22 Oktyabr 2026 10:05
198
CƏMİYYƏT
A- A+
Dövlətə sədaqətin ifadəsi

Dövlətə sədaqətin ifadəsi


Tərtərdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ziyalıları iştirak ediblər. 

Çıxış edən M.Məmmədov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir dövlətçilik tarixində və siyasi sistemində tamamilə yeni bir mərhələnin başlanğıcını qoydu: "Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra keçirilən bu qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərlərin məntiqi davamı və gələcək inkişafımızın strateji xəritəsidir. Dövlət başçısı qurultaydakı dərinməzmunlu nitqində yalnız partiyamızın təşkilati və ideoloji fəaliyyət istiqamətlərini deyil, bütövlükdə dövlətimizin milli təhlükəsizlik, ideoloji müdafiə, xarici siyasət və regional inkişaf prioritetlərini aydın şəkildə bəyan etdi. Qurultayda vurğulandığı kimi, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşmış, Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi qüvvəsi kimi ölkəmizdəki bütün nəhəng quruculuq işlərinin önündə gedir. YAP ümumxalq partiyasıdır. Bizim partiyamız ölkəmizdə gedən bütün müsbət proseslərin mərkəzində durur, onların təşəbbüskarı və icraçısıdır".

Natiq daha sonra vurğulayıb ki, qələbəni, suverenliyimizi qorumaq, hərbi qüdrətimizi artırmaq, ideoloji təxribatların vaxtında qarşısını almaq,  davamlı sülhə nail olmaq, azad Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirmək, güclü iqtisadiyyat yaratmaq, insan kapitalını inkişaf etdirmək, sosial ədaləti və vətəndaş rifahını daha da yüksəltmək, gənclərimizin gələcəyinə yeni imkanlar açmaq - bütün bunlar qarşıdakı dövrün mühüm prioritetləridir. Prezidentin irəli sürdüyü birinci vəzifə - "Biz güclü olmalıyıq" tezisidir.       

"Əldə olunmuş tarixi zəfərlər və qazanılmış uğurlar bizdə arxayınlıq yaratmamalıdır", - deyən M.Məmmədov bildirib ki, qarşıda duran yeni dövrdə daha böyük hədəflərə doğru irəliləməliyik. Prezidentin nitqində səslənən bu fikri hər birimiz fəaliyyət proqramımızın ana xətti hesab etməliyik: "Biz heç vaxt əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Həmişə irəliyə baxmalıyıq, gələcəyi düşünməliyik, ölkəmizin dayanıqlı inkişafını təmin etməliyik".

Müşavirədə Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi, dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Faiq Məmmədov Prezidentin nitqindən  "Ağsaqqallar gənclərə nümunə olmalı, milli-mənəvi dəyərlərin qorunması və təbliği işində fəal iştirak etməlidirlər" sözlərini xatırladaraq bildirib: "İdeoloji mübarizədə, quruculuq işlərində biz daim Prezidentin yanındayıq və əlimizdən gələni edəcəyik ki, Azərbaycana qarşı təxribat törətmək istəyənlər özləri peşman olsunlar".

Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva isə çıxışında pedaqoq, məktəb direktoru kimi günümüzün ən mühüm vəzifələrindən biri olan ideoloji təhlükəsizliyimizin təmin edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasından söz açıb: "Çağdaş dünyada müharibələr yalnız səngərlərdə getmir. Bu gün informasiya məkanında, süni intellekt və kiberməkanda ölkəmizə, milli dəyərlərimizə qarşı yönələn təxribatlar az deyildir. Biz təhsil işçiləri, müəllimlər olaraq şagirdlərimizi, gənclərimizi savadlı, bilikli etməklə yanaşı, onları yad ideologiyalardan qorumalıyıq".


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub  

10:53
22 Oktyabr

Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub

10:52
22 Oktyabr

"Azərenerji"də Energetiklər Günü qeyd olunub

10:30
22 Oktyabr

Ölüm hökmündən xilas olsa da, ölümün pəncəsindən qurtula bilmədi

10:25
22 Oktyabr

Sürgündən Vətənə sanki ölmək üçün dönmüşdü 

10:20
22 Oktyabr

Qırmızı terrorun hədəfi - Azərbaycanın hərbi elitası

10:15
22 Oktyabr

Qədim Şabranın yeni turizm marşrutları

10:10
22 Oktyabr

Dövlətə sədaqətin ifadəsi

10:05
22 Oktyabr

Bəşəriyyətin qənimi - müharibələr

10:00
22 Oktyabr

ARDNF 9 ayın hesabatını açıqlayıb 

09:50
22 Oktyabr

Bakıda XII Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb

09:40
22 Oktyabr

Onun tədqiqatları hərb və kosmosdan tutmuş neft-qaz kimya sənayesi sahəsinədək əhatə edir

09:30
22 Oktyabr

Alim və müəllim ömrünün sönməyən ziyası

09:20
22 Oktyabr

ZƏFƏR gündəliyi    

09:10
22 Oktyabr

Yarımçıq qalan arzular... 

09:00
22 Oktyabr

Özü görməsə də, arzusu çin oldu

08:50
22 Oktyabr

Avropa İttifaqı xarici sərhədlər üçün yeni plan hazırlayır

08:40
22 Oktyabr

Əsas vəzifə yeni enerji marşrutunun iqtisadi cəhətdən səmərəli fəaliyyətini təmin etməkdir

08:30
22 Oktyabr

ABŞ-də faiz xərci 1 trilyon dolları keçdi

08:20
22 Oktyabr

Sülh sazişinin imzalanmasını uzatmaqla Paşinyan siyasi dividend qazanmağa çalışır 

08:10
22 Oktyabr

GÜLƏN GÜNÜN AĞRILI XATİRƏLƏRİ

08:00
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!