06 Dekabr 2025 08:05
465
SİYASƏT
A- A+
Sülh Cənubi Qafqazın gələcəyinə əhəmiyyətli təsir göstərəcək

Sülh Cənubi Qafqazın gələcəyinə əhəmiyyətli təsir göstərəcək


"Müharibə sonrası iqtisadi inkişaf və dövlətlərarası əməkdaşlığın davam etdirilməsi regionda uzunmüddətli sülhün təmin olunması üçün vacib addımlardır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda start verdiyi iqtisadi inkişaf, regional iqtisadiyyatı gücləndirən layihələr, eləcə də qonşu dövlətlərlə olan ticarət əlaqələri sabitliyin zəmanətidir". 

Bu fikirləri Azərbaycan qəzetinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Onun sözlərinə görə, artıq Cənubi Qafqaz regionunda gərginlik dövrü bitməkdədir, amma bu, heç də əbədi sabitlik anlamına gəlmir. Ermənistan Azərbaycanın sülh çağırışlarına dəstək verərək, qarşılıqlı maraqları və təhlükəsizlik məsələlərini ön planda tutaraq, daha sülhsevər və konstruktiv yanaşmalar həyata keçirə bilər. 

Deputat qeyd edib ki, Azərbaycan öz gücünü və təsirini artırmaqla, həm regionda, həm də beynəlxalq aləmdə daha böyük rol oynamağa başlayıb: "Yalnız davamlı diplomatik səylərlə Cənubi Qafqazda real sülhün və sabitliyin təmin olunması mümkündür. Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi hər iki ölkənin və bütövlükdə Cənubi Qafqazın gələcəyinə əhəmiyyətli təsir göstərəcək. Bu, siyasi, hərbi və iqtisadi sahələrdə yeni bir başlanğıc yarada bilər, amma bu prosesin tam olaraq müsbət nəticələnməsindən, hər iki tərəfin sülhə və qarşılıqlı əməkdaşlığa doğru atacağı davamlı və inamlı addımlarından asılı olacaq".

Müşfiq Cəfərov qeyd edib ki, gələcəkdə sülh sazişi həm də beynəlxalq güclərin regionda daha aktiv rol almasına, iqtisadi inkişafın sürətlənməsinə və yeni əməkdaşlıq formatlarının yaranmasına yol aça bilər. Ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə edilib və cari il avqustun 8-də keçirilmiş tarixi Vaşinqton sammiti ilə ən yüksək səviyyəyə çatıb. "Nəticə etibarilə regionda sülh de-fakto bərqərar olub. Bu gün Azərbaycan və Ermənistan ən dinc və sabit dövrünü yaşayırlar. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif istiqamətlər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir", - deyə deputat bildirib.


R.CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!