Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ hərbi donanmasının 8 zabiti hərbi sirləri satmaqda ittiham olunur

15 Mart 2017
ABŞ hərbi dəniz qüvvələrinin 8 yüksək rütbəli zabiti rüşvət müqabilində hərbi sirləri yaymaqda ittiham edilir. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat vermişdir.

Təhqiqatın nəticələrinə görə, hərbçilər informasiyanı Leonard Qlenn Frensis adlı biznesmenə verirmişlər. Frensisin sahibi olduğu Sinqapurun “Glenn Defence Marini Asia” firması Amerika gəmilərinə sahil xidməti ilə məşğul olurmuş. Biznesmenin əldə etdiyi məlumatlar onun ABŞ hərbi dəniz qüvvələri ilə çoxmilyonluq kontraktlar əldə etməsinə imkan verirmiş. Frensis informasiya müqabilində zabitlərə bahalı hədiyyələr - saatlar, siqarlar, butılkası 2 min dollara konyak verir, bahalı mehmanxanalarda banketlər və fahişələrin iştirakı ilə gecə əyləncələri təşkil edirmiş.

Qeyd olunur ki, ittiham olunanlar arasında hərbi dəniz qüvvələri kəşfiyyatının əməkdaşı, kontr-admiral Bryus Lavless, bir neçə kapitan və istefada olan dəniz piyadaları polkovniki də var. Ümumiyyətlə, işdə 27 zabitin adı keçir.