11 Avqust 2026 08:30
559
SİYASƏT
A- A+
Bakının sülh gündəliyinin alternativi yoxdur

Bakının sülh gündəliyinin alternativi yoxdur


Prezident İlham Əliyevə Nikol Paşinyanın telefon zəngi yeni reallıqların və şərtlərin İrəvan tərəfindən qəbul edilməsinin təsdiqidir 


Azərbaycan və Ermənisan arasında sülh prosesi regionun siyasi-iqtisadi mənzərəsini köklü şəkildə dəyişən praktiki mərhələyə qədəm qoyub. Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan regionda tamamilə yeni şərtlər formalaşdırıb. Məhz Bakının təşəbbüsü ilə reallaşan sülh gündəliyi Cənubi Qafqazın gərginlik və hərbi münaqişə imicini geridə qoyaraq, bölgəni əməkdaşlıq meydanına çevirmək üçün möhkəm zəmin yaradıb. 

Yeni geosiyasi şəraitin diqqətçəkən nümunələrindən biri avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon əlaqəsi saxlaması olub. İki ölkə lideri arasında telefon danışığının baş tutması Bakı-İrəvan xəttində yeni diplomatik reallığın və birbaşa dialoq mexanizminin aydın təzahürüdür. 

Danışıq zamanı tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi görüşün birinci ildönümü, habelə sülh sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Eyni zamanda ötən il ərzində münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişdən bəhs ediblər. Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınmasını diqqətə çatdırıblar. Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrasından danışıblar. Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. 

Nikol Paşinyanın telefon zəngi regional proseslərin və diplomatik səylərin məhz Azərbaycanın müəyyənləşdirdiyi strateji çərçivədə idarə olunmasının məntiqi nəticəsidir. Bu onu göstərir ki, 44 günlük müharibədən sonra gündəmə gətirilmiş sülh prosesini müxtəlif bəhanələrlə uzadan Ermənistan hökuməti 2023-cü ildən etibarən regionda yaranmış yeni güc balansı ilə barışmaq, Bakının təşəbbüsü ilə formalaşan sülh gündəliyinə qayıtmaq məcburiyyətində qalıb. İrəvan anlamağa başlayıb ki, mövcud vəziyyətdə sülh gündəliyindən yayınmaq və ya onu pozmaq Ermənistanın özü üçün böyük risklər və təhlükələr vəd edir. 

Şimal və cənub qonşularımızda, ümumiyyətlə, ətraf bölgələrdə baş verən hərbi-siyasi qarşıdurmalar İrəvanın regional manevr imkanlarını tamamilə məhdudlaşdırıb. Belə bir şəraitdə Ermənistanın bir dövlət kimi ayaqda qalması, müstəqilliyini təmin etməsi, o cümlədən Qərbə inteqrasiya xətti birbaşa Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından asılıdır. Bu, Ermənistan üçün taleyüklü məsələdir. İrəvanın vəziyyətdən yeganə çıxış yolu sülh gündəliyinə sadiq qalmaqla, öhdəliklərini icra etməklə yekun sülh müqaviləsini imzalamaqdır. 

Əlbəttə, sülh prosesinin tam yekunlaşması və diplomatik razılaşmaların möhkəmlənməsi üçün sadəcə telefon danışıqları, xoşməramlı bəyanatlar kifayət etmir. Düzdür, Paşinyanın Vaşinqton anlaşmalarına sadiqliyini təsdiqləməsi təqdirəlayiqdir. Lakin yekun sülh sazişinin imzalanması yolunda əsas maneə Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarıdır. İrəvan öz qanunvericilik bazasını dəyişdirməklə, ərazi iddialarından rəsmən imtina etməli və sülhə sadiqliyini hüquqi müstəvidə təsdiqləməlidir. 

Ümumilikdə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı sülh prosesinin irəliləməsi, əldə edilmiş razılaşmaların möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Əsas hədəf bundan sonra siyasi razılaşmaların icrasını sürətləndirmək, regional kommunikasiyaları işə salmaq və iqtisadi əməkdaşlığı genişləndirməkdir. Vaşinqton prosesinin üstünlüklərindən biri sülhün qarşılıqlı iqtisadi maraqlara bağlanmasıdır. Dayanıqlı sülh yalnız imzalanan sənədlərlə deyil, ticarət, nəqliyyat yolları, enerji layihələri və qarşılıqlı investisiyalarla qorunur. 

Tərəflərin Azərbaycan neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin ölkəmizin ərazisindən keçməklə Ermənistana və oradan digər xarici istiqamətlərə daşınması, həmçinin Vaşinqton anlaşmalarına uyğun olaraq TRIPP (Zəngəzur dəhlizi) marşrutunun icrası kimi strateji məsələləri birbaşa müzakirə etməsi prosesin dərinliyindən xəbər verir. Bütün bunlar sülhün iqtisadi müstəvidə reallığa çevrilməsinin təzahürüdür. 

Nəzərə alınmalıdır ki, Zəngəzur dəhlizinin reallaşması təkcə Azərbaycanın Naxçıvanla birbaşa bağlantısını təmin etməyəcək, eyni zamanda Ermənistanın nəqliyyat imkanlarını genişləndirərək "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri arasında yeni qovşaqlar yaradacaq. Nəticədə Cənubi Qafqaz Avrasiyanın daha böyük iqtisadi sisteminə inteqrasiya olunacaq. Bu reallıqdır ki, Ermənistan xarici tərəfdaşlarla əlaqələrini nə qədər inkişaf etdirsə də, heç bir siyasi mərkəz coğrafi reallığı dəyişə bilməz. O baxımdan, İrəvan üçün regional inteqrasiyanın yolu Bakıdan keçir. 

Proseslər aydın göstərir ki, Azərbaycan Cənubi Qafqazda gündəmi formalaşdıran, nəqliyyat-enerji xətlərini birləşdirən və regional əməkdaşlığın əsas mərkəzinə çevrilən aparıcı aktordur. Regionda formalaşmış yeni iqtisadi və logistik xəritədə yer almaq istəyən tərəflər Azərbaycanın irəli sürdüyü ədalətli prinsip və şərtlərlə hesablaşmalıdır. Nikol Paşinyanın Azərbaycan Prezidentinə zəng etməsi və birbaşa dialoqa üstünlük verməsi də Ermənistan rəhbərliyinin reallıqları dərk etməsinin, Bakının müəyyənləşdirdiyi sülh və əməkdaşlıq modelini qəbullanmasının əyani göstəricisidir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

Cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artıran səbəb 

13:33
11 Sentyabr

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

13:27
11 Sentyabr

Elçin Yusubov: "Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb"

13:22
11 Sentyabr

Hava əsasən yağmursuz keçəcək

13:17
11 Sentyabr

Hikmət Hacıyev: "Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik"

13:10
11 Sentyabr

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

Kanada Ukraynaya HHM sistemi üçün raket almağa 350 milyon dollar ayıracaq

12:37
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!