11 Avqust 2026 09:00
602
SİYASƏT
A- A+
"Azərbaycan-Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir"

"Azərbaycan-Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir"


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov ilə görüşü iki ölkənin ortaq tarixi-mədəni köklər üzərində yüksələn qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdi. 

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri eyni zamanda ölkəmizin türk dünyasının mənəvi birliyinə,  inteqrasiyasına verdiyi önəmin və güclü dəstəyin növbəti vacib təzahürüdür.

Dövlət səfərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirak etməsi də xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycan ilə Qırğızıstanın mədəni-humanitar əməkdaşlığının möhkəmləndirilməsinə, xalqlarımızın qədim ənənələrinin yaşadılmasına  dövlətimizin xüsusi münasibətini əks etdirir".

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay ƏFƏNDİYEVA qəzetimizə açıqlamasında deyib.

Millət vəkili iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanmasının əhəmiyyətindən söz açıb. Dövlətimizin başçısının səfər zamanı mətbuata birgə bəyanatında səsləndirdiyi "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" sözlərini xatırladıb.

Günay Əfəndiyeva səfərin məhsuldar gündəliyini, qarşılıqlı iş birliyinin genişləndirilməsinə dair yekun nəticələrini yüksək dəyərləndirib: "Müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika, maliyyə, rəqəmsal təhlükəsizlik sahələrini əhatə edən çoxsaylı sənədlər mübadilə olundu. Artıq əlaqələrimiz regional səviyyədə inkişaf edəcək". 

Deputat Qırğızıstanın türk dünyasının tarixi-mədəni irsində önəmli yerə sahib olduğunu vurğulayaraq qeyd edib: "Qırğızıstan türk xalqlarının qəhrəmanlıq ruhunu yaşadan "Manas"ın Vətənidir. Böyük yazıçı Çingiz Aytmatovu türk dünyasına və bütün bəşəriyyətə bəxş edən torpaqdır. Qırğızıstanın incisi İssık-Kul əsrlər boyu ümumtürk sivilizasiyasının qədim mərkəzlərindən biri olub". 

Millət vəkili ölkəmizin müstəqillik illərində Qırğızıstanla əlaqələrindən söz açıb. O, Ümumilli Lider Heydər Əliyevin türk dünyasının ortaq gələcəyinə hesablanmış uzaqgörən siyasətini, yüksək fəaliyyətini xatırladaraq bildirib: "Ulu Öndər Heydər Əliyev 1995-ci ildə Bişkekə səfər edərək, "Manas" dastanının minillik yubiley mərasimində iştirak etmişdir. Tədbirdəki çıxışı zamanı Ulu Öndər hərzamankı zəngin, dərin məzmunlu nitqi ilə Azərbaycan-Qırğızıstan dostluğunun tarixi və mənəvi əsaslarına diqqət çəkmişdir".

Son illərdə iki dövlətin mədəni-humanitar əlaqələrinin möhkəmləndirilməsi yönündə əhəmiyyətli addımların atıldığını qeyd edən Günay Əfəndiyeva bildirib: "Ölkələrimizdə ənənəvi şəkildə təşkil olunan qarşılıqlı mədəniyyət günləri Azərbaycan və qırğız xalqları arasında mənəvi bağları daha da gücləndirir. Həmrəyliyimizin ən gözəl nümunələrindən biri Ağdamda Qırğızıstanın dəstəyi ilə məktəbin tikilməsidir. Bakıda Çingiz Aytmatovun abidəsi ucaldılıb, onun adını daşıyan park salınıb. Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkı yaradılıb.

Qırğızıstanda isə gözəl İssık-Kulun sahilində Azərbaycan tərəfindən inşa olunan və zəngin irsimizi əks etdirən "Bakı" hoteli fəaliyyətə başlayıb. Bütün bu təşəbbüslər Azərbaycan və qırğız xalqlarının bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlər ətrafında sıx birləşməsinə imkan yaradır.

Dövlətimizin başçısının Qırğızıstana səfəri zamanı Şuşa ilə Çolpon-Ata şəhərlərinin qardaşlıq münasibətlərinin yaradılmasına diqqət çəkən Günay Əfəndiyeva bildirib: "Çolpon-Ata İssık-Kulun sahilində yerləşir və türk dünyasının ən gözəl şəhərlərindəndir. Mən orada dəfələrlə olmuşam. Şəhərin evsahibliyi etdiyi türk dünyasını birləşdirən müxtəlif beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən 2016-cı ildə II Dünya Köçəri Oyunlarında, 2018-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə Görüşündə, 2022-ci ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 11-ci plenar iclasında iştirak etmişəm. Şəhər təbii mənzərəsi, dağları, ab-havası ilə insanı heyran edir.  Təsadüfi deyil ki, Cıdır düzü, İsa bulağı ilə, sıldırım qayaları, çəmənləri, meşələri ilə öz ziyarətçilərini valeh edən bizim gözəl Şuşamız Çolpon-Ata ilə qardaşlaşır. Hər iki şəhər həm öz təbiəti, həm də mədəni mühiti ilə seçilir. 

Digər qədim tarixi şəhərlərimizin, o cümlədən Qəbələ ilə Karakolun, Gəncə ilə Oşun da qardaşlıq əlaqələri qurulur".

Deputat bildirib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevə təqdim etdiyi I dərəcəli "Manas" ordeni, eyni zamanda Azərbaycan Prezidentinin Sadır Japarovu "Heydər Əliyev" ordeni ilə təltif etməsi dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin siyasi ifadəsi kimi böyük əhəmiyyət daşıyır.

Günay Əfəndiyeva Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşünün keçirilməsinə diqqət çəkərək bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimizin yürütdüyü ardıcıl və uzaqgörən xarici siyasət nəticəsində ölkəmiz ilə Mərkəzi Asiya arasında yeni strateji körpülər qurulub. Keçən il Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın ilk dəfə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi təmsil olunması tarixi hadisə idi. "Mərkəzi Asiya + Azərbaycan" formatının artıq özünü doğrultduğunu görürük. Bu, yeni olsa da, çoxtərəfli əməkdaşlıq, həmçinin gələcək üçün böyük perspektivlər vəd edən bir platformadır. 

 "Bu baxımdan Azərbaycan-Qırğızıstan tərəfdaşlığı həm də regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir", - deyə millət vəkili vurğulayıb.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

Cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artıran səbəb 

13:33
11 Sentyabr

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

13:27
11 Sentyabr

Elçin Yusubov: "Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb"

13:22
11 Sentyabr

Hava əsasən yağmursuz keçəcək

13:17
11 Sentyabr

Hikmət Hacıyev: "Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik"

13:10
11 Sentyabr

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

Kanada Ukraynaya HHM sistemi üçün raket almağa 350 milyon dollar ayıracaq

12:37
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!