10 Noyabr 2026 16:07
192
SİYASƏT
A- A+
10 noyabr bəyanatı Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi oldu

10 noyabr bəyanatı Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi oldu


2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatdan altı il ötür. Bu sənəd Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin mühüm siyasi nəticələrindən biri olmaqla yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasının əsas mərhələlərindən birinə çevrildi.

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi gücünü, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini və xalqımızın milli iradəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistanın işğalçı siyasəti iflasa uğradı, uzun illər davam edən status-kvo köklü şəkildə dəyişdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini müəyyənləşdirən həlledici hadisə oldu.

Bəzi qəzərli çevrələrdə Azərbaycanın müharibəni dayandırmaqla kifayətlənməsi, Şuşanın azad edilməsindən sonra hərbi əməliyyatların davam etdirilməməsilə bağlı yersiz ittihamlar səslənirdi. Hətta bu qərarı qələbənin yarımçıq saxlanılması kimi təqdim etməyə çalışanlar da vardı. Bu qaragüruh çevrələr anlamaq istəmirdi ki, Azərbaycan müharibəni dayandırmaq qərarını güclü mövqedən qəbul etmişdi.

Hadisələrin gedişi də qəbul edilən qərarın hərbi, siyasi və humanitar əsaslarının olduğunu təsdiqlədi. Bu mənada 10 noyabr bəyanatı Azərbaycanın hərbi qələbəsinin diplomatik müstəvidə təsdiqi idi. 

Məhz yeni hərbi-siyasi reallıqlar fonunda noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Sənəd atəşin və bütün hərbi əməliyyatların dayandırılmasını, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana 1 güllə atmadan, şəhid vermədən qaytarılmasını, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasını, məcburi köçkünlərin geri qayıtmasını nəzərdə tuturdu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “əgər müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarını özü də artıq qış mövsümündə azad etmək çox çətin olardı. Halbuki biz bunu da edəcəkdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından qat-qat çox ola bilərdi. Əgər Ermənistan kapitulyasiya aktına imza atmasaydı biz, əlbəttə ki, müharibəni davam etdirəcəkdik son nöqtəyə qədər.”

Bəyanatda eyni zamanda, Ermənistanın üzərinə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi ilə bağlı öhdəlik qoyulurdu.

Sənədin imzalanması Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bunun nəticəsi olaraq yüz minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışı üçün real imkan yarandı və regionda  siyasi və hərbi mənzərə dəyişdi.

10 noyabr bəyanatının əhəmiyyəti həm də Azərbaycanın qarşısında postmünaqişə dövrünün yeni vəzifələrini müəyyənləşdirirdi. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanması, infrastrukturun yenidən qurulması, Böyük Qayıdış proqramının həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi.

Bununla yanaşı, bəyanatın bəzi müddəalarının Ermənistan tərəfindən tam və ardıcıl icra edilməməsi regionda dayanıqlı sülhün əldə olunmasını çətinləşdirirdi. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı davam edən iddialar, separatizmin saxlanılması cəhdləri postmünaqişə mərhələsində yeni çağırışlar yaradırdı.

Azərbaycan isə öz suverenliyinin və ərazi bütövlüyünün tam bərpası istiqamətində prinsipial siyasətini davam etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşu bərpa edildi. Beləliklə, 44 günlük Vətən müharibəsi ilə başlanan tarixi proses Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ilə yeni mərhələyə qədəm qoydu.

Bu gün 10 noyabr bəyanatından ötən altı ilə nəzər saldıqda aydın görünür ki, bu sənədin imzalanması regionun siyasi arxitekturasında ciddi dəyişikliklərə yol açan tarixi hadisə idi. Azərbaycan müharibədən sonra da öz milli maraqlarını əsas götürərək regionda sülh və əməkdaşlıq gündəliyinin formalaşdırılması istiqamətində real addımlar atdı. Zəngəzur dəhlizi, regional kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimadın yaradılması bu gündəliyin mühüm istiqamətləridir. 2025-ci ilin avqustunda isə tərəflər Vaşinqtonda sülsh sazişinin mətnini parafladılar.  Beləliklə, Azərbaycan müharibəni də, sülhü də qazanan tərəf kimi mövqeyini daha da möhkəmləndirib.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

21:21
10 Noyabr

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

19:21
10 Noyabr

10 noyabr bəyanatı Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi oldu

16:07
10 Noyabr

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

14:53
10 Noyabr

Türkiyənin Vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

14:50
10 Noyabr

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

14:01
10 Noyabr

Azərbaycanın energetika naziri COP31-də elektrikləşmə üçün istehsal, şəbəkələr və enerji saxlancının paralel inkişafına çağırıb

13:41
10 Noyabr

Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib

13:19
10 Noyabr

Rusiya Əbu-Dabi danışıqlarında irəliləyiş əldə olunacağına ümid edir

13:15
10 Noyabr

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək

13:13
10 Noyabr

BDYPİ: Səfərdən qayıdan sürücülərə mühüm xəbərdarlıq!

12:31
10 Noyabr

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub  

12:30
10 Noyabr

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq  

12:29
10 Noyabr

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə  

12:09
10 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO

12:00
10 Noyabr

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

11:57
10 Noyabr

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib  

11:23
10 Noyabr

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO  

10:57
10 Noyabr

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb  

10:36
10 Noyabr

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir  

10:17
10 Noyabr

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır  

10:13
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!