06 Dekabr 2025 08:15
116
SİYASƏT
A- A+
Azərbaycan sözünə, imzasına sadiq olan ölkədir

Azərbaycan sözünə, imzasına sadiq olan ölkədir


Cənubi Qafqazda artıq sülhün ayaq səsləri aydın eşidilir. Dövlətimizin başçısı İlham Əliyev Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda keçirilən III beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib: "2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır". Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının sülhsevər üzvlərinin öz ata-baba yurdlarına qayıdacağına və xalqlarımızın arasında mehriban qonşuluq münasibətlərinin yaranacağına inamını ifadə edib.


Ölkəmiz qətiyyətlə sabaha doğru yol gedir 


Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, gözlənildiyi kimi, bütövlükdə regionun siyasi, ictimai vəziyyətinə müsbət təsir göstərəcək. Cənubi Qafqazın adı bundan sonra qanlı-qadalı müharibənin baş verdiyi məkan deyil, sabitliyin bərqərar olduğu bir region olaraq çəkiləcək. Azərbaycan dövləti sülhə aparan yolda qətiyyətlə addımlayaraq, yenə də sözünə, imzasına sadiq olduğunu nümayiş etdirir. Və hər zaman olduğu kimi, bu məsələdə də vətəndaşları Azərbaycan dövlətinin yanındadır. Birlik, bərabərlik ölkəmizin ən zəngin sərvəti, ən böyük nailiyyətidir.

Təəssüf ki, eyni fikirləri Ermənistanla bağlı söyləmək mümkün deyil. Azərbaycanın daha iyirmi faiz torpaqlarını zəbt etmək üçün 1980-ci illərin sonlarından körüklədikləri münaqişə ocağını alovlandıraraq 1990-cı illərdə müharibəyə çevirən təcavüzkar ermənilər o zaman Qarabağı və Şərqi Zəngəzuru işğal etməklə məqsədlərinə çatmış kimi görünsələr də, o torpaqların, o yerlərin əzəli sakinlərinin qisasları qiyamətə qalmadı. Otuz ilə yaxın Azərbaycan həmin ərazilərini işğal altında saxlayan, o abad yurdları viran edərək xarabalığa çevirən Ermənistan sonunda haqqın, ədalətin təcəlli etdiyini gördü. 2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq böyük Zəfər qazanan şanlı Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında uğurla birgünlük lokal xarakterli antiterror əməliyyatı həyata keçirərək ölkəmizin tam suverenliyinə nail oldu.

Sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı Azərbaycan oldu. Müsbət nəticələr göz önündədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib: "Nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub". Xarici işlər naziri bildirib ki, bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır: "Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir.

Sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb".

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir.


Ermənistanın düşməni daxilindəki sülh istəməyən qüvvələrdir


Münaqişədən, müharibədən birdəfəlik üz çevirərək sülh yolu ilə addımlamağın əhəmiyyəti artıq Ermənistanda da etiraf olunur. Eyni zamanda o da açıq-aşkar bildirilir ki, uzun illər sülhün əldə olunmamasının günahkarları  Ermənistana rəhbərlik etmiş şəxslər olub. Ermənistan parlamentində hökumət ilə sual-cavab sessiyası zamanı baş nazir Nikol Paşinyan keçmiş hakimiyyəti ittiham edərək bildirib ki, onlar Qarabağ münaqişəsinin danışıqlar prosesində heç vaxt problemin həllinə nail olmaq istəməyiblər.

Baş nazir Qarabağ danışıqlarının sözügedən məsələnin həllinə dair olmadığını deyib: "Bütün danışıqlar prosesi ovaxtkı iqtidar tərəfindən bizi tələdə saxlamaq üçün olub. Qarabağ məsələsinin həlli heç vaxt "keçmişlər" üçün əsas məqsəd olmayıb. Bunu etiraf etmək çətin olsa da, ölkənin irəli getməsi üçün faktı qəbul etmək vacibdir".

Nikol Paşinyan həmçinin sabiq hakimiyyət nümayəndələri haqqında danışmağı dayandırmağın vacibliyini vurğulayıb. Bildirib ki, sabiq hökumət üzvləri haqqında artıq danışmağa ehtiyac yoxdur: "Mən həqiqətən düşünürəm ki, biz köhnələrdən danışmağı dayandırmalıyıq, çünki danışacaq bir şey yoxdur, nə deməmişik ki? Qarabağ məsələsi ilə bağlı dərc etdiyimiz paket də bunu göstərir ki, ümumiyyətlə, danışmağa heç nə qalmayıb". Onun sözlərinə görə, hakimiyyət təxribatlara uyaraq, saatlarla Robert Koçaryan və Serj Sarkisyan kimi sabiq liderlər haqqında danışır: "2021-ci ildə siyasi hakimiyyət dəyişikliyi ilə gələn parlament müxalifətini hələ də rəqib hesab etmək olardı, lakin fikrimcə, onlar çoxdan rəqib deyillər".

Nikol Paşinyan əleyhdarlarının məqsədlərinə çatmayacaqlarını jurnalistlərə açıqlamasında da diqqətə çatdırıb. 2018-ci ildən Ermənistanın baş naziri vəzifəsini tutan Nikol Paşinyan gələn il baş tutacaq seçkilərdə iştirak edəcəyini, "2026-cı ildə keçiriləcək parlament seçkilərində "Vətəndaş müqaviləsi" partiyasından baş nazir vəzifəsinə namizədliyini irəli sürəcəyini söyləyib. O bildirib ki, deputatlığa namizədlərin qeydiyyat prosesi şəffaf keçiriləcək.

Ermənistanda kilsənin uzun illərdir ki, daha çox siyasi-ideoloji fəaliyyəti ilə önə çıxdığı, barışıq, haqq, ədalət yerinə, nifaq salmağa cəhd etdiyi, düşmənçiliyə, kin-küdurətə rəvac verdiyi bütün dünyaya bəllidir. Baş nazir Nikol Paşinyanla kilsə arasında xeyli müddətdir davam edən qarşıdurmanın açıq müstəviyə keçdiyi də məlum həqiqətdir. Ermənistanın baş nazirinin hələ bu ilin may ayının sonlarından başlayaraq, Erməni Apostol Kilsəsinin qanunsuz əməlləri ilə bağlı sosial şəbəkələr üzərindən paylaşımları da bunu təsdiqləyir. 

Kilsə və revanşistlərin artıq hakimiyyətdən narazı qüvvələri və Qarabağı tərk edən separatçıları səfərbər etmək, qarışıqlıq yaratmaq və vəziyyətdən yararlanmaq niyyətlərini reallaşdıra bilməyəcəkləri açıq-aşkardır. Son illər Ermənistanın baş nazirinin müharibədən bezmiş, sülh istəyən erməni qüvvələri ilə həmrəy olması, onların narazılığının əsas səbəblərindən biridir.

Bu ilin yayından başlayaraq, Nikol Paşinyan hökuməti və kilsə arasındakı anlaşılmazlıqlar fonunda bir sıra din xadimləri hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə həbs olunublar. İyunda Ermənistanda II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması üzrə də əməliyyat keçirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bütün ermənilərin katolikosu II Qaregin və onun yaxın ətrafını kilsə əleyhinə fəaliyyətdə günahlandırıb: "Düşünürəm ki, kilsənin əleyhinə fəaliyyət göstərən məhz Ktriç Nersisyan və onun yaxın ətrafıdır".

Nikol Paşinyan Erməni Apostol Kilsəsinə ən böyük zərəri II Qareginin vurduğunu söyləyib: "Proses başlayıb və o, postundan getməlidir. Onun istefa verib-verməməsi ilə bağlı seçim yoxdur. O getməlidir".

Bu gün Ermənistan hökuməti və sadə ermənilər özlərinin əsl düşmənlərini yaxşı tanıyırlar. Bilirlər ki, sülhdən yayınaraq, münaqişəyə, müharibəyə sürüklənməsi Ermənistana böyük fəlakətlər gətirər. Odur ki, sülh arzularını bildirir, bunu istəməyən daxili düşmənlərinə qarşı mübarizə aparırlar.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

08:35
06 Dekabr

Ordu quruculuğu prosesi Zəfərə hesablanmışdır

08:30
06 Dekabr

Hünəri, igidliyi ilə düşmənə meydan oxuyurdu

08:25
06 Dekabr

Qətiyyətli siyasətin diktəsi

08:20
06 Dekabr

Azərbaycan sözünə, imzasına sadiq olan ölkədir

08:15
06 Dekabr

Sosial müdafiə xərclərində artım və məşğulluq proqramlarının genişləndirilməsi gələn il də davam edəcək

08:10
06 Dekabr

Sülh Cənubi Qafqazın gələcəyinə əhəmiyyətli təsir göstərəcək

08:05
06 Dekabr

İlham Əliyevin enerji siyasəti

08:00
06 Dekabr

Tailandın Kralı əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

01:29
06 Dekabr

Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:29
06 Dekabr

"Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları"nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında

01:27
06 Dekabr

"Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında

01:26
06 Dekabr

Etibarlı Tərəfdaş Konsepsiyas

01:26
06 Dekabr

Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları

01:24
06 Dekabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

01:22
06 Dekabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı təkrar müsabiqə keçirir

01:22
06 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:21
06 Dekabr

Tramp 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb  

23:44
05 Dekabr

Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub VİDEO  

23:43
05 Dekabr

Futbol üzrə dünya çempionatının püşkü atılıb – YENİLƏNİB 2  

23:34
05 Dekabr

Tramp: FIFA Dünya Kubokuna bilet satışında bütün dövrlərin rekordunu yeniləmişik  

21:31
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!