19 Noyabr 2025 02:16
1489
Mədəniyyət
A- A+
Akademik Musiqili Teatrda “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub

Akademik Musiqili Teatrda “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub



Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər


Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak edib, tamaşanı izləyiblər.

AZƏRTAC xəbər verir ki, “Gülçöhrə və Əsgər” ikihissəli musiqili dramı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin davamıdır.

Yeni səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev jurnalistlərə açıqlamasında tamaşaya fərqli yanaşma olunduğunu diqqətə çatdırıb. “Bu əsər “Arşın mal alan”dan fərqli olaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçını daim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərli təcrübə oldu”, - deyə bəstəkar əlavə edib.

Həm “Arşın mal alan”, həm də “Gülçöhrə və Əsgər” tamaşalarında Əsgər obrazının ifaçısı, Prezident mükafatçısı Səmədzadə Xasiyev vurğulayıb ki, rolların ikisi də xarakterikdir. Yaradıcı heyətin tamaşa üzərində uzun müddət çalışdığını bildirən aktyor deyib: “Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeni əsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanları yaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcı baxımdan dəyərlidir. Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir”.

İkihissəli musiqili dramda Telli obrazını canlandıran Elnarə Nağdəliyeva qeyd edib ki, o, mərhəmətli və şən qadındır. “Obrazın daxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım. Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütün gərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını və bəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isə Fransaya qədər uzanan çətin yola çıxır”, - deyə aktrisa əlavə edib.

“Gülçöhrə və Əsgər”in tamaşaçısı, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə səhnə əsərindən təsirləndiyini deyib: “Tamaşa Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən siyasi və ictimai hadisələri, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələrini incə ustalıqla əks etdirib. Gülçöhrə və Əsgərin mürəkkəb taleyi tamaşada yüksək sənətkarlıqla təqdim olunur və izləyicidə güclü emosional təəssürat yaradır”.

Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərov, dirijoru Fəxrəddin Atayev, baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanovdur.

Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İlqar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Atilla Məmmədov, aktyorlar Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Nicat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərenerji"də Energetiklər Günü qeyd olunub

10:30
22 Oktyabr

Ölüm hökmündən xilas olsa da, ölümün pəncəsindən qurtula bilmədi

10:25
22 Oktyabr

Sürgündən Vətənə sanki ölmək üçün dönmüşdü 

10:20
22 Oktyabr

Qırmızı terrorun hədəfi - Azərbaycanın hərbi elitası

10:15
22 Oktyabr

Qədim Şabranın yeni turizm marşrutları

10:10
22 Oktyabr

Dövlətə sədaqətin ifadəsi

10:05
22 Oktyabr

Bəşəriyyətin qənimi - müharibələr

10:00
22 Oktyabr

ARDNF 9 ayın hesabatını açıqlayıb 

09:50
22 Oktyabr

Bakıda XII Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb

09:40
22 Oktyabr

Onun tədqiqatları hərb və kosmosdan tutmuş neft-qaz kimya sənayesi sahəsinədək əhatə edir

09:30
22 Oktyabr

Alim və müəllim ömrünün sönməyən ziyası

09:20
22 Oktyabr

ZƏFƏR gündəliyi    

09:10
22 Oktyabr

Yarımçıq qalan arzular... 

09:00
22 Oktyabr

Özü görməsə də, arzusu çin oldu

08:50
22 Oktyabr

Avropa İttifaqı xarici sərhədlər üçün yeni plan hazırlayır

08:40
22 Oktyabr

Əsas vəzifə yeni enerji marşrutunun iqtisadi cəhətdən səmərəli fəaliyyətini təmin etməkdir

08:30
22 Oktyabr

ABŞ-də faiz xərci 1 trilyon dolları keçdi

08:20
22 Oktyabr

Sülh sazişinin imzalanmasını uzatmaqla Paşinyan siyasi dividend qazanmağa çalışır 

08:10
22 Oktyabr

GÜLƏN GÜNÜN AĞRILI XATİRƏLƏRİ

08:00
22 Oktyabr

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

02:24
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə

02:23
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!