08 Yanvar 2025 09:15
3671
Səhiyyə
A- A+
Yeni virus sürətlə yayılır

Yeni virus sürətlə yayılır


Bəs ölkəmizdə epidemioloji vəziyyət necədir?


Hər il soyuq ayların gəlişi ilə, əsasən, dekabr-mart aylarında kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Onlardan biri də adını xüsusən son günlərdə daha çox eşitdiyimiz qripəbənzər tənəffüs yolları xəstəliyi olan metapnevmovirusdur (HMPV).

İlk dəfə 2001-ci ildə rast gəlinən HMPV infeksiyası bütün dünyada geniş yayılıb. Metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət hazırda Çin, Hindistan, Qazaxıstan, Ukrayna, Qırğızıstan və Rusiyada müşahidə olunur.   

Bəs ölkəmizdə epidemioloji vəziyyət necədir? Qonşu ölkələrdə geniş yayılmış bu xəstəliyə yoluxmamaq, yoluxduqda isə ağır fəsadlarla üzləşməmək üçün hansı tədbirlər görməliyik?


Həssas qrupa daxil olanlar virusa daha tez yoluxurlar


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Əminə İsmixanovanın sözlərinə görə,  metapnevmovirus tənəffüs damcıları (məsələn, öskürmə və ya asqırma yolu ilə), xəstələrin ifrazatları ilə təmasda və ya çirklənmiş səthlərlə təmas yolu ilə ötürülə bilər. Virusun əsas əlamətləri demək olar ki, qriplə eynidir. O, öskürək, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, boğaz ağrısı və səsin boğulması kimi simptomlarla təzahür edir. 

"Bu əlamətlərlə hər zaman müraciət edənlər olsa da, qış aylarında onların sayı daha çox olur. Belə xəstələr, adətən öz-özünə sağalır və hər hansı müayinə və müalicəyə ehtiyac olmur. Xəstəliyin hansı mənşəli olduğunu yalnız laborator diaqnostika ilə təsdiq etmək mümkündür. Diaqnozu dəqiqləşdirmək üçün burun-udlaqdan götürülmüş yaxma molekulyar üsulla (PZR) yoxlanılır və bu da hər laboratoriyada olmur. Onu da qeyd etmək lazımdır ki, belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən, bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur", - deyə həkim-infeksionist qeyd edib.

Əminə İsmixanova bildirib ki, bu virusa, əsasən kiçik yaşlı uşaqlar, immuniteti zəif və xroniki xəstəlikləri olanlar daha tez yoluxurlar: "Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi, adətən, 7-10 gün ərzində aradan qalxır. Xəstəliyin əsas fəsadı olaraq pnevmoniyanı, ağciyərdə fibrotik dəyişiklikləri göstərmək olar. Uşaqlarda isə ağır bronxiolitlə fəsadlaşa bilər. COVID-19-u ağır keçirən insanların bu tip xəstəlikləri digərlərinə nisbətən daha ağır keçirmələri yüksək ehtimaldır".


Xəstəliyin xüsusi müalicəsi yoxdur


Metapnevmovirusdan qorunmaq üçün bir sıra qabaqlayıcı tədbirlərə riayət etmək lazımdır. Əminə İsmixanovanın sözlərinə görə, HMPV-dən qorunmaq üçün xəstə insanlardan uzaq durmaq, əl məhəccərləri və ya qapı tutacaqları kimi yüksək təmasda olan səthlərə bacardıqca toxunmamaq, ağız, göz və ya buruna toxunmazdan əvvəl əlləri ən azı 20 saniyə yumaq lazımdır. Asqırarkən və ya öskürəndə ağzı örtmək, daha sonra isə əlləri alkoqollu salfetlərlə silmək və ya dezinfeksiyaedici vasitələrdən istifadə etmək vacibdir. Qapalı sıx məkanlardan uzaq olmaq, daima otaqları havalandırmaq və bacardıqca qapalı məkanlarda tibbi maskalardan istifadə etmək lazımdır. Xəstəliyin yüksək yoluxuculuğunu nəzərə alsaq, onun əlamətlərini hiss edən hər bir şəxs özünü təcrid edərək istirahət etməlidir.

Xəstəliyin xüsusi müalicəsi olmadığını söyləyən həkim-infeksionist deyir ki, əksər simptomlar yüngül olduğundan öz-özünə keçir. Qızdırma, ağrı və öskürək kimi simptomları yüngülləşdirmək üçün reseptsiz verilən ağrıkəsiciləri qəbul etmək, bol maye içmək, gündəlik qida rasionuna bol vitaminli ərzaqları daxil etmək lazımdır. Xırıltı və ya öskürək kimi tənəffüs problemləri olarsa, yüksək hərarət 5-7 gündən çox davam edərsə, mütləq həkimə müraciət edilməlidir.

Mütəxəssis onu da vurğulayır ki, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur. Bunun üçün yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edilməlidir. Hər kəs sağlamlığına diqqət və məsuliyyətlə yanaşmalı, fərdi gigiyena və məsuliyyətli davranış qaydalarına riayət etməli, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!