11 Avqust 2026 09:20
230
Mədəniyyət
A- A+
43 ilə sığan böyük ömür

43 ilə sığan böyük ömür


O, Şahtaxtlılar nəslinin ikinci İsa Sultanı idi. Atası Nəcəfqulu ağanın istəyincə ata babasının adını daşıyırdı. Şahtaxtlılar nəslində hərbçilər çox olub. İsa Sultanın adını yaşatdığı babası, atası Nəcəfqulu ağa, əmisi Hacı Vəli ağa, qardaşı Əbülfət ağa da hərbçi idilər. Babası İsa Sultan əvvəl İran ordusunda, sonralar çar Rusiyasında hərbçi olub. Qardaşı Əbülfət ağa Şahtaxtinski isə çar ordusunun polkovniki rütbəsinə yüksəlib, rus-yapon müharibəsində iştirak edib.

Nəcəfqulu ağa Şahtaxtinski ata yurdu Şahtaxtı kəndində doğulub boya-başa çatıb. Çar Rusiyasının hərbçilərindən olub. Şahtaxtıda, Naxçıvan və İrəvan şəhərlərində mülklərin, Naxçıvan mahalının kəndlərində torpaq sahələrinin sahibiydi.  Nəcəfqulu ağa vəzifəsinə görə Naxçıvanda və İrəvanda yaşayıb. Oğlu İsa Sultan da 1851-ci ildə İrəvanda dünyaya gəlib.

Zəngin, ziyalı ailənin övladı kimi həm qayğısını çəkiblər, bolluq, firavanlıq içində böyüdüblər, həm də təhsilə yönəldiblər. İsa Sultan ilk təhsilini evdə alıb. Sonra İrəvan şəhərində kişi gimnaziyasında oxuyub. 14 yaşı olanda atası  Nəcəfqulu ağa onu Tiflisə aparıb. İsa Sultan çar imperiyasının elm mərkəzlərindən sayılan bu şəhərdə gürcü maarifçisi Dmitri Kipianinin pansionunda oxuyub. 1867-ci ildə Tiflisdə yeni açılmış Realnı Gimnaziyaya daxil olub. Araşdırmaçılar bildirirlər ki, İsa Sultan həmin gimnaziyada tələbələr arasında yeganə azərbaycanlı idi. Dərslərinə həvəslə, məsuliyyətlə yanaşması, istedadı onu fərqləndirirdi, müəllimləri onun haqqında yalnız xoş sözlər söyləyirdilər.

Tiflis Realnı Gimnaziyasını 1871-ci ildə bitirdikdən sonra Peterburqa gedən İsa Sultan Əkinçilik İnstitutunda təhsilini davam etdirib. Tədqiqatçılar bildirirlər ki, İsa Sultan Şahtaxtinski Peterburqda qafqazlı tələbələrdən ibarət olan "Qafqazlılar dərnəyi"nin fəal üzvü olub. Jandarm İdarəsi dərnəyin fəaliyyətindən çox narahat olduğuna görə çar II Aleksandrı bu barədə məlumatlandırıb. 1874-cü ildə II Aleksandr tapşırıq verib ki, gizli polis tərəfindən İsa Sultan başda olmaqla, dərnəyin bütün üzvlərinə xüsusi nəzarət edilsin.

İ.Şahtaxtinski 1874-cü ildə Peterburqda təhsilini tamamlayır. Oxumaq, öyrənmək marağı onu daha da uzaqlara aparır. Paris, London və Sürix institutlarının azad dinləyicisi olur. Getdiyi ölkələr, aldığı təhsil İsa Sultanın dünyagörüşünü, həyata baxışını formalaşdırır.  Ərəb, fars, rus, alman, fransız, yunan, latın və ingilis dillərini mükəmməl bilməsi onun qarşısında yeni imkanlar açır. 

1876-cı ildə Tiflisə dönür. Düşüncələrini qələmə almaq marağı onu jurnalistikaya gətirir. "Tiflisski vestnik" qəzetində çalışmağa başlayır. 25 yaşlı İsa Sultan yazılarını dərc etdirdiyi bu qəzetə həm də maddi yardım göstərir. Qısa müddətdə o, "Tiflisski vestnik"in ən fəal yazarlarından biri kimi tanınır. Siyasi mövzuda yazan İsa Sultan bir müddət sonra həmin mətbu orqanın  siyasi şöbəsinin müdiri olur. Fəaliyyəti Tiflis Senzura Komitəsinin diqqətindən kənarda qalmır. Nahaq tənqidlərə, hətta təhqirlərə məruz qalması da bu səbəbdən idi.

Təqiblərə rəğmən 1877-ci il martın 11-də "Kavkazski almanax"ın nəşrinə rəsmi icazə ala bilir. İsa Sultan həmin almanaxın təsisçisi, naşiri və redaktoru olur. Yazılarında doğma xalqının mənafeyini müdafiə edən İsa Sultan Şahtaxtinskinin "Kavkazski almanax"da fəaliyyətinə də çar xəfiyyələri ciddi maneələr yaradırlar.

1877-ci ilin aprelində Rusiya-Türkiyə müharibəsi başlayır. Həmin ilin oktyabrında rus ordusu Qarsı işğal edir. Müharibə vaxtı çar Rusiyasının rus və türk dillərini bilən dövlət məmurlarına böyük ehtiyacı yaranır. Həmin vaxt səfərbərliyə alınanlardan biri də İsa Sultan Şahtaxtinski olur. 1877-ci ilin sonlarında o, Qarsa göndərilir. Çar  hökuməti 1878-ci il yanvarın 1-də İsa Sultanı Qars vilayəti rəisi yanında xüsusi tapşırıqlar üzrə məmur vəzifəsinə təyin edir. O, 1879-cu il yanvarın 1-dən etibarən bu sahədə baş məmur təyin olunur. 1879-cu ilin dekabrında Rusiya ilə Osmanlı imperiyası arasında gedən danışıqlarda bəzi məsələləri nizama salmaq üçün İstanbul şəhərində 3 ay ezamiyyətə göndərilir. 1880-ci ildə Ərzuruma gedir. 1883-cü ilin aprelində o, Qars vilayəti hərbi qubernatorunun dəftərxana rəisi təyin edilir. 

Çar imperiyası ilə Osmanlı dövləti arasında münasibətlərin nizama salınmasında göstərdiyi diplomatik fəaliyyətinə görə Türkiyə hökuməti tərəfindən üçüncü dərəcəli "Məcidiyyə" ordeni ilə təltif olunur. Rusiya hökuməti də onu bir çox ordenə layiq görür. İran dövləti isə diplomatik fəaliyyətinə görə, İsa Sultanı "Şiri-Xurşid" ("Şir və Günəş") ordeni ilə mükafatlandırır. 

İsa Sultan Şahtaxtinski təbiətşünas alim idi. Ona çoxsəhifəlik elmi dissertasiyaya görə kənd təsərrüfatı və meşəçilik namizədi elmi dərəcəsi verilmişdi. O, Qarsda da ədəbi, elmi fəaliyyətini davam etdirmiş, orada rus dilində "Qars" qəzetini buraxmışdı.

İsa Sultan Şahtaxtinski 1885-ci ildə Tiflisdə yaşayan və istefada olan kapitan Allahyar Ağalarovun qızı Səkinə xanımla ailə qurmuş, bu evlilikdən 6 qızı dünyaya gəlmişdir. Səkinə xanım Şahtaxtinskaya da Azərbaycanın ziyalı qadınlarından idi. O, yaxın rəfiqəsi Həmidə xanımla birlikdə Tiflisdə Qadın Xeyriyyə Cəmiyyəti yaratmış, müsəlman qadınlarının maariflənməsində fəal iştirak etmişdi.

Qarsın sərt dağ iqlimi səhhətinə mənfi təsir göstərsə də, çar hökuməti onun işdən ayrılıb müalicəyə getməsinə icazə verməyib. Amma ağır xəstə olan İsa Sultanı həyat yoldaşı Səkinə xanım Tiflisə gətirir. Jurnalist, publisist, təbiətşünas alim, ictimai xadim İsa Sultan Şahtaxtinski 1894-cü il oktyabrın 17-də  43 yaşında Tiflisdə vəfat edir. Şəhərin müsəlman qəbiristanlığında torpağa tapşırılır.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” Çempionlar Liqasında cavab oyununa çıxır

10:19
11 Avqust

Paytaxtın bu ərazilərinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

10:18
11 Avqust

Avropa ölkələrində havanın temperaturu yenidən yüksələcək

10:01
11 Avqust

Paytaxtda axşam konsertləri keçirilir

09:40
11 Avqust

BDYPİ yol hərəkəti iştirakçılarını gözlənilən əlverişsiz hava şəraitində diqqətli və məsuliyyətli davranmağa çağırıb

09:32
11 Avqust

Dünya okeanlarında iyul ayının rekord temperaturu qeydə alınıb

09:31
11 Avqust

Süni intellekt dövründə dünyadakı rəqəmsal fərq

09:30
11 Avqust

Kolumbiyaya zəlzələ ilə əlaqədar yardım olunur, ölkədə təhlükəsizliyi təmin etmək üçün tədbirlər görülür – YENİLƏNİB

09:30
11 Avqust

Ukraynaya ballistik raketlərlə zərbələr endirilib, ölənlər və yaralananlar var - YENİLƏNİB

09:26
11 Avqust

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

09:24
11 Avqust

Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır

09:23
11 Avqust

43 ilə sığan böyük ömür

09:20
11 Avqust

Azərbaycan kinosunun fəlsəfi zirvəsi - "Nəsimi"

09:10
11 Avqust

"Azərbaycan-Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir"

09:00
11 Avqust

Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi inteqrasiyanın başlanğıcı

08:50
11 Avqust

Tarixi dönüş nöqtəsi: Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ və Cənubi Qafqazda dayanıqlı sülhün zəfəri

08:40
11 Avqust

Bakının sülh gündəliyinin alternativi yoxdur

08:30
11 Avqust

BP 6 aylıq fəaliyyətinin nəticələrini açıqlayıb

08:20
11 Avqust

ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb

08:10
11 Avqust

Sülh, sabitlik və tərəqqi 

08:00
11 Avqust

Azərbaycan-ABŞ əlaqələrinin bugünkü səviyyəsi 34 illik diplomatik münasibətlərinin tarixində ən yüksək zirvədə qərarlaşmışdır

01:10
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!