07 Yanvar 2026 13:15
309
SİYASƏT
A- A+
907-ci düzəlişin ləğvi regionda iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır  

907-ci düzəlişin ləğvi regionda iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır  


Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sisteminin real mənzərəsini açıq şəkildə ortaya qoyur. Dövlətimizin başçısının açıqlamaları Azərbaycanın xarici siyasətinin milli maraqlara, strateji məqsədlərə və uzunmüddətli perspektivə söykəndiyini nümayiş etdirir. 

Milli Məclisin deputatı Səbinə Salmanova qəzetimizə açıqlamasında bildirib ki, beynəlxalq münasibətlərdə realist yanaşma, milli maraqların qorunması və strateji əməkdaşlıq Azərbaycanın uğurlu siyasətinin təməlini təşkil edir: “Bildiyiniz kimi, bugünkü dünyada beynəlxalq hüquq anlayışı faktiki olaraq işləmir. Biz bunun Vətən müharibəsi zamanı və ondan əvvəlki dövrlərdə də dəfələrlə şahidi olmuşduq.  Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq qeyd etdi ki, “reallığı hər kəs qəbul etməlidir. Bu gün beynəlxalq münasibətlərdə əsas meyar güc balansı, əməkdaşlıq, müttəfiqlik münasibətləri və qarşılıqlı dəstəkdir”. Dövlət başçısının bu açıqlamaları Azərbaycanın xarici siyasətinin realist və praqmatik əsaslar üzərində qurulduğunu bir daha təsdiqləyir”.

S.Salmanova qeyd edib ki, uzun illərdir beynəlxalq hüququn norma və prinsiplərinə selektiv yanaşma, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd münasibət və ikili standartlar dünya siyasətinin acı reallıqlarından biri kimi özünü göstərir. Xüsusilə də Azərbaycanla bağlı məsələdə ədalətsiz yanaşma açıq şəkildə müşahidə olunurdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması açıq şəkildə tələb edilsə də, bu sənədlər 27 il ərzində kağız üzərində qaldı. “Beynəlxalq hüququn əsas prinsipləri – dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı faktiki olaraq tapdalanırdı. Təəssüf ki, bu müddət ərzində beynəlxalq təşkilatlar real təsir mexanizmlərini işə salmaq əvəzinə status-kvonun qorunmasına üstünlük verirdilər. Bu reallıq 2020-ci ilin payızında, Vətən müharibəsi zamanı bütün çılpaqlığı ilə üzə çıxdı. Azərbaycan dövləti 30 ilə yaxın dövrdə səbirlə və ardıcıl şəkildə apardığı diplomatik səylərin nəticə vermədiyini, Ermənistanın ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı genişmiqyaslı təxribata əl atdığını gördükdə beynəlxalq hüququn ona verdiyi legitim özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldı. BMT Nizamnaməsinin 51-ci maddəsi hər bir dövlətə özünü müdafiə etmək hüququ tanıyır və Azərbaycan bu hüququndan tam əsaslı şəkildə istifadə etdi. Vətən müharibəsi göstərdi ki, beynəlxalq hüquq yalnız sənədlərdə deyil, eyni zamanda, siyasi iradə və güclü dövlətçilik mövqeyi ilə də qorunur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və xalq-ordu-lider birliyi sayəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan nəinki öz torpaqlarını azad etdi, eyni zamanda, beynəlxalq hüququn illərlə icra olunmayan norma və prinsiplərini faktiki olaraq reallaşdırdı”, - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, artıq bütün dünya Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəri qəbul edir və ölkəmizin haqlı mövqeyini aydın şəkildə görür:

Deputat vurğulayıb ki, Azərbaycan bu mərhələyə təsadüfən gəlib çıxmayıb. Bu, illər ərzində aparılan məqsədyönlü siyasətin, güclü dövlət quruculuğunun, balanslaşdırılmış və praqmatik xarici siyasətin, eyni zamanda, qətiyyətli liderliyin məntiqi nəticəsidir. Ermənistan-Azərbaycan münaqişəsinin “həlli’ üçün mandat almış ATƏT-in Minsk qrupu da artıq tarix səhnəsindən silinib. Uzun illər fəaliyyətsizliyi, qərəzli mövqeyi və status-kvonun saxlanmasına xidmət edən fəaliyyəti ilə yadda qalan bu mexanizm bu gün öz aktuallığını tamamilə itirib. Xüsusilə vurğulamaq lazımdır ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş və imzalanmış Birgə Bəyannamə ölkəmizin yaratdığı yeni reallıqların beynəlxalq müstəvidə qəbulunun növbəti təsdiqi oldu. Həmin sənədin imzalanması, həmçinin Qarabağ mövzusunun artıq beynəlxalq gündəlikdən tamamilə silindiyini açıq şəkildə nümayiş etdirir.

S.Salmanova deyib ki, hazırda Azərbaycan ilə ABŞ arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib: “ABŞ Konqresi tərəfindən uzun illər qüvvədə saxlanılan və artıq praktiki olaraq məntiqini itirmiş 907-ci düzəlişin yaxın perspektivdə aradan qaldırılması gözlənilir. Bu addım iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi, regionda iqtisadi və ticari əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ərazisindən Ermənistana müxtəlif yüklər daşınır, ölkəmizin neft məhsulları Ermənistan bazarına ixrac olunur. Bu faktlar bir daha sübut edir ki, 907-ci düzəlişin əsaslandırıldığı blokada anlayışı artıq mövcud deyil və həmin məhdudiyyətlər faktiki olaraq aradan qalxıb. İnanıram ki, tezliklə Konqresdə 907-ci düzəlişin ləğvi ilə bağlı qərarın qəbul olunması Azərbaycan-ABŞ münasibətlərinin daha da genişlənməsinə, regionda iqtisadi əməkdaşlığın güclənməsinə real imkanlar yaradacaq. Bu isə eyni zamanda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, strateji tərəfdaşlarla əlaqələrin dərinləşməsinə və Cənubi Qafqazda dayanıqlı sülh və inkişaf üçün yeni perspektivlərin formalaşmasına xidmət edəcək”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək  

15:18
08 Yanvar

Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-3 

15:17
08 Yanvar

SOCAR ilə “TotalEnergies” “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib  

15:13
08 Yanvar

Türkiyəli mütəxəssis: Müşahidə olunan temperatur dəyişiklikləri Xəzər dənizi hövzəsinin sürətlə istiləşdiyini göstərir  

14:45
08 Yanvar

Moldova xəbər portalı: Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqildir  

14:36
08 Yanvar

İnfeksionist: Epidemioloji durum nəzarət altındadır, əlavə tədbirlərə ehtiyac duyulmur  

14:35
08 Yanvar

Sabah bəzi rayonlarda hava fasilələrlə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

14:35
08 Yanvar

Abid Malik: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası “ACWA Power” üçün Azərbaycanda uzunmüddətli strateji əməkdaşlığın başlanğıcıdır  

14:11
08 Yanvar

FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək  

14:01
08 Yanvar

Kirayə mənzil fonduna daha 222 mənzil əlavə olunub

13:47
08 Yanvar

Türk professor: Azərbaycan regionun gələcəyini formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir  

13:41
08 Yanvar

Rəqəmsallaşma əmək bazarında hansı dəyişiklikləri yaradır?  

13:27
08 Yanvar

AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb  

13:23
08 Yanvar

Qırğızıstanlı analitik : Mərkəzi Asiya-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyə xidmət edir  

13:13
08 Yanvar

Fransada etiraz edən fermerlər traktorları Parisin mərkəzinə sürüblər  

13:08
08 Yanvar

Azərbaycanda ilk dəfə keçirilən dağ xizəyi üzrə beynəlxalq turnirin qalibləri mükafatlandırılıb  

12:57
08 Yanvar

Media: Donald Tramp gələcəkdə Venesuelaya səfər etmək istəyir  

12:39
08 Yanvar

Media: Avropa İttifaqı Donald Trampla birbaşa qarşıdurmaya hazırlaşır  

12:17
08 Yanvar

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub -YENİLƏNİB

12:15
08 Yanvar

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb  

11:41
08 Yanvar

Təyyar Eyvazov: Hazırda qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır  

11:36
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!