22 Noyabr 2023 09:50
697
SİYASƏT
A- A+
Ağ Ev üçün qanlı münaqişələr gələcəyə sərmayədir

Ağ Ev üçün qanlı münaqişələr gələcəyə sərmayədir

 

ABŞ təhlükəli oyunlar qurmaqdan çəkinmir

 

"Bu gün Amerika Birləşmiş Ştatlarının aşkar anti-Azərbaycan mövqeyi sərgiləməsinin başlıca səbəbi Ermənistanı özünün məkrli geosiyasi ambisiyalarının həyata keçirilməsi istiqamətində alət rolunda görməsidir. Ermənistan da məmnuniyyətlə özünü belə bir alət roluna təqdim edir. Bunun müqabilində isə o, ABŞ və ona bənzər ölkələrin Ermənistanın törətmiş olduğu cinayətlərə göz yummasını istəyir. Bu da təbii ki, Cənubi Qafqaz regionu üçün olduqca təhlükəlidir".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, ABŞ bu və ya digər coğrafiyalarda həmin xalqların taleyini nəzərə almadan təhlükəli oyunlar qurmaqdan çəkinmir. ABŞ müxtəlif regionlarda çox sayda dinc insanların həyatını itirməsi ilə nəticələnən təhlükəli proseslərin əsas müəlliflərindən biridir. Bir müddət öncə ABŞ Prezidenti Co Bayden çəkinmədən açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatlarının Yaxın Şərqdə baş verən proseslərə müdaxilə etməsi, daha doğrusu, ora birbaşa yardım göstərməsi, eyni zamanda Ukraynaya dəstək olması bu ölkənin gələcəyi üçün yaxşı sərmayədir. Yəni bu dövlət ayrı-ayrı ölkələrdə qanlı münaqişələrin baş verməsini və daha da alovlandırılmasını ABŞ-nin gələcəyi üçün sərmayə hesab edir və bu cür təhlükəli yanaşma təkcə dünyanın ayrı-ayrı coğrafiyaları üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik üçün çox böyük təhdid yaradır. 
E.Mirbəşiroğlu hesab edir ki, Cənubi Qafqaz dövlətləri ABŞ-nin bu regionla bağlı ermənilərdən istifadə edərək məkrli planlarının həyata keçirilməsinin qarşısını almalıdır: "Bunun üçün səylər birləşdirilməlidir. ABŞ Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu bütün qanlı cinayətlərə göz yummaq müqabilində onu regionda həyata keçirmək istədiyi və yaxud hazırda həyata keçirdiyi geosiyasi mübarizənin alətinə çevirmək istəyir. Bu da region üçün çox təhlükəlidir. Yəni Ermənistanın Azərbaycana qarşı aşkar ərazi iddiaları mövcuddur. Biz öz torpaqlarımızı işğaldan azad etsək də, Ermənistan rəsmi olaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyini bildirməyib. Belə olan halda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarında da Ağ Ev onu dəstəkləyə biləcəyini nümayiş etdirməkdədir". 
Deputat qeyd edib ki, başlıca motiv Ermənistan üzərindən Rusiyaya qarşı yeni bir plasdarm qurulması və bu zaman Ermənistanın xəstə, təhlükəli istəklərinin ABŞ tərəfindən dəstəklənməsidir. 1992-ci ildə ABŞ Azərbaycan ərazilərini ardıcıl işğal edən və xalqımıza qarşı qanlı soyqırım cinayətləri törədən Ermənistana qarşı deyil, bu cinayətlərin obyekti olan Azərbaycan əleyhinə ədalətsiz 907-ci əlavəni qəbul etdi. Bununla ABŞ təcavüzkar Ermənistana aşkar və çox ciddi mənəvi siyasi dəstək nümayiş etdirərək onu növbəti cinayətlərə də həvəsləndirmiş oldu. Həmin  bədnam 907-ci düzəlişin hüquqi qüvvəsinin təmin olunması ABŞ-nin nə dərəcədə təhlükəli mövqeyə və baxışlara sahib olduğunu növbəti dəfə nümayiş etdirir. 
Deputat vurğulayıb ki, ABŞ qlobal sülhün təmin olunmamasına görə deyil, əslində, beynəlxalq sülhün əldə edilməsi imkanlarının yaranmasına görə hər zaman narahat olur. ABŞ-nin başlıca strategiyası ondan ibarətdir ki, dünyanın ayrı-ayrı regionlarında daim qanlı silahlı qarşıdurmalar olsun, o da bu münaqişələr üzərindən bu və ya digər regionlara nəzarət etmək imkanları qazansın, silah satsın, varlansın və siyasi ambisiyalarını həyata keçirsin. 
2001-ci ildə ABŞ-nin beynəlxalq terrorizmə qarşı mübarizə adı altında Əfqanıstana hərbi müdaxilə etdiyini xatırladan deputat bildirib ki, o əraziləri işğal etdikdən sonra hərbi müdaxiləsi dövründə Əfqanıstan, Pakistan sərhədlərində yaşayan mülki əhali də daxil olmaqla 240 mindən yuxarı insan həyatını itirib. "Bundan başqa, ABŞ-nin 2003-cü ildə İraqa hərbi müdaxiləsi nəticəsində 128 min dinc insan, 2003-cü ilin yaz aylarında Bağdadın bombalanması nəticəsində 40 mindən yuxarı şəhər sakini həyatını itirdi. Belə olan halda ABŞ-nin guya beynəlxalq sülh carçısı, yaxud bəşəri dəyərlərin dəstəkləyicisi olduğunu nümayiş etdirməsi ironiya doğurmaqdadır. Bugünkü proseslər, demək olar ki, Ağ Evi çox narahat edir. Yəni bu gün dünya ABŞ-nin rəhbərliyi altında təkqütblü dünya sistemindən birdəfəlik imtina etmək iradəsini nümayiş etdirməkdədir. Dünyanın yeni güc mərkəzləri var və onlar  qlobal proseslərə real təsir etmək imkanları yaratmaqdadır. Bu mənada Rusiyanı, Çini, Hindistanı, Türkiyəni və başqa ölkələri qeyd etmək olar", - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, ayrı-ayrı güc mərkəzlərinin təsir imkanlarının olduğu çoxqütblü dünya sisteminin formalaşması qlobal təhlükəsizliyin real qarantı rolunda çıxış edəcək. Bu, ABŞ-ni çox narahat edir və ona görə də sürətlə itirməkdə olduğu mövqelərini bərpa etmək və ya qorumaq üçün ən qatı cinayətlərdən belə çəkinmir. Yəni Ermənistan kimi təcavüzkar, işğalçı bir dövlətə dəstəyin olması o cinayətlərə elə şərik olmaq deməkdir.
Deputat hesab edir ki, ABŞ-nin Cənubi Qafqaz regionu ilə bağlı baxışları bu regionda Rusiyaya qarşı yeni bir cəbhə açılmasıdır: "ABŞ, həmçinin Ermənistandan alət kimi istifadə etmək perspektivlərini görməkdə və bundan istifadə etməkdədir. Bunun müqabilində isə regionda hər zaman gərginlik və münaqişələr yaradan Ermənistanın xəstə istəklərinə dəstək verməyi planlaşdırır. Bu da olduqca təhlükəlidir. Hesab edirəm ki, region ölkələri buna qarşı birgə mübarizə aparmalıdırlar".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!