11 Avqust 2026 09:40
313
CƏMİYYƏT
A- A+
Paytaxtda axşam konsertləri keçirilir

Paytaxtda axşam konsertləri keçirilir


Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. Şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiqi dolu axşamlara evsahibliyi edib.

Konsert proqramları Xətai rayonundakı "Nizami Gəncəvi" parkında, Nərimanov rayonunda "Gənclik" metrostansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında və Nizami rayonundakı Heydər Əliyev və digər parklarda keçirilib.

Sözügedən parklar paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarıdır. Bu ərazilərdə insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları hər yaşdan olan ziyarətçiləri özünə cəlb edir. Gün ərzində uşaqlar bu məkanlarda oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvanına çevrilib.

Peşəkar və gənc ifaçıların bir araya gəldiyi konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.

İfaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla  qarşılanıb. Yay axşamlarına xüsusi rəng qatan bu musiqi proqramlarının repertuarı hər həftə yenilənəcək.

Konsertlərin yay mövsümü boyunca hər şənbə günü davam etdirilməsi nəzərdə tutulub.


T.VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alüminium qiymətləri son 7 həftənin maksimumuna yüksəlib

11:36
11 Avqust

BMT uşaqları və gəncləri onlayn informasiya risklərindən qorumağa çağırır

11:24
11 Avqust

Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb

11:18
11 Avqust

DSMF: Yanvar-iyul aylarında sosial sığorta haqları üzrə daxilolmalar proqnozu üstələyib

11:17
11 Avqust

Birjalarda qızıl və gümüş qiymətləri

11:09
11 Avqust

Rusiyanın Voronej şəhərinə dron hücumu nəticəsində bir nəfər ölüb

10:39
11 Avqust

Azərbaycan nefti 95 dollardan baha satılır

10:32
11 Avqust

Neft qiymətləri bahalaşır

10:23
11 Avqust

“Sabah” Çempionlar Liqasında cavab oyununa çıxır

10:19
11 Avqust

Paytaxtın bu ərazilərinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

10:18
11 Avqust

Avropa ölkələrində havanın temperaturu yenidən yüksələcək

10:01
11 Avqust

Paytaxtda axşam konsertləri keçirilir

09:40
11 Avqust

BDYPİ yol hərəkəti iştirakçılarını gözlənilən əlverişsiz hava şəraitində diqqətli və məsuliyyətli davranmağa çağırıb

09:32
11 Avqust

Dünya okeanlarında iyul ayının rekord temperaturu qeydə alınıb

09:31
11 Avqust

Süni intellekt dövründə dünyadakı rəqəmsal fərq

09:30
11 Avqust

Kolumbiyaya zəlzələ ilə əlaqədar yardım olunur, ölkədə təhlükəsizliyi təmin etmək üçün tədbirlər görülür – YENİLƏNİB

09:30
11 Avqust

Ukraynaya ballistik raketlərlə zərbələr endirilib, ölənlər və yaralananlar var - YENİLƏNİB

09:26
11 Avqust

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

09:24
11 Avqust

Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır

09:23
11 Avqust

43 ilə sığan böyük ömür

09:20
11 Avqust

Azərbaycan kinosunun fəlsəfi zirvəsi - "Nəsimi"

09:10
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!