06 Avqust 2026 21:40
180
Mədəniyyət
A- A+
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

Xurşidbanu Natəvanın ədəbi irsi və şəxsiyyəti bu gün də aktuallığını qoruyur. O, XIX əsrin ən nüfuzlu şəxsiyyətlərindən biri olmaqla yanaşı, Azərbaycan ədəbi-mədəni mühitinin inkişafında mühüm rol oynayıb. Natəvan "Məclisi-Üns" ədəbi məclisinin yaradıcısı və himayədarı kimi dövrünün tanınmış şairlərini bir araya gətirib. Qarabağ xanlığının varisi olması ona bu istiqamətdə həm maddi, həm də mənəvi dəstək göstərmək imkanı verirdi. Məhz onun təşəbbüsü və himayəsi sayəsində "Məclisi-Üns" XIX əsr Azərbaycan ədəbi mühitinin ən nüfuzlu məclislərindən birinə çevrilmişdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında yazıçı-publisist Mustafa Çəmənli səsləndirib.

O bildirib ki, Natəvan yaradıcılığında əsasən qəzəl janrına üstünlük verib. Onu digər şairlərdən fərqləndirən əsas cəhətlərdən biri ərəb və fars mənşəli sözlərdən imkan daxilində az istifadə etməsi idi. Şairə Azərbaycan türkcəsinin zəngin ifadə imkanlarından məharətlə yararlanaraq qəzəllərini oxucuya daha doğma və anlaşıqlı şəkildə təqdim edə bilib. Onun poeziyasında qadın zərifliyi, incə duyğular və zəngin daxili aləm aydın hiss olunur.

Mustafa Çəmənlinin sözlərinə görə, Natəvan təbiətə, xüsusilə gül və çiçəklərə böyük məhəbbət bəsləyirdi. Bu motivlər onun yaradıcılığında geniş yer tutur. Şairə hiss və düşüncələrini təbiət obrazları vasitəsilə ifadə etməyi bacarırdı. Eyni zamanda, o, rəssamlıqla da məşğul olurdu və bu bədii təfəkkür onun poetik dünyasında da öz əksini tapırdı. Elə buna görə də gül və çiçək obrazları Natəvan poeziyasının aparıcı bədii elementlərindən hesab olunur. Onun müasiri olan bir çox şairlər Natəvana nəzirələr yazmış, ona şeirlər həsr etmişlər.

Müsahib qeyd edib ki, Xurşidbanu Natəvan Azərbaycan tarixində həm də böyük xeyriyyəçi kimi xüsusi ehtiramla xatırlanır. O xatırladıb ki, həmçinin Natəvan şəxsi vəsaiti hesabına Şuşa şəhərinə su xətti çəkdirib. Həmin dövr üçün böyük əhəmiyyət daşıyan bu layihə təkcə şəhərin su təchizatını yaxşılaşdırmaqla kifayətlənməyib. Natəvan suyun uzun müddət sərin və təmiz saxlanılması üçün su anbarları tikdirib, həmçinin şəhər əhalisinin istifadəsi məqsədilə buzxana inşa etdirib. Şuşa sakinləri yay aylarında bu buzxanadan heç bir ödəniş etmədən, ehtiyacları qədər buz götürə bilirdilər.

Mustafa Çəmənlinin fikrincə, bu təşəbbüslər Xurşidbanu Natəvanın xalqına bağlılığını, xeyirxahlığını və ictimai məsuliyyət hissini parlaq şəkildə nümayiş etdirən tarixi nümunələrdəndir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

22:22
06 Avqust

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

22:15
06 Avqust

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

22:08
06 Avqust

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

22:01
06 Avqust

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb

21:54
06 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

21:47
06 Avqust

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

21:40
06 Avqust

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

21:33
06 Avqust

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var

21:26
06 Avqust

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

21:19
06 Avqust

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

21:12
06 Avqust

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

21:05
06 Avqust

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

20:58
06 Avqust

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

20:51
06 Avqust

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

20:37
06 Avqust

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

20:30
06 Avqust

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

20:16
06 Avqust

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

20:09
06 Avqust

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

20:02
06 Avqust

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

19:55
06 Avqust

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

19:48
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!