07 Oktyabr 2025 08:30
376
SİYASƏT
A- A+
ZƏFƏR gündəliyi 

ZƏFƏR gündəliyi 


7 oktyabr


İlham ƏLİYEV: "Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir"


Prezident İlham Əliyev "CNN-Türk" və "Euronews" televiziyalarına müsahibə verib.

Hər şeyin plan üzrə getdiyini vurğulayan dövlət başçısı deyib ki, Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kənd işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq: "Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir".

Döyüş meydanında məğlub olan Ermənistanın dinc əhaliyə qarşı zorakılıq göstərməsini, cəbhə xəttindən çox uzaq olan şəhər və rayonlarımıza ballistik raketlər atmasını isə Prezident belə şərh edir: "Bu, Ermənistan ordusunun acizliyi və Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayətidir. Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara qarşı atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu, onu göstərir ki, Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, eyni zamanda mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl atır". 


Çaşbaş qalan erməni hərbçilər bir-birini güllələyiblər


Bütün cəbhəboyu döyüşlər davam edib.

Cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb.

Düşmənə endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralananlar var.

Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər yaranıb. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında ciddi problemlər mövcuddur. Düşmənin bəzi istiqamətlərdəki müdafiə bölmələri arasında qarşılıqlı əlaqənin kəsilməsi səbəbindən onlar bir-birilərinə atəş açıb, ölən və yaralananlar olub.


Düşmənin 10-dək tankı, 6 D-20 topu, 30 avtomobil texnikası məhv edilib


Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib.

Qoşunlarımızın atəş zərbəsi ilə düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Ermənistan ordusunun 1-ci və 7-ci alaylarının müdafiə sahələrində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk ediblər.


Ali Baş Komandan: "Biz haqq yolundan dönməyəcəyik"


Ali Baş Komandan Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində müşavirə keçirib. Prezident qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında uğurlar əldə edir, hər gün döyüş bölgələrində aparılan əməliyyatlarla bağlı ona operativ məlumatlar verilir. 

Vəziyyət tam nəzarət altındadır və işğal edilmiş torpaqlarımızın bir hissəsi düşməndən təmizlənib. Artıq həmin şəhər və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanır.

Sonda baş sərkərdə qətiyyətlə vurğulayıb: "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz bundan sonra da haqq yolundan dönməyəcəyik və heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq və ərazi bütövlüyümüzü bərpa edəcəyik". 


Ağstafada düşmənin PUA-sı məhv edilib


Saat 22:00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.

Azərbaycan hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.


250-dək tank, 270 artilleriya, 150 avtomobil, 8 silah-sursat anbarı məhv edilib


Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrindən təmizləyir. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər texniki vasitələri məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05:30-dək düşmənin ümumi itkiləri bunlardır:

- 250-dək tank və digər zirehli texnika;

- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 60-dək hava hücumundan müdafiə vasitələri;

- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 8 silah-sursat anbarı;

- 150-dək avtomobil texnikası;

- 1 ədəd "S-300" zenit-raket kompleksi.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!