artması üçün əlavə boru kəməri tutumu tələb olunacaq. Materialda nəzərə çatdırılıb ki, tranzit olaraq Azərbaycan Avropa ilə Asiya arasındakı ticarət əlaqələrinin inkişafında əsas rol oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

10:51
27 Sentyabr

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

10:47
27 Sentyabr

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

10:45
27 Sentyabr

Anım Günü həm də vətən uğrunda fədakarlığın rəmzidir

10:25
27 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb

10:19
27 Sentyabr

27 Sentyabr - Qəhrəmanlıq dastanının başladığı gün

10:14
27 Sentyabr

Zəfərə aparan yol: milli iradə, dövlət gücü və tarixi yaddaş

09:43
27 Sentyabr

Bir dəqiqəlik sükut, əbədi ehtiram..

09:40
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

09:00
27 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

08:00
27 Sentyabr

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

23:52
26 Sentyabr

Hava şəraiti dəyişir: Dolu düşəcək, sulu qar yağacaq – XƏBƏRDARLIQ

19:12
26 Sentyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB

18:13
26 Sentyabr

Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

18:06
26 Sentyabr

Azərbaycanda investisiya baxımından maraq doğuran sahələr barədə fikir mübadiləsi aparılıb

17:32
26 Sentyabr

 Anım Günü xalqımızın milli birliyini və şəhidlərimizin əbədi qəhrəmanlığını yaşadan müqəddəs tarixdir

17:29
26 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb

17:18
26 Sentyabr

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib YENİLƏNİB

17:14
26 Sentyabr

Corc Rassell: İnanılmaz həftəsonu oldu

17:03
26 Sentyabr

Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub

16:51
26 Sentyabr

Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

16:43
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!