02 Fevral 2022 00:39
2437
CƏMİYYƏT
A- A+
“ASAN” işin, əsl “DOST”un həmdəmi KÖNÜLLÜLƏR

“ASAN” işin, əsl “DOST”un həmdəmi KÖNÜLLÜLƏR

 

Tarixinin ən şanlı və qüdrətli dövrünü yaşayan Azərbaycanda bu gün Gənclər Günü qeyd edilir. 26 il əvvəl - 1996-cı ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclərin ilk forumunu keçirərək ölkənin gələcəyi sayılanların yol xəritəsini, hədəflərini müəyyənləşdirdi və illər ötdükcə Azərbaycan gəncləri bütün sahələrdə nailiyyətlər qazanmaqla göstərilən etimadı doğrultdular.  

2013-cü ildən isə dövlətin gənclər siyasətində yeni mərhələ başladı. Səsvermə hüququna malik olan gənclərin mütləq əksəriyyətinin böyük etimad göstərdiyi İlham Əliyev Azərbaycan gənclərinin hamisinə çevrildi. Gənclərə hər zaman inandığını, güvəndiyini söyləyən Prezident İlham Əliyev belə bir çağırış etdi: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Bu fikirlər Azərbaycan gənclərinin həm dövlətə güvənini, həm də özünəinam hissini artırdı.

 

“ASAN xidmət”dən başlayan uğurlu yol

 

Azərbaycanın dinamik inkişafını təmin edən fundamental faktorlardan birini  cəmiyyətin ən fəal təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil etdi. Ölkədə gənclər hərəkatı yüksəliş mərhələsinə qədəm qoydu. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçildi və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynamağa başladı.

İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri də neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yarandı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşımağa başladı. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” qanun qəbul etməsi  könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla ölkədə könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Müstəqilliyin bərpasından sonra Azərbaycanda könüllülük fəaliyyəti yaransa da, onun hərəkat kimi formalaşması 2012-ci ilə təsadüf edir. İlham Əliyevin müəllifi olduğu müasir Azərbaycan brendi sayılan “ASAN xidmət”in fəaliyyətə başlaması ilə könüllülük hərəkatının əsası qoyuldu. 2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup “ASAN könüllüsü” ilə görüşən dövlət başçısı “ASAN” könüllülük hərəkatına xeyir-duasını verdi.

“ASAN xidmət”ə qədər müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarda yüzlərlə azərbaycanlı gənci könüllü kimi fəaliyyət göstərirdi. Lakin könüllülük hərəkatı olaraq bu fəaliyyət məhz “ASAN xidmət”dən başladı. 2016-cı il dekabrın 28-də 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinin açılışı zamanı dövlət  başçısının dedikləri bunun bariz sübutudur: “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır”.

“ASAN” könüllülük fəaliyyəti “Master 1”, “Master 2” və digər bölmələrdən ibarətdir. “Master 1” özündə 3 aylıq müddətdə “ASAN xidmət” mərkəzində keçirilən könüllülük fəaliyyətini ehtiva edir. Bu müddət ərzində onlar vətəndaşlara xidmət göstərir, sorğularda iştirak edir, korporativ mədəniyyəti mənimsəyir, layihələrin iştirakçılarına çevrilir, əvvəlcədən müəyyən edilmiş mövzular haqqında qrup şəklində araşdırmalar aparır və onların təqdimatını hazırlayırlar. Artıq “Master 1” pilləsini başa vurmuş “ASAN Könüllüləri”nin sayı 29.000-dən çoxdur.

“Master 2” proqramı könüllü kimi ixtisas sahəsi üzrə təcrübə toplamaq istəyən gənclər üçün yaradılmışdır. “Master 2” fəaliyyəti Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müvafiq şöbələrində və “ASAN xidmət” mərkəzlərinin müvafiq sektorlarında gənclərin öz ixtisas sahələri üzrə təcrübə proqramı keçmələrinə şərait yaradır. Fəaliyyətə başladığından etibarən 5000-dən çox “ASAN” könüllüsü “Master 2” pilləsində təcrübə qazanıb.

Fəaliyyəti başa vurduqdan sonra hər bir “ASAN” könüllüsü karyera mərkəzinə müraciət edərək www.asankadr.az portalında qeydiyyatdan keçib, özü haqqında məlumatı daxil etdikdən sonra CV-lərini yerləşdirir və mövcud vakansiyalara müraciət edə bilir. İşə qəbul olan gənclər artıq “ASAN kadr” adını daşıyırlar. Bu günə qədər “ASAN kadr” vasitəsilə işlə təmin olunan “ASAN könüllüləri”nin sayı 3000-ə yaxındır.

“ASAN könüllülük” fəaliyyətində iştirak edib məzun olmuş könüllüləri özündə birləşdirən “ASAN könüllüləri” təşkilatı artıq 8 ildir ki, fəaliyyət göstərir. Təşkilatın fəaliyyətinin əsas məqsədi gənclərin inkişafına şərait yaratmaqla dövlətin dayanıqlı inkişafında çalışan gənclər qrupu formalaşdırmaq, könüllülərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün imkanlar yaratmaq, gənclərin təşəbbüslərini bütün sahələrdə stimullaşdırmaq, ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasına dəstək olmaqdır.

“ASAN könüllüləri” təşkilatı artıq 29.000-dən çox üzvü özündə birləşdirir. Təsis edildiyi gündən etibarən “ASAN könüllüləri” təşkilatı vətənpərvərlik, təhsil, ekologiya, sosial, səhiyyə, mədəniyyət, eləcə də fərdi inkişaf sahələri üzrə 750-dən çox layihə və 5000-dən çox təlim və seminar həyata keçirərək 100.000-dən artıq gənci əhatə edib.

 

“Könüllü DOST” - operativ, səmimi və qayğıkeş

 

Azərbaycanda son illərdə sosial-iqtisadi sahədə mühüm islahatlar həyata keçirilməkdədir. Bu, ilk növbədə, əhalinin rifah halının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğuna yönəlib. Üç ilə yaxındır fəaliyyət göstərən “DOST” Agentliyi də ölkədə aparılan genişmiqyaslı iqtisadi-sosial islahatların tərkib hissəsidir.

2019-cu ilin may ayından bəri Bakıda və Abşeron rayonunda 5 “DOST” mərkəzi yaradılıb və “DOST” mərkəzlərinə 700 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Bu mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98 faizdir.

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan “DOST” Agentliyinin məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həll yollarının tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan “DOST” layihəsi dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaradıb.

“DOST” mərkəzlərindən xidmətdən məmnunluğun bu qədər yüksək olmasında operativ və şəffaf fəaliyyət göstərən peşəkar, təcrübəli kadrlarla yanaşı, könüllülərin də böyük rolu var.

Könüllülər mərkəzlərdə vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üçün kömək göstərilməsi, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif anket, forma və digər sənədlərin doldurulması, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi işlərini yerinə yetirirlər.

“Könüllü DOST” proqramına indiyədək 50 min nəfərə yaxın şəxs müraciət edib və ötən dövrdə bu proqram üzrə 1685 nəfər könüllü kimi “DOST” mərkəzlərinə cəlb edilib. Proqram fərqli ictimai və yaş təbəqələrini əhatə edən bir neçə altproqramdan ibarətdir: “Gənc DOST”, “Gümüşü DOST”, - “Distant DOST” və “Korporativ DOST”.

 “Gənc DOST” altproqramı 16-29 yaş aralığında olan gənclərin, o cümlədən əlilliyi olan şəxslərin vətəndaşlara xidmət sahəsində təcrübə qazanması, ilkin işgüzar vərdişlər əldə etməsi, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarının təməlinin qoyulması məqsədi daşıyır. Könüllülük fəaliyyətinin müddəti iki aydır.

“Gümüşü DOST” altproqramı pensiyaçıların cəmiyyətə reinteqrasiyası, nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtının aktiv təşkili və fəal yaşlanması məqsədi daşıyır.

“Distant DOST” altproqramı təhsil, təlim, tədqiqat, PR, konsaltinq və digər sahələr üzrə verilən tapşırıqların onlayn qaydada könüllülər tərəfindən yerinə yetirilməsi məqsədi daşıyır. Bu altproqram əsasında müvafiq sahələr üzrə peşəkar mütəxəssislər, ictimai xadimlər, habelə əlilliyi olan şəxslər kompüter, planşet və ya smartfondan istifadə etməklə ofis və ya evlərində könüllü kimi fəaliyyət göstərmək imkanına malik olurlar.

“Korporativ DOST” altproqramı cəmiyyətdə ictimai-sosial məsuliyyət hissinin artırılması, müxtəlif təşkilatların korporativ sosial məsuliyyətlilik proqramlarının daha effektiv formada təşkili və sosial sahədəki təşəbbüslərin qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində ehtiyac olan sahələr üzrə istiqamətləndirilməsi məqsədi daşıyır.

Böyük əksəriyyəti gənclər və tələbələr olan könüllülər gündəlik olaraq 3 saat fəaliyyət göstərirlər. İki ayın yekununda onlar məzun olurlar və daha sonra mərkəzə yeni könüllülərin seçimi başlayır.

Ümumiyyətlə, “Könüllü DOST” proqramının gənclər üçün əhəmiyyəti işgüzar vərdişlər əldə etmək, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalıdır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir. Hazırda “DOST” mərkəzlərində fəaliyyət göstərən könüllülərin əksəriyyəti ali məktəb tələbələridir. Onların əksəriyyəti sosial işçi ixtisası üzrə təhsil alırlar. Könüllülük fəaliyyətləri isə əldə etdikləri biliklərin təcrübədə tətbiq etmələrinə imkan yaradır. “Könüllü DOST”un ümumilikdə 1479 nəfər məzunu var. Onların hər biri “DOST”a töhfə vermiş gənclərdir.

 

Vətən müharibəsində gənclərin qəhrəmanlığı könüllülüyün dəyərini daha da yüksəldib

 

Göründüyü kimi, Azərbaycanda formalaşmış könüllülük hərəkatı ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu xeyriyyə təşəbbüsü davam etməkdədir. Çox yaxşı haldır ki, ölkəmizdə könüllülüyün təbliği üzrə kifayət qədər uğurlu işlər görülür, dövlət qurumları, özəl sektor və müxtəlif təşkilatlar bu fəaliyyətin təbliği istiqamətində bir sıra layihələr həyata keçirirlər.

Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi də dövlətin gənclərə verdiyi yüksək dəyərin ali mükafatıdır. Onu da vurğulamalıyıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azad edilməsində könüllü iştirak edən, öz qəlbinin səsi, ürəyinin hökmü ilə müqəddəs haqq savaşına qalxan əsgərlərimizin göstərdiyi qəhrəmanlıq və rəşadət nümunəsi könüllülüyün dəyərini daha da yüksəltdi. Çünki böyük Zəfərin qazanılmasında qalib Azərbaycan gəncinin çox böyük və əvəzedilməz payı oldu. 

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə əsas verir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!