22 Oktyabr 2026 08:50
191
CƏMİYYƏT
A- A+
Özü görməsə də, arzusu çin oldu

Özü görməsə də, arzusu çin oldu


İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş oğullarımızdan olan gənc zabit Əliqismət Yaqublu 1992-ci il aprelin 18-də Lerikin Kələxan kəndində dünyaya gəlib. 2007-ci ildə 8-ci sinfi bitirəndən sonra  arzusuna qovuşmaq üçün Bakıya üz tutub, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 

İlk günlərdən hərbi biliklərə dərindən yiyələnməyə başlayıb. Keçirilən təlim-məşqlərdə fəal iştirak edib. Üçillik təhsilini yüksək göstəricilərlə başa vuran Əliqismət 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. 4 il də bu hərbi təhsil ocağında oxuyub, tərcübə və peşəkarlığını artırıb. 2014-cü ildə ali hərbi məktəbi uğurla başa vuraraq leytenant rütbəsi alıb. Bir il Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit hazırlığı kursunda təhsilini davam etdirib. 2015-ci ildə taqım komandiri kimi "N" saylı hərbi hissəsində xidmətə başlayıb. 

Həmişə özünü döyüş meydanlarında görmək istəyən gənc zabit raportla komandirə müraciət edərək düşmənlə üzbəüz olan hərbi hissədə xidmət etmək istədiyini bildirib. Çox keçməyib ki, onun istəyi yerinə yetirilib. Əliqismət 2016-cı ildə başlayan Aprel döyüşlərində iştirak edib. Dörd gün silahı yerə qoymadan ermənilərə qarşı vuruşub, qəhrəmanlıq göstərib. 

İkinci Qarabağ müharibəsi başlayanda Əliqismət Yaqublu döyüş təcrübəsi yüksək olan zabit kimi əməliyyatlara göndərilib. Onun döyüş yolu Murovdağ istiqamətindən başlayıb. Sərt qayaları, keçilməz sıldırımları kəndirlə dırmaşaraq gözlənilməyən istiqamətlərdən işğalçı qüvvələrin üzərinə atılıb. Azərbaycan Ordusunun güclü hücumları qarşısında dayana bilməyən düşmənlər geri çəkilməyə məcbur olublar.

Bir müddət Murovdağ istiqamətində vuruşduqdan, uğurlu əməliyyatlar həyata keçirdikdən sonra onları gərgin döyüşlərin getdiyi Füzuli istiqamətinə göndərirlər. Təyin olunan məntəqəyə çatan kimi onlar döyüşlərə atılırlar. Murovdağdakı kimi Əliqismət burada da cəsarətlə vuruşur, zabit kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlir. İllərdən bəri Füzuli istiqamətində möhkəmlənmiş erməni qəsbkarları addım-addım geri sıxışdırılır. Yalnız bu bölgədə deyil, bütün istiqamətlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun bölmələri tərəfindən məğlubiyyətə uğradılır. 

Çox keçmir ki, Əliqismət Yaqublunun xidmət etdiyi bölüyü Cəbrayıl istiqamətinə göndərirlər. Bir müddətdən sonra isə onlar Zəngilanın azadlığı uğrunda vuruşurlar. Zəngilan da işğalçılardan təmizləndikdən sonra Əliqismətgil döyüşlərini Qubadlı istiqamətində davam etdirirlər. Qarşıda isə cəsur hərbçilərimizi Laçın rayonu gözləyirdi. Baş leytenant Əliqismət Yaqublunun döyüşdüyü bölüklər uğurlu əməliyyatlardan sonra Laçının bir neçə kəndini də işğalçılardan azad edirlər. Getdikcə zəifləyən, qüvvəsi tükənən düşmən addım-addım geri çəkilir. 

Noyabr ayının ilk günləri idi. Artıq Şuşanın erməni işğalçılarından azad olunması uğrunda döyüşlərə ciddi hazırlıq gedirdi. Şuşanın azadlığı naminə vuruşmaq Əliqismət Yaqublunun çoxdankı arzusu idi. İndi budur, artıq arzusuna çatmışdı.

Noyabrın 5-də artıq döyüşlər Şuşanın yaxınlığındakı Daşaltı kəndinə gəlib çatır. Gənc zabit bu kəndin adını əvvəllər çox eşitmişdi. Birinci Qarabağ müharibəsində də bu yaşayış məntəqəsi uğrunda qanlı döyüşlərin getdiyini bilirdi. 28 ildən sonra yenə də Daşaltı kəndi uğrunda gərgin əməliyyatlar alovlanmışdı. Daim ön sıralarda vuruşan Əliqismət qəhrəmanlıq, fədakarlıq göstərirdi. Təəssüf ki, Əliqismət Yaqublu elə həmin əməliyyatda, 5 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olur. 

Şəhadətindən əvvəl atasına etdiyi vəsiyyətə uyğun olaraq Azərbaycan bayrağına bürünmüş cənazəsi Lerikə gətirilir. Yaxınlarının, doğmalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Kələxan kəndindəki qəbiristanlıqda, babasının məzarı yanında torpağa tapşırılır. 

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəxsi heyətə yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində böyük fədakarlıq göstərmiş, vəzifə borcunu ləqayət və vicdanla yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı zabiti, baş leytenant Əliqismət Mükafat oğlu Yaqublu Prezident İlham Əliyevin  sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeninə və "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" medallarına layiq görülür. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda XII Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb

09:40
22 Oktyabr

Onun tədqiqatları hərb və kosmosdan tutmuş neft-qaz kimya sənayesi sahəsinədək əhatə edir

09:30
22 Oktyabr

Alim və müəllim ömrünün sönməyən ziyası

09:20
22 Oktyabr

ZƏFƏR gündəliyi    

09:10
22 Oktyabr

Yarımçıq qalan arzular... 

09:00
22 Oktyabr

Özü görməsə də, arzusu çin oldu

08:50
22 Oktyabr

Avropa İttifaqı xarici sərhədlər üçün yeni plan hazırlayır

08:40
22 Oktyabr

Əsas vəzifə yeni enerji marşrutunun iqtisadi cəhətdən səmərəli fəaliyyətini təmin etməkdir

08:30
22 Oktyabr

ABŞ-də faiz xərci 1 trilyon dolları keçdi

08:20
22 Oktyabr

Sülh sazişinin imzalanmasını uzatmaqla Paşinyan siyasi dividend qazanmağa çalışır 

08:10
22 Oktyabr

GÜLƏN GÜNÜN AĞRILI XATİRƏLƏRİ

08:00
22 Oktyabr

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

02:24
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə

02:23
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi barədə

02:22
22 Oktyabr

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması haqqında

02:22
22 Oktyabr

Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub  

23:08
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub YENİLƏNİB

22:27
21 Oktyabr

Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb  

21:51
21 Oktyabr

Rusiya noyabrda Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb  

21:01
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub  

20:52
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!